Xəbər lenti
05/02/2021 [17:54]:
Ölkə ərazisində qərb küləyi əsib, arabir güclənib - FAKTİKİ HAVA
05/02/2021 [17:49]:
Avropa Komissiyası Metsamor AES-in bağlanmasını tələb edir
05/02/2021 [17:47]:
Milli Məclisin Sədri Sahibə Qafarova Gürcüstanın ölkəmizdəki səfiri ilə görüşüb
05/02/2021 [17:47]:
ADNSU-nun İctimai Etimad Şurası onlayn imtahan prosesini izləyib
05/02/2021 [17:45]:
Prezidentin xüsusi nümayəndələrinin vəzifələri ilə əlaqədar qanuna dəyişiklik edilir
05/02/2021 [17:42]:
Füzuliyə gizli yollarla gedənlər HƏBS OLUNDU - VİDEO
05/02/2021 [17:42]:
Yüksək Texnologiyalar Parkına baş direktor təyin edildi
05/02/2021 [17:41]:
MDTF-dən yeni sənədli film: “Zor təfəkkürü”
05/02/2021 [17:38]:
Azərbaycanda 138 yeni yoluxma faktı qeydə alınıb
05/02/2021 [17:36]:
Koronavirusa yoluxduğunu yumoristik şəkildə elan etdi, 1 gün sonra həyatını itirdi....
05/02/2021 [17:33]:
Azad edilmiş ərazilərə qeyri-qanuni getmək istəyənlər saxlanıldı
05/02/2021 [17:24]:
Türkiyə tezliklə Akıncı PUA-larının kütləvi istehsalına başlayacaq
05/02/2021 [17:04]:
“Vətən müharibəsinə həsr edilən hər bir rəsm əsəri, film və musiqi “dil açıb danışmalıdır””
05/02/2021 [17:01]:
Hakimiyyət: o özünü necə xilas edə bilər!
05/02/2021 [16:57]:
Beynəlxalq Qarabağ Forumundan Xocalı, Xankəndinə qayıdış təklifi
05/02/2021 [16:49]:
44 günlük müharibə və müharibədən sonrakı günlər…
05/02/2021 [16:48]:
Ağalar Vəliyev Milli Qəhrəman Allahverdi Bağırovun ailə üzvləri ilə görüşüb - Fotolar
05/02/2021 [16:37]:
"Şəhid mövzusu ilə manipulyasiya etmək həm şəhidlərin ruhuna, həm də cəmiyyətə qarşı hörmətsizlikdir"
05/02/2021 [16:34]:
Vahid Ələkbərov dünyanın ən zənginlərinin reytinqində
05/02/2021 [16:21]:
Əsgərimizi niyə tərifləyirsiz? Yaxşı öldüyü üçün? - Gevorkyan
05/02/2021 [16:19]:
Qızlığı onu şərlədi, namus üstündə rəisi öldürdü, dostları kürəyindən vurdu - Sovet milisinə müharibə elan edən azərbaycanlı qaçaq
05/02/2021 [16:13]:
Azərbaycanda bir dərmanın satışı qadağan olunub
05/02/2021 [16:12]:
Çingiz xanın ölüm səbəbi ilə bağlı yeni fərziyyə irəli sürülüb
05/02/2021 [16:10]:
Qalınlığı 15-50 mikron olan polietilen torbalar ayrıca məhsul növü kimi satılacaq
05/02/2021 [16:09]:
İnstitut direktoru: "COVID-19-un yeni ştammı hər an ölkəyə gələ bilər"
05/02/2021 [16:05]:
Ərdoğan Makrona: "Sən get hələ "sarı jiletlilər" məsələsini həll elə"
05/02/2021 [16:03]:
Bakıda Hərbi Qənimətlər Parkı yaradılır - VİDEO
05/02/2021 [15:59]:
Son bir ildə 18 yaşdan aşağı olanların intiharı iki dəfəyədək artıb
05/02/2021 [15:57]:
Ermənilər Qarabağda ordumuz tərəfindən məhv edilən daha 52 hərbçisinin adını açıqladı- SİYAHI...
05/02/2021 [15:56]:
İri ticarət mərkəzləri və “mall”lar nə vaxt açıla bilər?
05/02/2021 [15:54]:
ADPU-da Umud Rəhimoğlu ilə görüş - FOTO
05/02/2021 [15:50]:
Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib
05/02/2021 [15:49]:
“Yenilməz” romanının təqdimat mərasimi keçirilib
05/02/2021 [15:47]:
Ali Məhkəmədə yeni təyin olunan hakimlərin andiçmə mərasimi keçirilir
05/02/2021 [15:39]:
Vətən müharibəsində Azərbaycan ordusunun məhv etdiyi müasir silah sistemləri...- FOTO/VİDEO
05/02/2021 [15:29]:
"Uşaqlara tətbiq olunan peyvəndlərdə yüksək effektivlik müşahidə olunarsa..."
05/02/2021 [15:15]:
“Onun toyunu görmək arzum idi, qız da tapmışdım...”- Şəhid gizirimizin anası...
05/02/2021 [15:12]:
Vəfa Təyyarqızı: “Qazandıqlarımı, təcrübələr, çətinliklər, uğursuzluqlar və uğurların yaşandığı, keçdiyim həmin o 10 illik yola borcluyam”
05/02/2021 [14:43]:
İlham Əliyev onu “Dostluq” ordeni ilə təltif etdi - SƏRƏNCAM
05/02/2021 [14:42]:
Təhsil haqqında dövlət sənədləri elektron formada veriləcək - FƏRMAN
05/02/2021 [14:41]:
“Hazırda deputat olan AXC fəalı qışqırdı: “Bəy, gözünüz aydın, parlamenti aldıq!..”
05/02/2021 [14:34]:
Şirvanda 52 yaşlı qadın boğularaq qətlə yetirilib
05/02/2021 [14:31]:
"Məmurlar bu villaları hansı pulla tikiblər?" - Baloğlan Əşrəfovdan sərt AÇIQLAMA
05/02/2021 [14:28]:
Ancelina Coli Bred Pittin hədiyyəsini hərraca çıxarır
05/02/2021 [14:20]:
“Ucarda mal-qara saxlayıram, dolanmaq lazımdır” - Ziya Məmmədov
05/02/2021 [14:17]:
Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimi davam edir - VİDEO
05/02/2021 [14:10]:
Milli Məclisin Gənclər və idman komitəsində növbəti dəfə idmançılarla görüş keçirilib
05/02/2021 [14:06]:
Milli Kitabxanada “Mitolojinin elçisi: Kamal Abdulla armağanı” kitabının təqdimatı keçirilib
05/02/2021 [14:02]:
Dünən Ağdamda partlayışda həlak olan əsgər dəfn olunub - FOTO
05/02/2021 [13:59]:
Qarabağda məhv edilən daha 52 erməni hərbçinin adı AÇIQLANDI
05/02/2021 [13:56]:
Cavanşir Quliyev peyvənd oldu - Foto
05/02/2021 [13:46]:
Bilal Haipak: “Pakistan şirkətləri Qarabağın bərpasında iştirak etməyə hazırdır”
05/02/2021 [13:31]:
Diaspor Komitəsi: Türkiyədə vəfat edən əsgər anasının cənazəsi Vətənə gətirilir
05/02/2021 [13:29]:
Veteran təşkilatlarının sədrləri ilə görüş keçirilib - Foto
05/02/2021 [13:26]:
Məcburi köçkünlərin qayıdışı BMT nümayəndəsi ilə müzakirə edilib
05/02/2021 [13:23]:
Duman, çiskin olacaq - Sabahın havası
05/02/2021 [13:18]:
Azərbaycandan Hindistana koks ixrac olunur
05/02/2021 [13:12]:
Bakıda üzən günəş stansiyası tikiləcək
05/02/2021 [13:09]:
“Facebook”da yalan məlumat yayan qadın Baş Prokurorluğa çağırıldı
05/02/2021 [13:07]:
Pakistan səfiri: “Azərbaycan Cammu və Kəşmir məsələsində mövqeyimizi cəsarətlə dəstəkləyib”
05/02/2021 [12:57]:
Astarada qadın qonşularının hücumuna məruz qalaraq bıçaqlanıb
05/02/2021 [12:56]:
Azəriqaz: "Paytaxtın 2 rayonunda 21 min abonentin problemi həll edilir" (VİDEO)
05/02/2021 [12:56]:
Rusiyanın admiralı vəfat edib
05/02/2021 [12:52]:
Azərbaycandan Hindistana koks ixrac olunur
05/02/2021 [12:50]:
Araz Ağalarovun qızına qarşı maska fırıldağı – 2,6 milyon dollar itirdi
05/02/2021 [12:49]:
Çin ortamənzilli raket hücumundan yerüstü müdafiə sistemini sınaqdan keçirib
05/02/2021 [12:46]:
Baş Prokurorluq mülki vətəndaşlara xəbərdarlıq etdi
05/02/2021 [12:40]:
Türkiyə apreldən turistlərin qəbuluna başlayır
05/02/2021 [12:37]:
Oğuz-Şəki avtomobil yolunun yenidən qurulması davam edir
05/02/2021 [12:35]:
Türkiyə “Atmaca” raketini sınaqdan keçirdi - VİDEO
05/02/2021 [12:33]:
Vətən müharibəsində bir sutkada 105 km. məsafədə ildırımsürətli hücum həyata keçirilib - FOTO
05/02/2021 [12:31]:
Səlçuk Bayraktar Azərbaycan hərbçilərinə sertifikat təqdim edəcək - VİDEO
05/02/2021 [12:30]:
Cəbrayılın Soltanlı kəndindən görüntülər - VİDEO
05/02/2021 [12:28]:
ADU-da payız semestrinin qış imtahan sessiyası davam edir
05/02/2021 [12:24]:
Cəbrayıl polisi silah-sursat aşkarladı
05/02/2021 [12:18]:
Səlçuk Bayraktar Azərbaycan hərbçilərinə sertifikat təqdim edəcək - VİDEO
05/02/2021 [12:15]:
İran İslam İnqilabının 42-ci ildönümünü qeyd edir
05/02/2021 [12:10]:
Xüsusi təyinatlı Beyrəyin qardaşı: 26-sı zəng etdi ki, başlayırıq...
05/02/2021 [12:08]:
Türkiyə mallarını boykot edən Nikol Paşinyan Almatıda türk otelində qalır
05/02/2021 [12:03]:
“Müharibə vaxtı orduya Paşinyanın arvadı nəzarət edirdi” - Qabrielyanov
Bütün arxiv bir sırada
05/02/2021 [16:49] - Cəmiyyət - ( 513 dəfə baxılıb)

44 günlük müharibə və müharibədən sonrakı günlər…



Gözləsək də , heç kəs inanmırdı… Hər şey qəflətən, gözlənilmədən başladı…İllərlə həsrətində olduğumuz Qələbə…Uşaqdan böyüyə, hər gün cənab İlham Əliyevdən, Ali baş komandandan gözlədiyimiz ard-arda qələbə müjdələri… Ölkəmizin bayraqlara büründüyü, binaların eyvanlarında, damların üstündə küçələr boyu dalğalanan Azərbaycan, Türkiyə, Pakistan bayraqları…

Tarixə nəzər salsaq yüz illərdi belə birlik yaşanmamışdı. Bu bir həqiqətdir. Atalar demiş:- “El bir olsa, dağ oynadar yerindən”.

- Cəbrayıl bizimdir, Qarabağ Azərbaycandır! 
Vaqif Bayatlını göylərdə uçan, Adil Minbaşını əyilib torpağı öpən gördüm…

- Füzuli bizimdir, Qarabağ Azərbaycandır!
Yerlə-yeksan olunmuş şəhərdən Ağabala Abdullayevin , Seyran Səxavətin yanıqlı “Zabul segahı”nın  yanıqlı səsi ucalırdı. Hətəm Quliyev, Akif Musayev, Umud Rəhimoğlu heyran-heyran, qəmli-qəmli xarabalıqlara boylanırdı…

- Zəngilan bizimdir, Qarabağ Azərbaycandır! 

- Qubadlı bizimdir, Qarabağ Azərbaycandır!
Bu günlərin özündə də yuxudan oyanandan gecə yatana qədər qulaqlarımdan getmir o səs – Ali baş komandanın qürur verici, yüksək tonlu səsi, Fateh səsi!

Noyabrın 8-i günü… Telefonuma zəng gəldi, açdım, evin həyətindəydim, yanımda xeyli adam var idi, əksəri də qonşular. Telefonun mikrofonu açıq idi… Gözəl, yanıqlı bir səslə “Segah” oxumağa başladı:

“Qalmaz belə, qalmaz dünya” yazanda
ümid közərirdi könül sazında
Zakir Fəxri, hər üzünə yazanda
Anasız yetimsən, sən, Qarabağsız!

- Zakir müəllim, Şuşadan zəng edirəm, məscidin içindəyik… ardına qulaq asa bilmədim… Gözlərimi yaş apardı, nə qədər istəsəm də kiriyə bilmirdim. Bir təhər toparlanıb evə qalxdım, beş şüşə araq götürüb həyətə düşdüm. Nazim Hüseynovla yaxınlıqdakı marketə gedib yüngülvari bazarlıq edib geri döndük. Ocaq qalanmışdı, ocağın başına xeyli adam yığışmışdı, əksəri də əllərində Türk və Azərbaycan bayraqları olan uşaqlar… Gecə yarıya qədər coşquyla  qələbəni  qeyd etdik… Bir film idi… İkicə gün sonra isə…

-Laçın bizimdir, Qarabağ Azərbaycandır!
Anam rəhmətlik gəldi gözlərimin önünə, kaş bircə ildə yaşayıb bu günləri görəydi, inişil 97 yaşında dünyasını dəyişdi anam…

Əqrəbasının- Laçın bəyin, Soltan bəyin, Xosrov bəyin, Zaman bəyin, Qara bəyin ruhu şad olsun! Qarabağda at oynadan, ermənini zəlil edən bəy kişilər!!!

Laçının adını eşidəndə Musa Urudun “Laçının qaşında qar çiçəklədi” misrası səsləndi içimdə… və Musa Urudun Gorus yolu bağlı olduğundan, Minkəndin Sarıyal aşırımından  min-bir çətinliklə, ölümlə üz-üzə, ermənilərin içindən keçərək anasının dalınca Uruda getməyi düşdü yadıma…

- Kəlbəcər bizimdir, Qarabağ Azərbaycandır!
Uşaqlıq xatirələrimlə bağlı olduğum Kəlbəcər! Nağıllar yurdu! Hər bulağının suyundan, yamaclardan, qayalardan, zirvələrdən qopan səs, aşıq Dədə Şəmşirin sazı! Ceyran bulağı!Qəmbər Şəmşir oğlunun Dədə nisgili, ana nisgili, Ağdaban ağrısı, Cavid Qurbanovun:

                       “Dağlar bizim dağlar deyil,
                        Dağlar qaldı Kəlbəcərdə"

Ocaq qalayan misraları, ən əziz dostlarından olmuş, məzarı Zülfüqarlıda, gözü yollarda qalmış, Azərbaycanımızın Milli Qəhrəmanı Şahlar Şükürov!... Dostumuz Xəqaninin, Adilin Kəlbəcər həsrəti! “ Moderator”un  baş redaktoru Zülfüqarın müharibə (44 günlük) günlərində Kəlbəcər həyəcanı.. (Görəsən, Kəlbəcəri ala biləcəyikmi?..) 
Və nəhayət- Ağdam bizimdir, Qarabağ Azərbaycandır!

Doğulduğum şəhər… Birinci “Qarabağ” savaşında Aqil Abbasla döyüş meydanlarında, səngərlərdə keçirdiyimiz günlər… Günümüz Ağdamda, Tərtərdə, Ağdərədə keçərdi. Aqil Abbasla… Bu bir başqa mövzudur…, ayrıca yazılası… Nələr gördüyümüzü, nələr çəkdiymizi bir Allah, bir də Aqillə mən bilirəm.

Necə unudasan?- Gəncəyə gecə yarı raket zərbəsi, özü də gecə yuxusunda olan dinc əhaliyə! Günün- günorta çağı Bərdəyə, Tərtərə atılan bombalar… Dinc əhaliyə yönəlmiş vəhşiliklər…

“ Qarabağın azadlığı demokratiyadan,, demokratik seçkilərdən keçir” deyənlərə bircə sual: Hansı “demokratik” dövlətin etirazını, səsini eşitdiniz? Viran qalmış şəhərlər, qəsəbələr, kəndlər dünyanın gözləri önündə baş vermirdimi? Dağıdılmış məscidlər, qəbirlər- bu vandallığa necə kor baxmaq olar?
1992-ci ildə qardaşım Kamili ağır yaralı ola-ola, qranatamyotla yenidən vurub diri-diri yandıran Köçəryanın  insanlığa sığmayan hərəkətini (vəhşi demirəm, vəhşi heyvanda da rəhm olur) necə qiymətləndirim, necə unudum? Biz niyə belə unutqan xalqıq? 44 gün qələbə sevincini bir anda unudub dedi-qoduya, giley-güzara başlamaq tez deyilmi?

Uşaqlarımızda, gənclərimizdə oyanmış Türk vofdizmi, türk ruhunu nəyin bahasına olur- olsunhər birimizin qorumaq borcu var, qorumaq!

Bu günlər baş qaldıran narazılıqlara, vətən sevgisindən doğan narahatlıqlara hörmətlə yanaşıram.Bununla da razılaşıram ki, illər boyu Qarabağı dilinə gətirməyənlər ekranlarda yarışa girib, “kimlərəsə” yarınmaq naminə cəh-cəh vururlar və bu da hamını qıcıqlandırır, içi mən qarışıq.

- Peyğəmbər əfəndimiz (s.ə.s.) döyüşü qələbəylə başa vurub geriyə dönəndə, yolda: - kiçik müharibəni udduq, qaldı böyük müharibə”- deyəndə soruşurlar ki, Ya Rəsul Allah, indi hansı dövlətlə vuraşacayıq? deyə sual edənlərə- “İçimizdəki düşmənlərlə”-deyə cavab verir. Böyük müharibə deyəndə bunu deyirmiş..
 
Yadıma Böyük Əmir Teymurun vəsiyyətlərindən bir-ikisi düşür…

- Mən Əmir dövləti necə qurdum? Ən böyük tayfalardan birinin başçısının altunpərəst, var-dövlət toplamaq hərisi olduğunu bilirdim. Xəzinəyə rəhbərliyi ona tapşırdım. O da, tayfası da sevindi…
Başqa  bir tayfanın başçısının arvadbaz, qadın düşkünü olduğunu çoxdan bilirdim. Hərəmxanaya rəhbərliyi ona həvalə etdim… Və i. və s. Yavaş yavaş ordunu qurdum, sonra ardınca bir neçə qələbə… Qalib ordunun varlığını görüb arxayınlaşandan sonra bütün tayfa başçılarını bir yerə yığıb söylədim: - “ Bu gündən başlayaraq qanunlar dəyişir. Yarından etibarən dövlət kafayla idarə olunacaq, qurşaqdan aşağıyla yox!”

Sonra üç dəfə soruşdum – “anladınızmı?”. Hamı bir ağızdan bəli dedi…
Bundan sonra anlamazları qılıncdan keçirtdim və beləcə dövləti qurdum!. “ “İşıqlı başlar sarayı da işıqlandırar. Saray işıqlı olanda məmləkət də işıqlı olar!”.
“Qılıncla alınan dövlət, qılıncla idarə oluna bilməz. Onu ancaq və ancaq ədalətlə idarə etmək mümkündür”

Bunlar Əmir Teymurun kəlamlarıdır.

- Rusun atom bombası var, nəbilim nəyi var, olsun.Nə edəcək ki, Balkanlar, Baltikyanı ölkələr, ”Varşava müqaviləsi” ölkələri Qarabağdan qat-qat əhəmiyyətli idi rus dövləti üçün. Yuqoslaviyanı dağıdıb neçə ölkəyə böldülər, o birilər əldən çıxdı. Bəs niyə atmadı atom bombasını? Dünya dərəbəylik deyil ki, dünyanın sonuna kim qol qoyar? Kim? “Xoxan gəldi”ylə uşaq böyütməzlər. Müstəqil dövlətimizin nə yaşı var ki? Xalq Cümhuriyyətini, Şərqdə ilk Demokratik Respublikanı qurduq, bir ildən artıq yaşamağa qoymadılar…

Əksər demokratik qərb dövlətləri bu günki hala qanlar bahasına gəlməyibmi? O ölkələrdə illərlə qanqsterlər, soyğunçular, dələduzlar at oynatmayıblarmı?Roma imperiyasının varisi müasir İtaliyada hökumət hələ də Siciliya mafiyasının öhdəsindən gələ bilmir.Alda Moranı yada salmaq yetər… Amerika qitəsində kartellər, narkobaronlar hələ də at oynadır.

Fetişləşdirməkdən çox uzağam. Ədalət naminə, İlham Əliyev cənabları tək başına sədləri aşdı, informasiya blokadasını ağılla, zəkayla yarmağı bacardı. Həqiqətləri dünyaya çatdırmağa, inandırmağa nail oldu. Amma illərlə kimsə bunu bacarmadı… Və hər şeyi də açıq-aşkar, gizlətmədən söylədi…

“Əgər Türkiyə, qardaşım Ərdoğan olmasaydı müharibənin taleyi ayrı cür olacaqdı”, deyə səmimi açıqlama da verdi…

“Təzyiqlərə, qarayaxma kampaniyalarına səbrlə dözdüm, hər şeyin vaxtı var deyə, bu zamanı da gözlədim”…

Açıqlamıram, çox ağrılı sözlərdi…

İllərdi “mətbuat” səhifələrində, sosial şəbəkələrdə ən iyrənc, ağlasığmaz təhqirlərin, söyüşlərin, böhtan dolu yalanların şahidi olmadıqmı?

Türkiyə olmasaydı…

Bəli, amma unutmayaq ki, ən vacib olanı siyasi qərardı! Bu qərara imza atmaq bir növ özünü “girov” qoymaqdı.

Prezidentin də ailəsi, uşaqları var…

Dörd tərəfimiz də ki, düşmən, terror dövlətləri…

Türk diplomatlarına qarşı törədilmiş qanlı terrorlar…

Ən sakit, küçələrdə, kino-teatrlarda cangüdənsiz gəzib-dolaşan İsveçin baş naziri Ulof Palmeyə qarşı sui-qəsd. Yüzlərlə belə misal çəkmək olar.

-“İndiki zamanda, supergüclərin öz məqsədləri üçün istifadə etdikləri, arxasında durduqları Ermənistanı darmadağın edib, bu misilsiz qələbə qazanmağımızı ağlıma belə gətirə bilməzdim, yuxuma belə gəlməzdi”…  Bu sözlər FHN-də çalışan, ilk günlərdən birinci Qarabağ savaşının içində olmuş dostum, general Valeh Abdullayevə məxsusdur…

“Söz var dağa çıxardar, söz var dağdan endirər”. Qələbə bizi ən uca zirvəyə, Murova çıxartdı. Zirvədəkiləri zirvədən aşağı endirməyə çalışmayın. Torpaq itirə-itirə gəldiyimiz, yüz illərdi həsrətində olduğumuz, ilk dəfə itirdiyimizi qazandığımız Qələbəyə daş atmayın, kölgə salmayın. Adicə, qanqaraldan bir hadisə ucbatından “heyif şəhidlərimizə” deyənlər özləri də bu kəlmələrin hansı fəsadlar yarada biləcəyini anlamayanlardı. Bu sözlər torpağa, Vətənə, şəhidlərə xəyanətdi! Belə çıxır ki, bir də Vətən uğrunda savaş olsa, kənara çəkilin, savaşmayın, “havayı” ölməyin.Cinayət deyilmi? Şəhidlər Vətən övladlarıdı- muzdlular deyil!

Birinci Qarabağ savaşında təkcə Ağdam şəhəri 6 mindən çox şəhid verib! 6 min!
Suriyada, İraqda, Livanda, Yəməndə milyondan çox adam ölüb… Yenə də savaş gedir, hələ də bir nəticə yoxdu…

Sovetlər dönəmində, sovetin qılıncının dalı da kəsən vaxtlar söz deməyə çəkinməyən kişilər, qələm adamları olmuşuq. Onda danışmaq, söz demək hər kişinin işi deyildi. İndi danışmağa, söz söyləməyə nə var ki…..

80-ci illərdə “Qara Məlik haqda nəğmələr” adlı kiçik (həcmcə) bir poemamı dəfələrlə “Qlavlit” dala qaytardı. Yusif Səmədoğlu çox çalışsa da, nəticə olmadı. Axırda Seyran  Səxavətin təklifiylə əsəri Bəxtiyar Vahabzadəyə verdik, o da təzəcə SSRİ Dövlət Mükafatı almışdı. Əsəri oxuyub “Poetik düşüncənin təzəliyi” adlı ön söz yazandan sonra “Ulduz” jurnalında çap olundu (1984-cü ildə).

“Biri vardı, biri yoxdu…
Birinin dərdi-səri çoxudu,
birininki heç yoxudu..
Bizim bu balaca dünya
tapdalanmış kilim kimi
kirli idi…
Bu kilimin üstü ilə
var-gəl edək Qara Məlik
yamanca fikirli idi.
Dünyanın üst-başı
çəpər-çəpər yamaq idi…
Bircə fikri vardı Məlikin
o da bu kirli kilimi
Suya çəkib yumaq idi…”

Əsas gətirirdilər ki, Müttəfiq Respublikaları “çəpər-çəpər” yumağa bənzədirsən…

Yenə də o fikirdəyəm,- nə qədər ki, yer üzündə dövlətlər, sərhədlər var, dünya çəpər-çəpər yamaqdı, həmişə çəpərlərdən daş atılacaq… Bütün dinlər deyir ki, hamımız bir ata, bir ananın- Adəm və Həvvanın uşaqlarıyıq… Onda bu çəpərlər nədi?

A kişilər, Avropa Parlamentinin yerləşdiyi Strasburq şəhəri alman şəhəridi, amma Fransanındı. Çayın körpüsünü o yana keçəndə Almaniyadı, üzü Baden-Badenə. Bütün dünya ölkələrində belə “yamaqlar” var, hansısa məqsəd üçün…

Dövlətlər, sərhədlər var olduqca, istər-istəməz münaqişələr də olacaq. Çox yaxın zamanlarda heç atom bombası da kimlərinsə, hansı böyük “güclərinsə” işinə yaramayacaq, elə şey yaradacaqlar ki, atomu işə salan “düymələr” işləməyəcək, internet bəzən donan kimi dondurulacaq…
Qabaqlar kimin ağlına gələrdi ki, əllərdə, ciblərdə simsiz telefon gəzdirəcəklər…
“Nağıllardakı kimi “üzüyün qaşına baxıb Aydan gözəl qız görüb sevəcəksən”… İndi dünyanın bu başından o başına “Votsap”la görüntülü danışmaq adi bir şeydi.

Lətifə varıydı, “Mollaya quran oxudardılar, sonra soruşardılar ki, molla Bakıda oxuduğun quran rayonda dəfn olunmuş dədəmə çatır?”

İndi Bakıdan alo deyəndə-dünyanın o başında bəli deyə, səs eşidirsən…
İsrailin “Haropu”, Türkün “Bayraqdarı” bunlardan xəbər verir… 44 günlük müharibədə hər şeyə şahid olduq.

Alınmaz qala Şuşanı yalın əllə bizlərə bəxş edən igidlərimizin ağlagəlməz şücaətinə kölgə salmayın.
“Danışılmışdı, bura qədər”… nə bilim, nələr… Danışılmış da müharibə olur? Gülüncdü. Elə bil uşaq oyunudu- “dava-dava oynayırdılar, sən nemes ol, mən sovet deyə bölünərdilər. Sabir necə böyük imiş”.

“Öz millətimiz başına əngəl kələfiz biz”

Rus sülhməramlılarından narahatlıq, inamsızlıq hər kəsin haqqıdı, onlar keçmişlərə söykənib ehtiyat edənlərdi.

Amma rus dövlətiylə, rus dövlətinin siyasətiylə rus xalqını qarışdırmayın. Siyasətlə xalq başqa-başqa məfhumlardı: Puşkin var, Mayakovski var, Yesenin var, Tolstoy var… Ermənilərin “kimliyini ifşa edən” rus ziyalıları var. Hansı ki, onlara “kirvə” deyənlər bizlər idik o zamanlar... Rus şairləri yazmışdı, biz yazmışdıq:

“Qardaş olub hayastan, Azərbaycan”
“Kür, Araz, Ararat”
Nə gözəldi bu həyat”...

Gəlin yüz illərdə bir yol baş tutmuş Yumruq kimi bu birliyi, bu qələbə ruhunu əl-ələ, baş-başa verib qoruyağın!

Rüşvətxorluqdan, məmur özbaşınalıqlarından, haqsızlıqdan yazmaq da, danışmaq da hər kəsin haqqıdır, ədalət sevgisi, istəyidir... Və istəyə, bu haqq səsinə daş atan “yalaqlar”, “politoloqlar”, “yaltaqşünaslar” öz-özünə əriyib gedəcək.

Cənab Prezident 10-luğu vurdu: “Mən Şuşanı Mədəniyyət Paytaxtı, Mədəniyyət Mərkəzi elan etmişəm, “məmurlar” mərkəzi, paytaxtı yox!!!”

Bu qələbəyə qədər 30 il səbr etdik, bir az da səbr edək. İndi də diplomatiyamızın qələbəsini gözləyək. İnanıram ki, bu da bizim qələbəylə bitəcək.

İki qardaş- İlham Əliyevlə Ərdoğan əl-ələ verib böyük qələbəni təmin etdilər, əl-ələ verib son akkordu da çalaçaqlar, son nöqtəni də qoyacaq bu İKİ QARDAŞ!

Biz Şuşadayıq! Düşmənə Şuşadan, yuxarıdan aşağıya baxırıq! Həmişəlik yuxarıdan aşağıya baxmaqda da qalaq!

Qarabağ Azərbaycandır!!!

Hamıya sevgilərlə!

Zakir Fəxri!

loading...
Koronavirusa yoluxduğunu yumoristik şəkildə elan etdi, 1 gün sonra həyatını itirdi....
Qızının saçına gizli dinləmə cihazı qoyan ailə müəllimin kobud davranışını ifşa etdi
Özündən 12 yaş böyük qadınla evləndi, Qara Qarayev oxumasını istəmədi, ən yaxın dostu ondan küsülü öldü
"İlham və Nikol arasındakı şifahi razılaşmalara görə, Rusiyadakı Artsax ofisi bağlanır..."
Artsrun Hovannisyan xəstələndi 
N.Tusi adına Klinika

Dünya
Türkiyə tezliklə Akıncı PUA-larının kütləvi istehsalına başlayacaq
Cəmiyyət
Vəfa Təyyarqızı: “Qazandıqlarımı, təcrübələr, çətinliklər, uğursuzluqlar və uğurların yaşandığı, keçdiyim həmin o 10 illik yola borcluyam”
Cəmiyyət
“Bu da Əlibaba müəllimin böyüklüyüdür ki, həmin mahnını “Xudayar təsnifi” adlandırdı...”
Cəmiyyət
“Həyat yoldaşım dedi ki, artıq yeriyə bilmirəm, gəl qumbarayla özümüzü öldürək...”
Cəmiyyət
Müsəlman yeməkxanası yoxsul ingilislərə isti xörək paylamağa başladı...-FOTO

Yazar
Sultan Laçın
Ağzımıza su almayaq! - 2 dəfə bahalaşdı... –Fəqət, Şuşanın İsa bulağında...
Həftənin ən çox oxunanları
"Bir dəfə Putinə dedim ki, xəbərin varmı, nə qədər rus qızı türklərlə ailə qurub..?"
"Vaqif Axundov dedi ki, cənab prezident, bəlkə onu prezidentin mühafizəsinə götürək?"
"Araik hətta mənimlə maraqlandı, ailə qurub-qurmadığımı soruşdu, sonra mənə yazdı ki..."
"Səhhəti pisdir, nə Mədəniyyət Nazirliyi maraqlanır, nə də..."
“Biləndə ki, mənə qulluq edən Flora xanımdır, utandığımdan avtomatımı  götürüb xəstəxanadan qaçdım...”
"Evimə görə mənimlə ailə həyatı qurmaq istəyənlər çox idi, amma şərait yaratmadım..."
“Putin deyib ki, hər kəs olduğu yerdə qalsın...”- Laçının Zabux dərəsindəki Andranik...
Mərhum pilotun qayınatasından şok iddia: “Rəşad özü də havada olarkən ağır yaralanıb"
"İlkinin qardaşı və 70 yaşlı əmisi qızımın hamilə olduğunu deyirlər, şər atmaq yaraşırmı?"
Xocalı Azərbaycana niyə təhvil verilmir? - Türk general səbəbi açıqladı
old.moderator.az-ın arxivi
Copyright©2021
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: moderator_az@mail.ru
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247
X 1xbet
{literal} {/literal}