Xəbər lenti
05/02/2021 [17:54]:
Ölkə ərazisində qərb küləyi əsib, arabir güclənib - FAKTİKİ HAVA
05/02/2021 [17:49]:
Avropa Komissiyası Metsamor AES-in bağlanmasını tələb edir
05/02/2021 [17:47]:
Milli Məclisin Sədri Sahibə Qafarova Gürcüstanın ölkəmizdəki səfiri ilə görüşüb
05/02/2021 [17:47]:
ADNSU-nun İctimai Etimad Şurası onlayn imtahan prosesini izləyib
05/02/2021 [17:45]:
Prezidentin xüsusi nümayəndələrinin vəzifələri ilə əlaqədar qanuna dəyişiklik edilir
05/02/2021 [17:42]:
Füzuliyə gizli yollarla gedənlər HƏBS OLUNDU - VİDEO
05/02/2021 [17:42]:
Yüksək Texnologiyalar Parkına baş direktor təyin edildi
05/02/2021 [17:41]:
MDTF-dən yeni sənədli film: “Zor təfəkkürü”
05/02/2021 [17:38]:
Azərbaycanda 138 yeni yoluxma faktı qeydə alınıb
05/02/2021 [17:36]:
Koronavirusa yoluxduğunu yumoristik şəkildə elan etdi, 1 gün sonra həyatını itirdi....
05/02/2021 [17:33]:
Azad edilmiş ərazilərə qeyri-qanuni getmək istəyənlər saxlanıldı
05/02/2021 [17:24]:
Türkiyə tezliklə Akıncı PUA-larının kütləvi istehsalına başlayacaq
05/02/2021 [17:04]:
“Vətən müharibəsinə həsr edilən hər bir rəsm əsəri, film və musiqi “dil açıb danışmalıdır””
05/02/2021 [17:01]:
Hakimiyyət: o özünü necə xilas edə bilər!
05/02/2021 [16:57]:
Beynəlxalq Qarabağ Forumundan Xocalı, Xankəndinə qayıdış təklifi
05/02/2021 [16:49]:
44 günlük müharibə və müharibədən sonrakı günlər…
05/02/2021 [16:48]:
Ağalar Vəliyev Milli Qəhrəman Allahverdi Bağırovun ailə üzvləri ilə görüşüb - Fotolar
05/02/2021 [16:37]:
"Şəhid mövzusu ilə manipulyasiya etmək həm şəhidlərin ruhuna, həm də cəmiyyətə qarşı hörmətsizlikdir"
05/02/2021 [16:34]:
Vahid Ələkbərov dünyanın ən zənginlərinin reytinqində
05/02/2021 [16:21]:
Əsgərimizi niyə tərifləyirsiz? Yaxşı öldüyü üçün? - Gevorkyan
05/02/2021 [16:19]:
Qızlığı onu şərlədi, namus üstündə rəisi öldürdü, dostları kürəyindən vurdu - Sovet milisinə müharibə elan edən azərbaycanlı qaçaq
05/02/2021 [16:13]:
Azərbaycanda bir dərmanın satışı qadağan olunub
05/02/2021 [16:12]:
Çingiz xanın ölüm səbəbi ilə bağlı yeni fərziyyə irəli sürülüb
05/02/2021 [16:10]:
Qalınlığı 15-50 mikron olan polietilen torbalar ayrıca məhsul növü kimi satılacaq
05/02/2021 [16:09]:
İnstitut direktoru: "COVID-19-un yeni ştammı hər an ölkəyə gələ bilər"
05/02/2021 [16:05]:
Ərdoğan Makrona: "Sən get hələ "sarı jiletlilər" məsələsini həll elə"
05/02/2021 [16:03]:
Bakıda Hərbi Qənimətlər Parkı yaradılır - VİDEO
05/02/2021 [15:59]:
Son bir ildə 18 yaşdan aşağı olanların intiharı iki dəfəyədək artıb
05/02/2021 [15:57]:
Ermənilər Qarabağda ordumuz tərəfindən məhv edilən daha 52 hərbçisinin adını açıqladı- SİYAHI...
05/02/2021 [15:56]:
İri ticarət mərkəzləri və “mall”lar nə vaxt açıla bilər?
05/02/2021 [15:54]:
ADPU-da Umud Rəhimoğlu ilə görüş - FOTO
05/02/2021 [15:50]:
Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib
05/02/2021 [15:49]:
“Yenilməz” romanının təqdimat mərasimi keçirilib
05/02/2021 [15:47]:
Ali Məhkəmədə yeni təyin olunan hakimlərin andiçmə mərasimi keçirilir
05/02/2021 [15:39]:
Vətən müharibəsində Azərbaycan ordusunun məhv etdiyi müasir silah sistemləri...- FOTO/VİDEO
05/02/2021 [15:29]:
"Uşaqlara tətbiq olunan peyvəndlərdə yüksək effektivlik müşahidə olunarsa..."
05/02/2021 [15:15]:
“Onun toyunu görmək arzum idi, qız da tapmışdım...”- Şəhid gizirimizin anası...
05/02/2021 [15:12]:
Vəfa Təyyarqızı: “Qazandıqlarımı, təcrübələr, çətinliklər, uğursuzluqlar və uğurların yaşandığı, keçdiyim həmin o 10 illik yola borcluyam”
05/02/2021 [14:43]:
İlham Əliyev onu “Dostluq” ordeni ilə təltif etdi - SƏRƏNCAM
05/02/2021 [14:42]:
Təhsil haqqında dövlət sənədləri elektron formada veriləcək - FƏRMAN
05/02/2021 [14:41]:
“Hazırda deputat olan AXC fəalı qışqırdı: “Bəy, gözünüz aydın, parlamenti aldıq!..”
05/02/2021 [14:34]:
Şirvanda 52 yaşlı qadın boğularaq qətlə yetirilib
05/02/2021 [14:31]:
"Məmurlar bu villaları hansı pulla tikiblər?" - Baloğlan Əşrəfovdan sərt AÇIQLAMA
05/02/2021 [14:28]:
Ancelina Coli Bred Pittin hədiyyəsini hərraca çıxarır
05/02/2021 [14:20]:
“Ucarda mal-qara saxlayıram, dolanmaq lazımdır” - Ziya Məmmədov
05/02/2021 [14:17]:
Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimi davam edir - VİDEO
05/02/2021 [14:10]:
Milli Məclisin Gənclər və idman komitəsində növbəti dəfə idmançılarla görüş keçirilib
05/02/2021 [14:06]:
Milli Kitabxanada “Mitolojinin elçisi: Kamal Abdulla armağanı” kitabının təqdimatı keçirilib
05/02/2021 [14:02]:
Dünən Ağdamda partlayışda həlak olan əsgər dəfn olunub - FOTO
05/02/2021 [13:59]:
Qarabağda məhv edilən daha 52 erməni hərbçinin adı AÇIQLANDI
05/02/2021 [13:56]:
Cavanşir Quliyev peyvənd oldu - Foto
05/02/2021 [13:46]:
Bilal Haipak: “Pakistan şirkətləri Qarabağın bərpasında iştirak etməyə hazırdır”
05/02/2021 [13:31]:
Diaspor Komitəsi: Türkiyədə vəfat edən əsgər anasının cənazəsi Vətənə gətirilir
05/02/2021 [13:29]:
Veteran təşkilatlarının sədrləri ilə görüş keçirilib - Foto
05/02/2021 [13:26]:
Məcburi köçkünlərin qayıdışı BMT nümayəndəsi ilə müzakirə edilib
05/02/2021 [13:23]:
Duman, çiskin olacaq - Sabahın havası
05/02/2021 [13:18]:
Azərbaycandan Hindistana koks ixrac olunur
05/02/2021 [13:12]:
Bakıda üzən günəş stansiyası tikiləcək
05/02/2021 [13:09]:
“Facebook”da yalan məlumat yayan qadın Baş Prokurorluğa çağırıldı
05/02/2021 [13:07]:
Pakistan səfiri: “Azərbaycan Cammu və Kəşmir məsələsində mövqeyimizi cəsarətlə dəstəkləyib”
05/02/2021 [12:57]:
Astarada qadın qonşularının hücumuna məruz qalaraq bıçaqlanıb
05/02/2021 [12:56]:
Azəriqaz: "Paytaxtın 2 rayonunda 21 min abonentin problemi həll edilir" (VİDEO)
05/02/2021 [12:56]:
Rusiyanın admiralı vəfat edib
05/02/2021 [12:52]:
Azərbaycandan Hindistana koks ixrac olunur
05/02/2021 [12:50]:
Araz Ağalarovun qızına qarşı maska fırıldağı – 2,6 milyon dollar itirdi
05/02/2021 [12:49]:
Çin ortamənzilli raket hücumundan yerüstü müdafiə sistemini sınaqdan keçirib
05/02/2021 [12:46]:
Baş Prokurorluq mülki vətəndaşlara xəbərdarlıq etdi
05/02/2021 [12:40]:
Türkiyə apreldən turistlərin qəbuluna başlayır
05/02/2021 [12:37]:
Oğuz-Şəki avtomobil yolunun yenidən qurulması davam edir
05/02/2021 [12:35]:
Türkiyə “Atmaca” raketini sınaqdan keçirdi - VİDEO
05/02/2021 [12:33]:
Vətən müharibəsində bir sutkada 105 km. məsafədə ildırımsürətli hücum həyata keçirilib - FOTO
05/02/2021 [12:31]:
Səlçuk Bayraktar Azərbaycan hərbçilərinə sertifikat təqdim edəcək - VİDEO
05/02/2021 [12:30]:
Cəbrayılın Soltanlı kəndindən görüntülər - VİDEO
05/02/2021 [12:28]:
ADU-da payız semestrinin qış imtahan sessiyası davam edir
05/02/2021 [12:24]:
Cəbrayıl polisi silah-sursat aşkarladı
05/02/2021 [12:18]:
Səlçuk Bayraktar Azərbaycan hərbçilərinə sertifikat təqdim edəcək - VİDEO
05/02/2021 [12:15]:
İran İslam İnqilabının 42-ci ildönümünü qeyd edir
05/02/2021 [12:10]:
Xüsusi təyinatlı Beyrəyin qardaşı: 26-sı zəng etdi ki, başlayırıq...
05/02/2021 [12:08]:
Türkiyə mallarını boykot edən Nikol Paşinyan Almatıda türk otelində qalır
05/02/2021 [12:03]:
“Müharibə vaxtı orduya Paşinyanın arvadı nəzarət edirdi” - Qabrielyanov
Bütün arxiv bir sırada
05/02/2021 [14:31] - Cəmiyyət - ( 683 dəfə baxılıb)

"Məmurlar bu villaları hansı pulla tikiblər?" - Baloğlan Əşrəfovdan sərt AÇIQLAMA



Azərbaycanda koronavirus epidemiyasına görə kütləvi mərasimlər, o cümlədən toylar artıq bir ilə yaxındır qadağan edilib. Bu da əsas gəlirlərini el şənliklərindən əldə edən sənət adamlarının etirazına səbəb olub. 

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Əməkdar artist Baloğlan Əşrəfov toylara icazə verilməməsinə etiraz edib:

“Allah musiqiçilərin qapısını açsın. Onlar yiyəsiz, yazıqdırlar,  arxasında dayanan qüvvə yoxdur ki, onları da qabağa verib desinlər ki, toylara icazə verilməlidir. Yəqin ki, restoranlar, müxtəlif yerlər açılanda onların dalında dayanan olub ki, bunu tələb ediblər. Çox qorxulu zamandır, amma həqiqəti deməsəm də Allahımdan qorxuram. Hərdən bəzi vəzifəli şəxslər, sosioloqlar efirə çıxırlar deyirlər ki, toylarda 50-150 nəfər olsun, belə keçirilsin. Amma bir şeyi düşünmürlər ki, balasını dünyaya gətirən kişi 30 il ondan-bundan pul tapıb toylara gedir, pul salır ki, illər sonra toy edəndə verdiyi pulları geri alsın. Öz balasına bir otaq tiksin, yaxud mebel alsın. Bunu təklif edənlərin özlərinə əlbəttə bu sərf edər. Çünki onlar öz balalarının toyunu dünyanın bahalı yerlərinddə -  Amerikada, digər Avropa ölkələrində edirlər, gələn qonaqlardan heç pul da almırlar. Onların buna nə ehtiyacı var? Bəs musiqiçilərin, toy etmək istəyənlərin halı necə olacaq?! Bilirsiniz, nə qədər ailələr dağılıb? Eləsi var ki, ailə qurub, amma yaşamağa şərait yoxdur, boşanırlar. Kasıb insanlar toy edib illərlə verdikləri pulu geri ala bilmədilər. Allah canlarını sağ etsin, nə deyim?”

Sənətçi müəyyən qaydalara riayət etməklə el şənliklərinin keçirilə biləcəyini vurğulayıb:

“Bütün idarələr, qurumlar, mağazalar, restoran-kafelər pandemiya dövründə fasilələrlə açılıb-bağlanıb, amma musiqiçilərə olmaz! Çünki yiyəsizdirlər. Musiqiçilər həmişə öz dövlətlərinə şərəflə xidmət ediblər. Müxtəlif rayonlarda tədbirlərdə iştirak ediblər. Heç onda soruşan olmayıb ki, siz bura hansı pulla gəlmisiniz? Sevindirici haldır ki, muzeylər açılıb. Muzeylərin açıldığını eşidəndə üç gün bayram elədim! (Gülür) A kişi, utanmırlar danışırlar. Vallah, mən xəcalət çəkirəm.

Mən vətəndaş olaraq hökumətimi həmişə dəstəkləmişəm. Dövlətimizin rəhbərinə hər zaman sədaqətlə qulluq etmişəm, hörmətlə yanaşmışam. Çünki əgər mən seçkilərdə səs vermişəmsə, seçmişəmsə gərək onların dalında dayanam. Amma ona xidmət edən müəyyən qurumlar, vəzifəli şəxslər var ki, onları Allah saxlasın, əllərindən, ayaqlarından nə gəlir əsigəməsinlər! Şadlıq evləri kasıb-kusubların deyil, hər zaman zallarda səliqə-səhmana, təmizliyə diqqət edilib, guya pandemiya dövründə insanlar qudurğanlıq edib zalları dağıdacaqlar? Gələn hamı biləcək ki, xəstəlik var, tədbirini görəcək, içəri daxil olanda da hər kəsin hərarəti ölçülüb buraxılar. Belə olsa, heç bir problem yaranmaz. Niyə qapazı məhz musiqiçilərin başına vururlar?!”

Əşrəfov cütlüklərin toysuz evlənməyinin tərəfdarı olanları da sərt şəkildə ittiham edib:

“Bir söz deyən kimi yazırlar ki, “Qurtardı daha toylar, pul dövrü bitdi”. O sözləri deyənlərin çoxsu sonsuzdurlar, heç övladları yoxdur, ona görə bu sözü deyirlər, çünki sərf edir. Bəs 4-5 uşaq böyüdən valideyn balasına toy etməsin? Günahdır, vallah, günahdır. Bu millət yazıqdır. Toyların qadağan edilməsinin tərəfdarı olanların böyük əksəriyyətinin balalarının toyunda oxumuşam. İndi deyirlər ki, toy lazım deyil, çünki milyardları var. “Toy olmasın, nikah bağlayıb evlənsinlər” deyənlər bizim milli adət-ənənmizə, kökümüzə düşmənlərdir. Onlar bizi müxtəlif millətlər kimi ayaqüstü toy etməyə çəkirlər. Həmin millətlər ayaq üstə evlənir, elə ayaq üstə də boşanır. Bu Azərbaycan xalqının milli mentalitetinə ziddir. Bunu deyənlər kimlərdirsə, onların zatına, kökünə bir daha baxmaq lazımdır, axtarmaq lazımdır ki, genlərində nə var”.

O, bəzi vəzifəli şəxslərin koronavirusdan öz mənfəətləri üçün istifadə etdiyini bildirib:

“Mən Azərbaycan xalqının nümayəndəsiyəm, Azərbaycanıma qurban olum. Dövlətin başında dayananlara indiyə qədər hörmətlə yanaşmışam, amma bəzi insanlar fürsətdən istifadə edirlər. Öz mənfur niyətlərini pandemiyanın, koronavirusun boynuna yıxırlar. Bu artıq başqa söhbətdir, bundan istifadə edirlər, aldadırlar. Bizə deyirlər ki, halal zəhmətlə dolanın, mən bugünə qədər vergi ödəyicisiyəm. Amma  görün indi nələr ortalığa çıxır, vəzifə başında dayanan məmurların lüks villalarını, mülklərini görürük. Həmin pullarla bir rayonu, kəndlərini dolandırmaq olar. Bu qədər pulu haradan əldə ediblər?! Müğənnilərə deyirlər ki, vergi vermirsiniz. Bəs onlar bu qədər villaları necə tikiblər? Onlar maaşla dolanıblar, biz də gündəlik qonorar almışıq. Bizdən milyon dəfə yaxşı şəraitdə yaşayırlar. Halal xoşları olsun! Özləri bilər. Amma bu yazıq millətin başına vurmasınlar, hər şeyi koronanın ayağına yazmasınlar. Mənim bütün musiqiçilərim Moskvaya toy çalmağa çıxıb gediblər. Moskvada guya korona yoxdur?”  

loading...
Koronavirusa yoluxduğunu yumoristik şəkildə elan etdi, 1 gün sonra həyatını itirdi....
Qızının saçına gizli dinləmə cihazı qoyan ailə müəllimin kobud davranışını ifşa etdi
Özündən 12 yaş böyük qadınla evləndi, Qara Qarayev oxumasını istəmədi, ən yaxın dostu ondan küsülü öldü
"İlham və Nikol arasındakı şifahi razılaşmalara görə, Rusiyadakı Artsax ofisi bağlanır..."
Artsrun Hovannisyan xəstələndi 
N.Tusi adına Klinika

Dünya
Türkiyə tezliklə Akıncı PUA-larının kütləvi istehsalına başlayacaq
Cəmiyyət
Vəfa Təyyarqızı: “Qazandıqlarımı, təcrübələr, çətinliklər, uğursuzluqlar və uğurların yaşandığı, keçdiyim həmin o 10 illik yola borcluyam”
Cəmiyyət
“Bu da Əlibaba müəllimin böyüklüyüdür ki, həmin mahnını “Xudayar təsnifi” adlandırdı...”
Cəmiyyət
“Həyat yoldaşım dedi ki, artıq yeriyə bilmirəm, gəl qumbarayla özümüzü öldürək...”
Cəmiyyət
Müsəlman yeməkxanası yoxsul ingilislərə isti xörək paylamağa başladı...-FOTO

Yazar
Sultan Laçın
Ağzımıza su almayaq! - 2 dəfə bahalaşdı... –Fəqət, Şuşanın İsa bulağında...
Həftənin ən çox oxunanları
"Bir dəfə Putinə dedim ki, xəbərin varmı, nə qədər rus qızı türklərlə ailə qurub..?"
"Vaqif Axundov dedi ki, cənab prezident, bəlkə onu prezidentin mühafizəsinə götürək?"
"Araik hətta mənimlə maraqlandı, ailə qurub-qurmadığımı soruşdu, sonra mənə yazdı ki..."
"Səhhəti pisdir, nə Mədəniyyət Nazirliyi maraqlanır, nə də..."
“Biləndə ki, mənə qulluq edən Flora xanımdır, utandığımdan avtomatımı  götürüb xəstəxanadan qaçdım...”
"Evimə görə mənimlə ailə həyatı qurmaq istəyənlər çox idi, amma şərait yaratmadım..."
“Putin deyib ki, hər kəs olduğu yerdə qalsın...”- Laçının Zabux dərəsindəki Andranik...
Mərhum pilotun qayınatasından şok iddia: “Rəşad özü də havada olarkən ağır yaralanıb"
"İlkinin qardaşı və 70 yaşlı əmisi qızımın hamilə olduğunu deyirlər, şər atmaq yaraşırmı?"
Xocalı Azərbaycana niyə təhvil verilmir? - Türk general səbəbi açıqladı
old.moderator.az-ın arxivi
Copyright©2021
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: moderator_az@mail.ru
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247
X 1xbet
{literal} {/literal}