Xəbər lenti
05/02/2021 [17:54]:
Ölkə ərazisində qərb küləyi əsib, arabir güclənib - FAKTİKİ HAVA
05/02/2021 [17:49]:
Avropa Komissiyası Metsamor AES-in bağlanmasını tələb edir
05/02/2021 [17:47]:
Milli Məclisin Sədri Sahibə Qafarova Gürcüstanın ölkəmizdəki səfiri ilə görüşüb
05/02/2021 [17:47]:
ADNSU-nun İctimai Etimad Şurası onlayn imtahan prosesini izləyib
05/02/2021 [17:45]:
Prezidentin xüsusi nümayəndələrinin vəzifələri ilə əlaqədar qanuna dəyişiklik edilir
05/02/2021 [17:42]:
Füzuliyə gizli yollarla gedənlər HƏBS OLUNDU - VİDEO
05/02/2021 [17:42]:
Yüksək Texnologiyalar Parkına baş direktor təyin edildi
05/02/2021 [17:41]:
MDTF-dən yeni sənədli film: “Zor təfəkkürü”
05/02/2021 [17:38]:
Azərbaycanda 138 yeni yoluxma faktı qeydə alınıb
05/02/2021 [17:36]:
Koronavirusa yoluxduğunu yumoristik şəkildə elan etdi, 1 gün sonra həyatını itirdi....
05/02/2021 [17:33]:
Azad edilmiş ərazilərə qeyri-qanuni getmək istəyənlər saxlanıldı
05/02/2021 [17:24]:
Türkiyə tezliklə Akıncı PUA-larının kütləvi istehsalına başlayacaq
05/02/2021 [17:04]:
“Vətən müharibəsinə həsr edilən hər bir rəsm əsəri, film və musiqi “dil açıb danışmalıdır””
05/02/2021 [17:01]:
Hakimiyyət: o özünü necə xilas edə bilər!
05/02/2021 [16:57]:
Beynəlxalq Qarabağ Forumundan Xocalı, Xankəndinə qayıdış təklifi
05/02/2021 [16:49]:
44 günlük müharibə və müharibədən sonrakı günlər…
05/02/2021 [16:48]:
Ağalar Vəliyev Milli Qəhrəman Allahverdi Bağırovun ailə üzvləri ilə görüşüb - Fotolar
05/02/2021 [16:37]:
"Şəhid mövzusu ilə manipulyasiya etmək həm şəhidlərin ruhuna, həm də cəmiyyətə qarşı hörmətsizlikdir"
05/02/2021 [16:34]:
Vahid Ələkbərov dünyanın ən zənginlərinin reytinqində
05/02/2021 [16:21]:
Əsgərimizi niyə tərifləyirsiz? Yaxşı öldüyü üçün? - Gevorkyan
05/02/2021 [16:19]:
Qızlığı onu şərlədi, namus üstündə rəisi öldürdü, dostları kürəyindən vurdu - Sovet milisinə müharibə elan edən azərbaycanlı qaçaq
05/02/2021 [16:13]:
Azərbaycanda bir dərmanın satışı qadağan olunub
05/02/2021 [16:12]:
Çingiz xanın ölüm səbəbi ilə bağlı yeni fərziyyə irəli sürülüb
05/02/2021 [16:10]:
Qalınlığı 15-50 mikron olan polietilen torbalar ayrıca məhsul növü kimi satılacaq
05/02/2021 [16:09]:
İnstitut direktoru: "COVID-19-un yeni ştammı hər an ölkəyə gələ bilər"
05/02/2021 [16:05]:
Ərdoğan Makrona: "Sən get hələ "sarı jiletlilər" məsələsini həll elə"
05/02/2021 [16:03]:
Bakıda Hərbi Qənimətlər Parkı yaradılır - VİDEO
05/02/2021 [15:59]:
Son bir ildə 18 yaşdan aşağı olanların intiharı iki dəfəyədək artıb
05/02/2021 [15:57]:
Ermənilər Qarabağda ordumuz tərəfindən məhv edilən daha 52 hərbçisinin adını açıqladı- SİYAHI...
05/02/2021 [15:56]:
İri ticarət mərkəzləri və “mall”lar nə vaxt açıla bilər?
05/02/2021 [15:54]:
ADPU-da Umud Rəhimoğlu ilə görüş - FOTO
05/02/2021 [15:50]:
Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib
05/02/2021 [15:49]:
“Yenilməz” romanının təqdimat mərasimi keçirilib
05/02/2021 [15:47]:
Ali Məhkəmədə yeni təyin olunan hakimlərin andiçmə mərasimi keçirilir
05/02/2021 [15:39]:
Vətən müharibəsində Azərbaycan ordusunun məhv etdiyi müasir silah sistemləri...- FOTO/VİDEO
05/02/2021 [15:29]:
"Uşaqlara tətbiq olunan peyvəndlərdə yüksək effektivlik müşahidə olunarsa..."
05/02/2021 [15:15]:
“Onun toyunu görmək arzum idi, qız da tapmışdım...”- Şəhid gizirimizin anası...
05/02/2021 [15:12]:
Vəfa Təyyarqızı: “Qazandıqlarımı, təcrübələr, çətinliklər, uğursuzluqlar və uğurların yaşandığı, keçdiyim həmin o 10 illik yola borcluyam”
05/02/2021 [14:43]:
İlham Əliyev onu “Dostluq” ordeni ilə təltif etdi - SƏRƏNCAM
05/02/2021 [14:42]:
Təhsil haqqında dövlət sənədləri elektron formada veriləcək - FƏRMAN
05/02/2021 [14:41]:
“Hazırda deputat olan AXC fəalı qışqırdı: “Bəy, gözünüz aydın, parlamenti aldıq!..”
05/02/2021 [14:34]:
Şirvanda 52 yaşlı qadın boğularaq qətlə yetirilib
05/02/2021 [14:31]:
"Məmurlar bu villaları hansı pulla tikiblər?" - Baloğlan Əşrəfovdan sərt AÇIQLAMA
05/02/2021 [14:28]:
Ancelina Coli Bred Pittin hədiyyəsini hərraca çıxarır
05/02/2021 [14:20]:
“Ucarda mal-qara saxlayıram, dolanmaq lazımdır” - Ziya Məmmədov
05/02/2021 [14:17]:
Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimi davam edir - VİDEO
05/02/2021 [14:10]:
Milli Məclisin Gənclər və idman komitəsində növbəti dəfə idmançılarla görüş keçirilib
05/02/2021 [14:06]:
Milli Kitabxanada “Mitolojinin elçisi: Kamal Abdulla armağanı” kitabının təqdimatı keçirilib
05/02/2021 [14:02]:
Dünən Ağdamda partlayışda həlak olan əsgər dəfn olunub - FOTO
05/02/2021 [13:59]:
Qarabağda məhv edilən daha 52 erməni hərbçinin adı AÇIQLANDI
05/02/2021 [13:56]:
Cavanşir Quliyev peyvənd oldu - Foto
05/02/2021 [13:46]:
Bilal Haipak: “Pakistan şirkətləri Qarabağın bərpasında iştirak etməyə hazırdır”
05/02/2021 [13:31]:
Diaspor Komitəsi: Türkiyədə vəfat edən əsgər anasının cənazəsi Vətənə gətirilir
05/02/2021 [13:29]:
Veteran təşkilatlarının sədrləri ilə görüş keçirilib - Foto
05/02/2021 [13:26]:
Məcburi köçkünlərin qayıdışı BMT nümayəndəsi ilə müzakirə edilib
05/02/2021 [13:23]:
Duman, çiskin olacaq - Sabahın havası
05/02/2021 [13:18]:
Azərbaycandan Hindistana koks ixrac olunur
05/02/2021 [13:12]:
Bakıda üzən günəş stansiyası tikiləcək
05/02/2021 [13:09]:
“Facebook”da yalan məlumat yayan qadın Baş Prokurorluğa çağırıldı
05/02/2021 [13:07]:
Pakistan səfiri: “Azərbaycan Cammu və Kəşmir məsələsində mövqeyimizi cəsarətlə dəstəkləyib”
05/02/2021 [12:57]:
Astarada qadın qonşularının hücumuna məruz qalaraq bıçaqlanıb
05/02/2021 [12:56]:
Azəriqaz: "Paytaxtın 2 rayonunda 21 min abonentin problemi həll edilir" (VİDEO)
05/02/2021 [12:56]:
Rusiyanın admiralı vəfat edib
05/02/2021 [12:52]:
Azərbaycandan Hindistana koks ixrac olunur
05/02/2021 [12:50]:
Araz Ağalarovun qızına qarşı maska fırıldağı – 2,6 milyon dollar itirdi
05/02/2021 [12:49]:
Çin ortamənzilli raket hücumundan yerüstü müdafiə sistemini sınaqdan keçirib
05/02/2021 [12:46]:
Baş Prokurorluq mülki vətəndaşlara xəbərdarlıq etdi
05/02/2021 [12:40]:
Türkiyə apreldən turistlərin qəbuluna başlayır
05/02/2021 [12:37]:
Oğuz-Şəki avtomobil yolunun yenidən qurulması davam edir
05/02/2021 [12:35]:
Türkiyə “Atmaca” raketini sınaqdan keçirdi - VİDEO
05/02/2021 [12:33]:
Vətən müharibəsində bir sutkada 105 km. məsafədə ildırımsürətli hücum həyata keçirilib - FOTO
05/02/2021 [12:31]:
Səlçuk Bayraktar Azərbaycan hərbçilərinə sertifikat təqdim edəcək - VİDEO
05/02/2021 [12:30]:
Cəbrayılın Soltanlı kəndindən görüntülər - VİDEO
05/02/2021 [12:28]:
ADU-da payız semestrinin qış imtahan sessiyası davam edir
05/02/2021 [12:24]:
Cəbrayıl polisi silah-sursat aşkarladı
05/02/2021 [12:18]:
Səlçuk Bayraktar Azərbaycan hərbçilərinə sertifikat təqdim edəcək - VİDEO
05/02/2021 [12:15]:
İran İslam İnqilabının 42-ci ildönümünü qeyd edir
05/02/2021 [12:10]:
Xüsusi təyinatlı Beyrəyin qardaşı: 26-sı zəng etdi ki, başlayırıq...
05/02/2021 [12:08]:
Türkiyə mallarını boykot edən Nikol Paşinyan Almatıda türk otelində qalır
05/02/2021 [12:03]:
“Müharibə vaxtı orduya Paşinyanın arvadı nəzarət edirdi” - Qabrielyanov
Bütün arxiv bir sırada
05/02/2021 [14:06] - Cəmiyyət - ( 319 dəfə baxılıb)

Milli Kitabxanada “Mitolojinin elçisi: Kamal Abdulla armağanı” kitabının təqdimatı keçirilib



M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Xalq yazıçısı, akademik Kamal Abdullanın anadan olmasının 70 illiyi münasibətilə Türkiyədə nəşr olunmuş “Mitolojinin elçisi: Kamal Abdulla armağanı” adlı kitabın təqdimat mərasimi keçirilib.

Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşan tədbirdə kitabxananın direktoru, professor Kərim Tahirov dekabr ayında görkəmli alim Kamal Abdullanın 70 illik yubileyinin tamam olduğunu deyib. O, bildirib ki, Kamal Abdullanın Azərbaycan xalqı, dövləti qarşısında xidmətləri böyükdür. Bir türkoloq alim kimi Kamal Abdullanın Azərbaycan filologiyasının, xüsusilə də qorqudşünaslığın, sintaksisin nəzəri problemlərinin, mətn dilçiliyinin hərtərəfli öyrənilməsi və inkişafında mühüm xidmətləri var. Kamal Abdulla, həmçinin Azərbaycan dilinin, mədəniyyətinin və multikulturalizminin Avropa, Amerika, Yaxın və Uzaq Şərq universitetlərində təbliği ilə bağlı geniş fəaliyyət göstərib, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında real işlər görüb. Bütün bunların nəticəsidir ki, Kamal Abdullanın anadan olmasının 70 illiyi münasibətilə sözügedən kitab Türkiyədə nəşr olunub. Kitabda istər Azərbaycanın, istərsə də türk dünyasının və xarici müəlliflərin Kamal Abdulla haqqında fikirləri, təbrikləri, mülahizələri öz əksini tapıb: “Kamal müəllim yazıçı, dilçi və türkoloq alim kimi dünyada məşhurdur, Azərbaycan ədəbiyyatına, dilçiliyinə çox böyük xidmətlər göstərib. O, “Türkologiya” jurnalının baş redaktoru kimi bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir. Kamal müəllimin əsərləri uzun zaman Azərbaycan ədəbiyyatının xüsusi bir mərhələsini təşkil edərək, gənc alimlərin, ədəbiyyatşünasların stolüstü kitabına çevriləcək. “Mitolojinin elçisi, Kamal Abdulla armağanı” kitabının Türkiyədə çapı xüsusi əhəmiyyətə malik hadisədir. Bu kitabın səsi-sorağı çox uzaqlardan gələcək. Bu kitabda bütün dünyadan ən görkəmli alimlərin Kamal Abdulla haqqında yazıları çap olunub. Bütün bunlar Azərbaycan ədəbiyyatın dünyada tanıdılmasında böyük rol oynayır”.

AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, Milli Məclisin deputatı İsa Həbibbəyli məruzə ilə çıxış edərək Milli Kitabxananın elm, mədəniyyət sahəsindəki fəaliyyətini və ziyalılarımıza göstərdiyi xidməti yüksək qiymətləndirib. O bildirib ki, Kamal Abdulla yaradıcılığı nəinki Azərbaycanda, həmçinin ölkə hüdudlarından kənarda da tanınır, tədqiq edilir: “Kamal Abdulla Azərbaycan ədəbiyyatının və elmi fikrinin sərhədlərindən kənara çıxan, dünyada qəbul olunan insandır. Kamal Abdullanın Umberto Eko ilə görüşü mən hesab etmirəm ki, sadəcə, onun özünü maraqlandıran bir hadisədir. Düşünürəm ki, bu hadisə Azərbaycan ədəbiyyatının Umberto Eko zirvəsinə doğru inkişafına töhfədir. Kamal Abdulla müstəqillik dövrü Azərbaycan ədəbiyyatının yeni istiqamətlərdə inkişafına xüsusi

töhfələr vermiş böyük ziyalılarımızdan biridir. Kamal müəllim müstəqillik dövründə akademik titullu ilk Xalq yazıçısıdır. Sovetlər dövründə bu model var idi. Səməd Vurğun Xalq şairi və akademik, Mirzə İbrahimov xalq yazıçısı və akademik idi. Müstəqillik dövründə isə yeganə yazıçı Kamal Abdulladır ki, bu iki yüksək rütbəni daşıyır. Bu iki tərəf onun ədəbiyyatda, elmdə və dünyaya çıxışında yerini müəyyənləşdirir. Kamal müəllim ədəbiyyatın Xalq yazıçısı, elmin akademikidir. O, hər ikisinin ən yüksək zirvəsini fəth edə bilib.

Postmodernizmin cərəyanı Azərbaycan ədəbiyyatında məhz Kamal Abdullanın ardıcıl fəaliyyəti ilə populyarlaşıb. Və Kamal Abdulla Azərbaycan postmoderizm ədəbiyyatının yaradıcısıdır. Bu, defakto belədir. Onun qədər postmeodernist ədəbiyyata davamlı, ardıcıl olan, hər dəfə bir-birindən fərqli yeni əsərlər yazan, bu ədəbiyyatı kütləviləşdirən ikinci bir yazıçı göstərmək çətindir”.

İ.Həbibbəyli əlavə edib ki, Kamal Abdulla müstəqillik dövrü Azərbaycan qorqudşünaslığının əsas yaradıcılarından biridir. O, “Dədə Qorqud” dastanını dünya dastan poetikası ilə üzvü surətdə öyrənmək işini tam yeni bir məcraya gətirib. Onun Azərbaycanda qrammatika sənətinə, sintaksisin ayrı-ayrı bölümlərinə aid akademik səviyyədə ciddi elmi tədqiqatları var: “”Mitolojinin elçisi, Kamal Abdulla armağanı” kitabı mən dediyim bütün məsələləri özündə əks etdirir. Bu, onun Azərbaycandan kənarda, dünya müstəvisindəki yazıçı və alim kimi pasportudur. Türkiyədə tanınmış yazıçı və alimlərə “Ərməğan” kitabı həsr etmək ənənəsi var. Amma Azərbaycan yazıçısı haqqında Türkiyədə çap olunan ilk kitabdır. Hesab edirəm ki, Kamal Abdullanın timsalında bu səlahiyyəti qazanmaq dünya ədəbiyyatının faktı kimi təsdiq edilmək deməkdir. Kitabda 24 ölkədən 123 görkəmli müəllifin yazısı yer alıb. Bu kitab bütövlükdə Azərbaycan ədəbiyyatı, elmi, ziyalılığı haqqında 24 ölkədə təsəvvür yaratmağa, onu isbat etməyə şans gətirən kitabdır. Bu, Azərbaycan elminə, ədəbiyyatına hörmət, onun şöhrətini artıran, ona oxucular qazandıran kitabdır. Bu, Kamal Abdulla haqqında abidə kitabdır”.

Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov çıxış edərək bildirib ki, Kamal Abdulla Azərbaycanın çox dəyərli alimlərindəndir. Onun Azərbaycan dilinin qrammatikası, sintaksisin ayrı-ayrı məsələlərinə dair ciddi tədqiqat əsərləri var. N.Cəfərov bildirib ki, akademikin “Kitabi-Dədə Qorqud”a dair yazılan əsərləri tədqiqatçılara bir köməkdir. Həmçinin o qeyd edib ki, Kamal Abdullanın anadan olmasının 70 illiyi münasibətilə nəşr olunan “Mitolojinin elçisi, Kamal Abdulla armağanı” adlı kitab Azərbaycan yazıçısı haqqında xaricdə çap olunan mükəmməl bir nəşrdir: “Mən Kamal Abdullanı 80-ci illər əsərlərindən tanıyıram. O vaxt da gənclər arasında indiki qədər sevilirdi, oxunurdu. Kamal Abdulla çox dəyərli Azərbaycan alimi və yazıçısıdır. Kamal müəllim “Dədə Qorqud” mövzusu ilə bağlı çoxlu əsərlər yazıb, çoxlu anlayışlar gətirib. Onların çoxu vaxtilə müzakirə olunub və indiyə qədər də müzakirəsi bitmir. Kamal müəllimin seçilmiş əsərləri çap olunur. Onların siyahısına, əsərlərinə baxanda görürük ki, heç biri bir-birini təkrar etmir, hər biri orijinaldır, yenidir”.

Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı çıxışında ilk əvvəl Milli Kitabxanaya Azərbaycan ədəbiyyatının, mədəniyyətinin görkəmli şəxslərinə həsr edilən belə tədbirləri təşkil etdiyinə görə öz təşəkkürünü bildirib. Daha sonra, o, Kamal Abdullanı yubiley münasibətilə təbrik edərək belə bir fundamental kitabın nəşrini yüksək qiymətləndirib. O qeyd edib ki, Kamal Abdulla yaradıcılığı çoxşaxəlidir. O həm şair, həm də gözəl hekayə ustası, dilçi, türkoloq, folklorşünas, ədəbiyyatşünas, mədəniyyətşünas alimdir. O, istər Azərbaycan ədəbiyyatında, istərsə də Azərbaycanın ictimai-siyasi fikrində mühüm rol oynamış şəxsiyyətlərdəndir: “Kamal Abdullanın kitablarını oxuyanda, onların siyahısına baxanda görürsən ki, o, heç özü üçün yaşamayıb. Bu baxımdan mən onun ömrünü örnək hesab edirəm. Xatırlayıram ki, Meydan Hərəkatının ən qaynar vaxtında Kamal Abdulla öndə idi, insanlara doğru yol göstərirdi. O vaxtlar Kamal müəllim ziyalılıq mövqeyini göstərirdi və bu mövqeni o hər zaman davam etdirdi. Kamal həm qələm adamıdır, həm də çox görkəmli ictimai-siyasi xadimdir. O, müstəqil Azərbaycan dövlətinin inkişafında böyük xidməti olan insandır. Kamal Abdullanı hər zaman gənclərin yanında olan, onlara doğru yol göstərən xeyirxah insan kimi həmişə yüksək dəyərləndirmişəm”.

AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov Xalq yazıçısı Kamal Abdulla ilə bağlı xatirələrini danışıb, onu yazıçı, alim və şəxsiyyət kimi yüksək dəyərləndirib: “Gənclərlə, tələbələrlə işləmək, onların qayğısına qalmaq, gənclərin qolundan tutub onları irəli çəkmək, onlara güvənmək Kamal müəllimin əsas müsbət keyfiyyətlərindəndir. Gənclər Kamal müəllimi sevir, qiymətləndirirlər.

Yeni söz demək, yeni nəfəs ortaya qoymaq Kamal müəllimin çoxşaxəli yaradıcılığının mühüm elementlərindəndir. Kamal Abdulla həmişə yeniliyə doğru addımlayır. Həm bədii, həm də elmi yaradıcılıqda biz bunun şahidi oluruq. Yazıçının, şairin, alimin əsas göstəricilərindən biri öz mühitini yaratmaqdır. Kamal müəllimin bu gün də gördüyü işlər lazım olan mühiti yaratmaqdan, sağlam gənclər yetişdirməkdən ibarətdir. Şair kimi, nasir kimi ədəbiyyata yenidən baxmaq, alim kimi elmə yenidən baxmaq və oxucu yetişdirmək. Kamal Abdullanın şeirləri, hekayələri, romanları ənənəvi, bizim vərdiş elədiyimiz mətnlər deyil. Kamal Abdullanın yazdıqları fərqli çərçivələrdə olan axtarışlardır. Nəsr fərqli, şeir fərqli, roman yaradıcılığı fərqli, elmi əsərlərində fərqli yanaşma. Mən belə başa düşürəm ki, bu fərqli söz demək ehtirası, amalı, arzusu Kamal Abdullanın ətrafında böyük bir sağlam dairə yaradıb. Bu dairə Azərbaycanın elmi və bədii düşüncəsinə, dövlətçilik təfəkkürünə xidmət edən təşkilatdır”.

Muxtar İmanov əlavə edib ki, “Mitolojinin elçisi: Kamal Abdulla armağanı” kitabı Azərbaycanın elmi, təfəkkürü, ümumiyyətlə özü haqqındadır: “44 günlük qələbəsinə öyündüyümüz bir Azərbaycan var bu kitabda. Mən fəxr edirəm ki, belə bir kitab Türkiyədə çap olunub. İndiyədək çox kitablar görmüşük, amma hələ Türkiyədə belə kitab çap olunmayıb. Nə şair, nə yazıçı, nə alim haqqında “Ərğəman” kimi kitab nəşr olunmayıb. Sevindirici haldır ki, böyük səmimiyyətlə, həvəslə, məhəbbətlə Kamal

Abdulla yaradıcılığını tədqiq edirlər və əslində Azərbaycan tədqiq olunur. Bu gün də, sabah da Azərbaycanın belə imzalara böyük ehtiyacı var”.

Xalq şairi Ramiz Rövşən bildirib ki, Kamal Abdulla böyük sevgi qazana bilmiş insandır, onun haqqında yazılanlar, deyilənlər hamısı sevgidən irəli gəlir: “Kamal Abdulla mənim əziz dostumdur. Kamal Abdullanın yaradıcılığında mən Dədə Qoquda ata-oğul münasibəti görmüşəm. Dədə Qorqudun dünya ədəbiyyatına çıxmağında, dünya ədəbiyyatında tanınmağında heç şübhəsiz Kamalın böyük əziyyəti, xidmətləri, övladlıq borcu var. Şair öz hissiyyatını yazır, şeir ürəyin kardioqrammasıdır. Kamalın bütün əsərləri özüdür, mətnləri onun ömüründən keçir. Kamal elmlə ədəbiyyatın, elitarla kütləvinin, şeirlə nəsrin qovuşma nöqtəsidir. Mən sizə deyim ki, indi dünyada da məhz bu xətt öndədir. Mən kitabı çox pis oxuyuram, bir az baxıram, görürəm cümlələr məni tərpətmədisə, qırağa qoyuram, oxumuram. Tam səmimi şəkildə deyirəm ki, həmişə Kamalın kitablarını gözləyirəm. Kamal ədəbiyyatın ən intellektual nümayəndələrindən, Azərbaycanda intellektual mətnin yaradıcılarından biridir. Biri var sən şairlərin şairi, yazıçıların yazıçısı olasan, biri də var hamının olasan. Kamal hamınındır və mən onun mətnlərini oxuyanda qəribə bir ləzzət alıram. Mən Kamalın bütün mətnlərini böyük zövqlə oxumuşam. Amma iki kitabını xüsusi ilə qeyd etmək istəyirəm: biri “Sehrbazlar dərəsi”dir. Bu roman şedevrdir. Və mən “Sirlərin sərgüzəşti”ini çox sevmişəm. Kamal Abdulla bir ömürdə bir neçə ömür yaşamış insan təsiri bağışlayır”.

R. Rövşən əlavə edib ki, Kamal Abdulla harda olubsa, orda doğma və sağlam mühit yaradıb: “İdarəçilikdən söhbət gedirsə, burada birinci şəxsin kimliyi təbii ki, çox önəmli, mühüm məqamdır. Kamal Abdulla böyük sevgi qazana bilmiş insandır, onun haqqında yazılanlar, deyilənlər hamısı sevgidən irəli gəlir. Kamalın yaradıcılığında da insana, vətənə sevgi çox əhəmiyyəti yer tutur”.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə akademik Kamal Abdullanı yazıçı, alim və dövlət xadimi kimi dəyərləndirib. O, bildirib ki, Kamal Abdulla alim, yazıçı və dövlət xadimi kimi gördüyü işlərin zirvəsindədir: “Kamal Abdulla dövlətçilik baxımından, ictimai-siyasi fəaliyyət baxımından mühüm işlər görmüş şəxsiyyətdir. Təsadüfü deyil ki, Kamal dövlət müşaviri səviyyəsinə qədər yüksələ bilib. Kamal nə ilə məşğul olubsa, həmin fəaliyyətin ən yüksək zirvəsinə çatıb. Mən hesab edirəm ki, bu hər adama nəsib olmur. Bu cür genişşaxəli fəaliyyət göstərən ikinci adamı tanımıram. Kamal Abdulla müxtəlif zəngin ideyalarla dolu adamdır və bu ideyaları həyata keçirmək üçün hər zaman durmadan çalışır. Kamal bir vaxtlar Mədəniyyət Fondunun rəhbəri kimi xaricdə fəaliyyət göstərən icmaları bir istiqamətdə birləşdirməklə, mədəniyyətlərin qarışıqlı əlaqəsi ilə məşğul olurdu və multikulturalizm cəhdlərinin əsası da elə onda qoyuldu. Kamal Abdulla elə o vaxtlardan Azərbaycana hansısa mühüm töhfələr vermək barədə düşünürdü. Deyərdim ki, Kamal bu istiqamətdə istəklərinə nail ola bildi. O, həyatda hamının çatmaq istədiyi zirvələrə çatıb. Kamal bundan sonra da nə ilə məşğul olacaqsa, istiqaməti dəyişməyəcək, Vətən və dövlət üçün əlindən gələni əsirgəməyəcək”.

AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib ki, Kamal Abdulla elmdə qazandığı zirvəni həm də yazıçılıqda qazanıb. Necə ki elmdə

yeniliklər, gələcək araşdırmalar üçün cığırlar açıb, eləcə də bədii yaradıcılığında postmodernizmin ilk dəyərli nümayəndəsi kimi gələcək üçün yol açıb. “Mitolojinin elçisi, Kamal Abdulla armağanı” kitabı nadir kitablardandır: “Kamal müəllim də nadir insandır. Nadir nəfəs sahibidir. Bizim ədəbiyyatımızın ən yüksək zirvəsi “Kitabi-Dədə Qorqud”dur. Tərəzinin bir gözünə Dədə Qorqudu, bir gözünə başqa yazılı abidələri qoysaq, Dədə Qorqud ağır gələr. Kamal Abdullanın həyatında Dədə Qorqud qırmızı xətlə keçir. Hələ 1977-ci ildə Moskvada müdafiə etdiyi namizədlik işi məhz Dədə Qorquda həsr olunub və sintaktik paralelizm yeni sahə idi. Və 1984-cü ildə müdafiə etdiyi "Azərbaycan dili sintaksisinin nəzəri problemləri" adlı doktorluq dissertasiyası. O kitab bu gün də Azərbaycanın ali təhsil ocaqlarında öyrənilir və yeni çığırlar açır. Bunun əsasında onlarla dissertasiya yazılıb. Doğrudan da Dədə Qorqud Kamal müəllimin həyatında, yaradıcılığında mühüm yer tutur, “Gizli Dədə Qorqud”, "Kitabi-Dədə Qorqud" dastanının poetikasına giriş” kitabları müstəsna əhəmiyyətlidir. “"Kitabi-Dədə Qorqud" dastanının poetikasına giriş” tamam başqa, bizim ədəbiyyatın tarixini qədimlərə aparan əsərdir”.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid pandemiya şəraitində “Mitolojinin elçisi: Kamal Abdulla armağanı” kitabının təqdimatının keçirilməyini alqışladığını deyib: “Bu kitabın yaranmasında əməyi olan şəxslərə təşəkkür edirəm. Kamal müəllim bizim ədəbiyyatımıza, elmimizə, ictimai mühitimizə fəxarət gətirən insandır. Vətən müharibəsində də biz bunun bir daha şahidi olduq. Yazdığı mətnlər, ortaya qoyduğu mövqe bizi qürurlandırdı. Ümumiyyətlə, heç bir yaxşı hadisə Kamal müəllimin diqqətindən kənarda qalmır”.

“Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan: “Ədəbiyyat qəzeti” olaraq Kamal Abdulla ilə bağlı sözümüzü Kamal müəllimin yetmiş illiyinə həsr etdiyimiz xüsusi buraxılışla dedik. Kamal Abdulla fərqli zamanın yazıçısıdır. Həmin zamanı təbii ki, hər kəs eyni miqyasda dəyərləndirə və duya bilməzdi. Kamal Abdulla mifoloji keçmişdən başlayaraq Berqsonun ideya olaraq irəli sürdüyü vahid zamanın içində öz zamansızlığını yaratdı. Bu gün Kamal Abdullanın yaradıcılığını dünya üçün maraqlı edən səbəb budur.

Professorlar Niyazi Mehdi, Rəhilə Qeybullayeva və digərləri çıxış edərək Kamal Abdulla yaradıcılığının çoxşaxəliliyi, eləcə də kitabın bədii tərtibatı ilə bağlı məsələlər haqqında çıxış ediblər.

Tədbirdə qeyd olunub ki, Türk Ədəbiyyat Vəqfinin nəşri olan “Türk ədəbiyyatı” jurnalının fevral sayı Kamal Abdullanın 70 illik yubileyinə həsr olunub.

Sonda Kamal Abdulla çıxış edərək öncə ona yubiley münasibətilə “Şərəf” ordeninin verilməsinə görə, ölkə Prezidenti İlham Əliyevə və bu tədbirin keçirilməsində təşkilatçılığa görə Mədəniyyət Nazirliyinə, Milli Kitabxanaya, tədbirin iştirakçılarına öz təşəkkürünü bildirib: “Özümü xoşbəxt hesab edirəm ki, həyatda yaxşı müəllimlərim olub. Mənim bir devizim var: “Docendo discimus - öyrədərək öyrənirəm”. Tələbəmdən

başlamış ünsiyyətdə olduğum hər adamdan öyrənməyə çalışıram. O adamların ən ümdələri burada toplaşan insanlardır. 70 yaşı, gənclik dövrünü xatırladıq. Görünür, hamımız bir-birimizi sevə-sevə, dəstək ola-ola ömrü hədər yaşamamışıq. Bu kitabın ərsəyə gəlməsində əziyyəti keçən hər kəsə təşəkkür edirəm. Mənə verdiyiniz dəyərə görə, xoş sözlərə görə sizə təşəkkür edirəm”.

Sonda qonaqlar Kamal Abdullanın həyat və yaradıcılığını əhatə edən geniş kitab sərgisi ilə tanış olublar.


loading...
Koronavirusa yoluxduğunu yumoristik şəkildə elan etdi, 1 gün sonra həyatını itirdi....
Qızının saçına gizli dinləmə cihazı qoyan ailə müəllimin kobud davranışını ifşa etdi
Özündən 12 yaş böyük qadınla evləndi, Qara Qarayev oxumasını istəmədi, ən yaxın dostu ondan küsülü öldü
"İlham və Nikol arasındakı şifahi razılaşmalara görə, Rusiyadakı Artsax ofisi bağlanır..."
Artsrun Hovannisyan xəstələndi 
N.Tusi adına Klinika

Dünya
Türkiyə tezliklə Akıncı PUA-larının kütləvi istehsalına başlayacaq
Cəmiyyət
Vəfa Təyyarqızı: “Qazandıqlarımı, təcrübələr, çətinliklər, uğursuzluqlar və uğurların yaşandığı, keçdiyim həmin o 10 illik yola borcluyam”
Cəmiyyət
“Bu da Əlibaba müəllimin böyüklüyüdür ki, həmin mahnını “Xudayar təsnifi” adlandırdı...”
Cəmiyyət
“Həyat yoldaşım dedi ki, artıq yeriyə bilmirəm, gəl qumbarayla özümüzü öldürək...”
Cəmiyyət
Müsəlman yeməkxanası yoxsul ingilislərə isti xörək paylamağa başladı...-FOTO

Yazar
Sultan Laçın
Ağzımıza su almayaq! - 2 dəfə bahalaşdı... –Fəqət, Şuşanın İsa bulağında...
Həftənin ən çox oxunanları
"Bir dəfə Putinə dedim ki, xəbərin varmı, nə qədər rus qızı türklərlə ailə qurub..?"
"Vaqif Axundov dedi ki, cənab prezident, bəlkə onu prezidentin mühafizəsinə götürək?"
"Araik hətta mənimlə maraqlandı, ailə qurub-qurmadığımı soruşdu, sonra mənə yazdı ki..."
"Səhhəti pisdir, nə Mədəniyyət Nazirliyi maraqlanır, nə də..."
“Biləndə ki, mənə qulluq edən Flora xanımdır, utandığımdan avtomatımı  götürüb xəstəxanadan qaçdım...”
"Evimə görə mənimlə ailə həyatı qurmaq istəyənlər çox idi, amma şərait yaratmadım..."
“Putin deyib ki, hər kəs olduğu yerdə qalsın...”- Laçının Zabux dərəsindəki Andranik...
Mərhum pilotun qayınatasından şok iddia: “Rəşad özü də havada olarkən ağır yaralanıb"
"İlkinin qardaşı və 70 yaşlı əmisi qızımın hamilə olduğunu deyirlər, şər atmaq yaraşırmı?"
Xocalı Azərbaycana niyə təhvil verilmir? - Türk general səbəbi açıqladı
old.moderator.az-ın arxivi
Copyright©2021
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: moderator_az@mail.ru
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247
X 1xbet
{literal} {/literal}