Xəbər lenti
05/02/2021 [17:54]:
Ölkə ərazisində qərb küləyi əsib, arabir güclənib - FAKTİKİ HAVA
05/02/2021 [17:49]:
Avropa Komissiyası Metsamor AES-in bağlanmasını tələb edir
05/02/2021 [17:47]:
Milli Məclisin Sədri Sahibə Qafarova Gürcüstanın ölkəmizdəki səfiri ilə görüşüb
05/02/2021 [17:47]:
ADNSU-nun İctimai Etimad Şurası onlayn imtahan prosesini izləyib
05/02/2021 [17:45]:
Prezidentin xüsusi nümayəndələrinin vəzifələri ilə əlaqədar qanuna dəyişiklik edilir
05/02/2021 [17:42]:
Füzuliyə gizli yollarla gedənlər HƏBS OLUNDU - VİDEO
05/02/2021 [17:42]:
Yüksək Texnologiyalar Parkına baş direktor təyin edildi
05/02/2021 [17:41]:
MDTF-dən yeni sənədli film: “Zor təfəkkürü”
05/02/2021 [17:38]:
Azərbaycanda 138 yeni yoluxma faktı qeydə alınıb
05/02/2021 [17:36]:
Koronavirusa yoluxduğunu yumoristik şəkildə elan etdi, 1 gün sonra həyatını itirdi....
05/02/2021 [17:33]:
Azad edilmiş ərazilərə qeyri-qanuni getmək istəyənlər saxlanıldı
05/02/2021 [17:24]:
Türkiyə tezliklə Akıncı PUA-larının kütləvi istehsalına başlayacaq
05/02/2021 [17:04]:
“Vətən müharibəsinə həsr edilən hər bir rəsm əsəri, film və musiqi “dil açıb danışmalıdır””
05/02/2021 [17:01]:
Hakimiyyət: o özünü necə xilas edə bilər!
05/02/2021 [16:57]:
Beynəlxalq Qarabağ Forumundan Xocalı, Xankəndinə qayıdış təklifi
05/02/2021 [16:49]:
44 günlük müharibə və müharibədən sonrakı günlər…
05/02/2021 [16:48]:
Ağalar Vəliyev Milli Qəhrəman Allahverdi Bağırovun ailə üzvləri ilə görüşüb - Fotolar
05/02/2021 [16:37]:
"Şəhid mövzusu ilə manipulyasiya etmək həm şəhidlərin ruhuna, həm də cəmiyyətə qarşı hörmətsizlikdir"
05/02/2021 [16:34]:
Vahid Ələkbərov dünyanın ən zənginlərinin reytinqində
05/02/2021 [16:21]:
Əsgərimizi niyə tərifləyirsiz? Yaxşı öldüyü üçün? - Gevorkyan
05/02/2021 [16:19]:
Qızlığı onu şərlədi, namus üstündə rəisi öldürdü, dostları kürəyindən vurdu - Sovet milisinə müharibə elan edən azərbaycanlı qaçaq
05/02/2021 [16:13]:
Azərbaycanda bir dərmanın satışı qadağan olunub
05/02/2021 [16:12]:
Çingiz xanın ölüm səbəbi ilə bağlı yeni fərziyyə irəli sürülüb
05/02/2021 [16:10]:
Qalınlığı 15-50 mikron olan polietilen torbalar ayrıca məhsul növü kimi satılacaq
05/02/2021 [16:09]:
İnstitut direktoru: "COVID-19-un yeni ştammı hər an ölkəyə gələ bilər"
05/02/2021 [16:05]:
Ərdoğan Makrona: "Sən get hələ "sarı jiletlilər" məsələsini həll elə"
05/02/2021 [16:03]:
Bakıda Hərbi Qənimətlər Parkı yaradılır - VİDEO
05/02/2021 [15:59]:
Son bir ildə 18 yaşdan aşağı olanların intiharı iki dəfəyədək artıb
05/02/2021 [15:57]:
Ermənilər Qarabağda ordumuz tərəfindən məhv edilən daha 52 hərbçisinin adını açıqladı- SİYAHI...
05/02/2021 [15:56]:
İri ticarət mərkəzləri və “mall”lar nə vaxt açıla bilər?
05/02/2021 [15:54]:
ADPU-da Umud Rəhimoğlu ilə görüş - FOTO
05/02/2021 [15:50]:
Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib
05/02/2021 [15:49]:
“Yenilməz” romanının təqdimat mərasimi keçirilib
05/02/2021 [15:47]:
Ali Məhkəmədə yeni təyin olunan hakimlərin andiçmə mərasimi keçirilir
05/02/2021 [15:39]:
Vətən müharibəsində Azərbaycan ordusunun məhv etdiyi müasir silah sistemləri...- FOTO/VİDEO
05/02/2021 [15:29]:
"Uşaqlara tətbiq olunan peyvəndlərdə yüksək effektivlik müşahidə olunarsa..."
05/02/2021 [15:15]:
“Onun toyunu görmək arzum idi, qız da tapmışdım...”- Şəhid gizirimizin anası...
05/02/2021 [15:12]:
Vəfa Təyyarqızı: “Qazandıqlarımı, təcrübələr, çətinliklər, uğursuzluqlar və uğurların yaşandığı, keçdiyim həmin o 10 illik yola borcluyam”
05/02/2021 [14:43]:
İlham Əliyev onu “Dostluq” ordeni ilə təltif etdi - SƏRƏNCAM
05/02/2021 [14:42]:
Təhsil haqqında dövlət sənədləri elektron formada veriləcək - FƏRMAN
05/02/2021 [14:41]:
“Hazırda deputat olan AXC fəalı qışqırdı: “Bəy, gözünüz aydın, parlamenti aldıq!..”
05/02/2021 [14:34]:
Şirvanda 52 yaşlı qadın boğularaq qətlə yetirilib
05/02/2021 [14:31]:
"Məmurlar bu villaları hansı pulla tikiblər?" - Baloğlan Əşrəfovdan sərt AÇIQLAMA
05/02/2021 [14:28]:
Ancelina Coli Bred Pittin hədiyyəsini hərraca çıxarır
05/02/2021 [14:20]:
“Ucarda mal-qara saxlayıram, dolanmaq lazımdır” - Ziya Məmmədov
05/02/2021 [14:17]:
Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimi davam edir - VİDEO
05/02/2021 [14:10]:
Milli Məclisin Gənclər və idman komitəsində növbəti dəfə idmançılarla görüş keçirilib
05/02/2021 [14:06]:
Milli Kitabxanada “Mitolojinin elçisi: Kamal Abdulla armağanı” kitabının təqdimatı keçirilib
05/02/2021 [14:02]:
Dünən Ağdamda partlayışda həlak olan əsgər dəfn olunub - FOTO
05/02/2021 [13:59]:
Qarabağda məhv edilən daha 52 erməni hərbçinin adı AÇIQLANDI
05/02/2021 [13:56]:
Cavanşir Quliyev peyvənd oldu - Foto
05/02/2021 [13:46]:
Bilal Haipak: “Pakistan şirkətləri Qarabağın bərpasında iştirak etməyə hazırdır”
05/02/2021 [13:31]:
Diaspor Komitəsi: Türkiyədə vəfat edən əsgər anasının cənazəsi Vətənə gətirilir
05/02/2021 [13:29]:
Veteran təşkilatlarının sədrləri ilə görüş keçirilib - Foto
05/02/2021 [13:26]:
Məcburi köçkünlərin qayıdışı BMT nümayəndəsi ilə müzakirə edilib
05/02/2021 [13:23]:
Duman, çiskin olacaq - Sabahın havası
05/02/2021 [13:18]:
Azərbaycandan Hindistana koks ixrac olunur
05/02/2021 [13:12]:
Bakıda üzən günəş stansiyası tikiləcək
05/02/2021 [13:09]:
“Facebook”da yalan məlumat yayan qadın Baş Prokurorluğa çağırıldı
05/02/2021 [13:07]:
Pakistan səfiri: “Azərbaycan Cammu və Kəşmir məsələsində mövqeyimizi cəsarətlə dəstəkləyib”
05/02/2021 [12:57]:
Astarada qadın qonşularının hücumuna məruz qalaraq bıçaqlanıb
05/02/2021 [12:56]:
Azəriqaz: "Paytaxtın 2 rayonunda 21 min abonentin problemi həll edilir" (VİDEO)
05/02/2021 [12:56]:
Rusiyanın admiralı vəfat edib
05/02/2021 [12:52]:
Azərbaycandan Hindistana koks ixrac olunur
05/02/2021 [12:50]:
Araz Ağalarovun qızına qarşı maska fırıldağı – 2,6 milyon dollar itirdi
05/02/2021 [12:49]:
Çin ortamənzilli raket hücumundan yerüstü müdafiə sistemini sınaqdan keçirib
05/02/2021 [12:46]:
Baş Prokurorluq mülki vətəndaşlara xəbərdarlıq etdi
05/02/2021 [12:40]:
Türkiyə apreldən turistlərin qəbuluna başlayır
05/02/2021 [12:37]:
Oğuz-Şəki avtomobil yolunun yenidən qurulması davam edir
05/02/2021 [12:35]:
Türkiyə “Atmaca” raketini sınaqdan keçirdi - VİDEO
05/02/2021 [12:33]:
Vətən müharibəsində bir sutkada 105 km. məsafədə ildırımsürətli hücum həyata keçirilib - FOTO
05/02/2021 [12:31]:
Səlçuk Bayraktar Azərbaycan hərbçilərinə sertifikat təqdim edəcək - VİDEO
05/02/2021 [12:30]:
Cəbrayılın Soltanlı kəndindən görüntülər - VİDEO
05/02/2021 [12:28]:
ADU-da payız semestrinin qış imtahan sessiyası davam edir
05/02/2021 [12:24]:
Cəbrayıl polisi silah-sursat aşkarladı
05/02/2021 [12:18]:
Səlçuk Bayraktar Azərbaycan hərbçilərinə sertifikat təqdim edəcək - VİDEO
05/02/2021 [12:15]:
İran İslam İnqilabının 42-ci ildönümünü qeyd edir
05/02/2021 [12:10]:
Xüsusi təyinatlı Beyrəyin qardaşı: 26-sı zəng etdi ki, başlayırıq...
05/02/2021 [12:08]:
Türkiyə mallarını boykot edən Nikol Paşinyan Almatıda türk otelində qalır
05/02/2021 [12:03]:
“Müharibə vaxtı orduya Paşinyanın arvadı nəzarət edirdi” - Qabrielyanov
Bütün arxiv bir sırada
02/02/2021 [17:11] - Müsahibə - ( 2652 dəfə baxılıb)

"2020-ci il bizə göstərdi ki, teatrlarımız həqiqətən də yox olmaq üzrədir, halbuki..."

“Teatrların fəaliyyətsizliyində Mədəniyyət Nazirliyində günah axtarmaq, onlardan hər-hansı təşəbbüs gözləmək lazım deyil”


Bu gün gənclərin günüdür. Azərbaycan gəncliyi kifayət qədər inttellektual və gözü açıq böyüyür. Hansı ki, bu gün onlar çalışdıqları sahəyə yeni nəfəslik olmağı bacarırlar. Gənclərin günündə müsahibimiz yeni ideyası ilə böyük işlər görən və fiziki məhdudiyyətli insanlara bir nəfəslik yaradan gəncdir. Qafqazın əlilliyi olan aktyorlardan ibarət ilk inklüziv teatrını yaradan ƏSA Teatrının yaradıcısı, rəhbəri, rejissor Nihad Qulamzadə Moderator.az-ın suallarını cavablandırdı.
- Bir ilə yaxındır ki, teatrlarımız fəaliyyət göstərmir. Bu bir ildə  nələrin fərqin vardıq?

- Mən özlüyümdə fərqinə vardım ki, bir çox hallarda cəmiyyətin teatra qarşı marağının olmadığı deyən və bundan gileylənən teatr xadimləri də teatra o qədərdə maraqla, həvəslə yanaşmır. Əksi olsaydı, biz bu bir ildə tamamilə başqa mənzərənin şahidi olardıq. Əfsuslar olsun ki, bir il ərzində demək olar ki, heç kim teatrın yoxluğunun fərqinə varmadı. Təbii ki, istisnalar var. O istisnalardan biri də sizsiniz ki, daima teatrla bağlı yazılar yazırsınız. Keçirdiyiniz sorğulardan, ünvanladığınız suallardan bəlli olur ki, bu sahədə hər-hansı canlanmanın baş tutmasını istəyirsiniz. İndi mənə ünvanladığınız suallarda da bu istək açıq-aydın sezilir. Mən buna görə sizə təşəkkür edirəm. Çünki son bir ildə nəinki teatr fəaliyyəti ilə məşğul olanların, hətta  bu sahədə yazı yazan qələm sahiblərinin də yoxluğu böyük mənada hiss olundu. Hərdən mənə elə gəlir ki, teatrı düşünən sadəcə 20-25 nəfər qalıb. Fərqinə vardığım məqamlardan biri də məhz budur. 

- Sizcə bizə teatr lazımdırmı?

- Biz kimik? Düşünürəm ki, əvvəlcə bu sualın cavabını yenidən hərtərəfli müəyyənləşdirməliyik. Aydın məsələdir ki, biz artıq dəyişmişik. Dünyada baş verən proseslər və xüsusən də qazandığımız tarixi qələbə bizi çox dəyişdi. Biz yenilənirik. İstənilən xalq bu prosesi keçərkən onlara ən çox mədəniyyət və elm kömək olur. Teatr da mədəniyyətin ən ali və ayrılmaz tərkib hissələrindən biridir. Teatrda biz təkcə bir neçə aktyorun səhnədəki əməlini yox, ədəbiyyatı, musiqini, təsviri incəsənəti hətta müəyyən mənada elmi görürük. Tarix boyu xalqların inkişafında və formalaşmasında teatrın rolu böyük olub. Təkcə Roma İmperiyasının teatra olan münasibətinə baxsaq, görərik ki, teatr nə dərəcədə əhəmiyyətli gücə malik olub. Bu gün biz 21-ci əsrdə yaşayırıq, təbii ki, şərtlər və təlabatlar tamam fərqlidir. Amma Roma İmperiyasının varis ölkəsi olan İtaliya bu gün də teatra qarşı mütərəqqi münasibət göstərir. İtaliya xalqına xidmət göstərən teatr, imperiya dövründəki teatr deyil. Lakin fakt budur ki, “romalılar” hələ də teatra ehtiyac duyur, onu yaşadır.  Bəzən bədənimizin hansısa vitaminə ehtiyacı olur, lakin biz bədənimizə hakim olmadığımızdan və tibb haqqında biliyimiz olmadığından, bu vitamin çatışmamazlığının fərqinə varmırıq. Eynilə biz bu gün fərqinə varmırıq ki, teatrın həyatımızdakı yoxluğu əslində bizdə mənəvi boşluq yaradır. Biz ona görə bu boşluğu doldura bilmirik ki, ilk növbədə özümüzü dərk etmirik və teatr haqda anlayışımız yoxdu. Xülasə, bizə əlbəttə ki, teatr lazımdır. Amma mövcud formada yox. Teatr da bu gün bizimlə bərabər yenilənmə prosesi keçməlidir. 

- Bu bir ildə teatrların yaradıcı heyətlərindən heç bir nailiyyət, yaradıcılıq görmədik. Sizcə bu tükənmişlik sindiromudurmu yoxsa burda başqa amillərmi var? “Yaradıcı insan” sözünün özü belə bizim üçün iddialı səslənir. Ancaq bu bir ildə yaşadıqlarımızda biz yaradıclıqdan heç bir əlamət görmədik.   

- Əslində son bir il teatrlarımızın yenilənməsi və cəmiyyətə yenidən tanıdılması üçün böyük şans idi. Bu şansdan istifadə olunmadı. Əksinə, fəaliyyətsizliklə teatrlar daha da gerilədi və cəmiyyət teatrların varlığını ümumiyyətlə hiss etmədi. Halbuki biraz əvvəl qeyd etdiyim mənəvi boşluğun doldurulması elə bu məqamda daha da gərəkli idi. Yaradıcı insan ilk növbədə öz missiyasını dərk etməlidir. Əgər o tükənirsə, deməli yaradıcılıq potensialını itirib və ya ümumiyyətlə bu vaxta qədər yaradıcı insan “rolunu” oynayıb.  Mən inanıram ki, teatrlarımızda kifayət qədər həqiqi yaradıcı insan var. Teatrlarımızdan bir il ərzində hər-hansı yaradıcılıq, ciddi nailiyyət görməməyimizin səbəbini təkcə yaradıcı heyətdə yox, teatrın inzibati heyətində də axtarmaq lazımdır. Teatr rəhbərləri kollektivi yaradıcı fəaliyyətə, yeniliyə təşviq etməli, bunun üçün şərait yaratmalıdır. Deyə bilərsiniz ki, axı pandemiyadır, karantin qaydalarına əsasən, kütləvi tədbirlərin keçirilməsinə, o cümlədən teatrların fəaliyyətinə icazə yoxdur. Amma bu teatrların ümumiyyətlə fəaliyyətsiz qalmalarına əsas vermir. Uzağa getməyək, qonşu ölkələrdə, çox şeydə örnək aldığımız qardaş ölkə - Türkiyədə pandemiya müddətində teatr adına bir çox işlər görülüb. Gürcüstanda, Rusiyada mövcud vəziyyət çərçivəsində festivallar keçirilib. Əgər uzağa getsəm, məsələn Avropa, uzaq Asiya... onda lap qəliz vəziyyətə düşəcək teatrlarımız. Ola bilər ki, Mədəniyyət Nazirliyi teatrlarımıza hər-hansı fəaliyyət öhdəliyi qoymur. Burada qardaşlarımıza bir daha müraciət etməli olacam. Bu çəkəcəyim misal çoxluğun tanıma nisbəti ilə əlaqədardır. Çox maraqlıdır, görəsən, Beşiktaş Kültür Mərkəzinin bədii rəhbəri Yılmaz Ərdoğana TC Kültür Bakanlığı tərəfindən hər-hansı bir öhdəlik qoyulmuşdumu ki, o, pandemiya müddətində hər zaman kollektivinin fəaliyyətini davam etdirib. Əlbəttə ki, yox. Bu və ya digər fəaliyyətlər onların – yəni qardaş teatr xadimlərinin öz təşəbbüsü hesabına baş tutub. Ümumiyyətlə teatrların fəaliyyətsizliyində Mədəniyyət Nazirliyində günah axtarmaq, onlardan hər-hansı təşəbbüs gözləmək lazım deyil. İlk növbədə deyə bilərik ki, nazirlikdə struktur dəyişikliyi pandemiyanın ən ağır vaxtlarında baş verib, həmçinin hazırda Mədəniyyət Nazirliyi çox məsuliyyətli və qürurlu missiya yerinə yetirir. Mədəniyyətimizin beşiyi olan Qarabağın bərpa prosesində ən çox yükə sahib bir neçə dövlət qurumlarından biri də məhz Mədəniyyət Nazirliyidir. Belə bir mütərəqqi missiyya yerinə yetirərkən, təşəbbüskar nazirlikdən əvvəl teatrların özü olmalıdır. Mən əminəm ki, teatrlar bu müddət ərzində demək olar heç bir ciddi təşəbbüs göstərməyiblər. Mən demirəm ki, teatrlar dövlətdən, nazirlikdən xəbərsiz kütləvi tədbirlər keçirsin. Qətiyyən! Yaradıcılığın aliliyi ondadır ki, istənilən vəziyyətdə özünü göstərə bilir. Qanun pozmadan da teatrla məşğul olmaq olar. Deməli ya teatrlarda yaradıcılıq sözün əsl mənasında ölüb, ya da ki, teatrlarımız illərin qızğın fəaliyyətindən sonra o qədər yorulub əldən düşüb ki, nəsə etməyə taqət yoxdur. Amma sual yaranır.. Hansı qızğın fəaliyyət olub ki? Ümumiyyətlə pandemiyadan əvvəl teatrlarımızın fəaliyyəti qənaətbəxş idimi? Vəzifə düzgün şəkildə yerinə yetirildimi? Suallar çoxdur... Siz  teatrlardan soruşsanız çox yəqin deyəcəklər ki, axı biz onlayn nümayişlər həyat keçiririk. Bir də ki, teatrın xüsusiyyəti canlı olmasıdır. Əgər birbaşa ünsiyyət şəklində fəaliyyət mümkünsüzdürsə, onda teatr başqa nə edə bilər?  Mən sizi əmin edirəm ki, çox şey etmək olardı. Əvvəla onu deyim ki, dövlət teatrlarında çalışan, ştatda olan hər bir şəxsə əməkhaqqı bu müddət ərzində kəsinti olmadan verilib. Deməli teatrların heyətində maddi problem yaşanmayıb. Oturub gözləmək olmaz ki, Operativ Qərargah kütləvi tədbirlərin keçirilməsi ilə bağlı qadağanı ləğv etsin. Əgər pandemiya bir neçə il daha davam etsə onda nə olacaq? Teatrlarımız yenə sükutda qalacaq? Fəaliyyət göstərmək istəyən üçün alternativlər hər zaman var və olmalıdır. Digər vacib nüans odur ki, bir neçə dövlət teatrlarını çıxmaq şərtilə demək olar ki, bütün teatrlarımızda kifayət qədər yüksək resurslar var. Ən azından digital layihələr həyata keçirmək üçün, əllərində bir çox imkanları var. Ölkəmizdə fəaliyyət göstərən televiziyalar pandemiya dövründə karantin qaydalarını pozmadan aktiv şəkildə fəaliyyət göstərdi, müxtəlif verilişlər, bədii layihələr hazırladı. Nəzərə alsaq ki, əksər televiziyaların əməkdaşlarının sayı, teatrların heyətinin sayından daha çoxdur, deməli teatrlar da ən azından tele-tamaşalar hazırlaya, repertuarda olan tamaşaları yenidən yüksək standartlara cavab verən formada çəkə, hətta televiziyalar da əməkdaşlıq edə bilərdilər. Onu da qeyd edim ki, teatr xadiminin televiziya verilişində teatr haqda danışması, saytlarda məqalə yazması fəaliyyət mənasına gəlmir və gəlməməlidir. Daha çox şey etmək olar. Amma burada hamısını sadalamaq fikrində deyiləm. Ona görə yox ki, həyata keçməsini istəmirəm və ya sırf özüm həyata keçirmək istəyirəm. Ona görə ki, istəyirəm, yaradıcı ruhu ölmüş insanlar biraz düşünsünlər, axtarsınlar və nəhayət tapanda, bəlkə yaradıcı ruhları yenidən dirilər. 

- Bundan sonrakı addımlarınızda nələrə daha çox önəm verəcəksiniz?

- Ümumiyyətlə hazırki məsələlər barədə bir gəncin bu qədər fikirlər söyləməsi çox iddialı görünə bilər. Mən dediyim bütün fikirlərin sonuna qədər arxasındayam. Başa düşürəm ki, bu fikirlərə görə məndən inciyən və mənə problem yaratmaq istəyən şəxslər ola bilər. Lakin məqsədim kiməsə hörmətsizlik etmək, kiminsə qəlbini qırmaq deyil. Layiqli böyüklərimin əllərindən öpür, qarşılarında baş əyirəm. Əlbəttə ki, böyüklərdən çox şey öyrənirik. Mən bu fikirləri teatr xadimi kimliyimdən əlavə, teatr üçün narahatlıq keçirən vətəndaş kimliyi ilə deyirəm. Sadaladığım problemlər rəhbəri olduğum ƏSA Teatrında da mövcuddur. Teatrların fəaliyyətsizliyindən danışıramsa, o demək deyil ki, öz teatrımız son bir il ərzində ən yüksək səviyyədə fəaliyyət göstərib.  ƏSA Teatrının nə səhnəsi var, nə geniş imkanları, nə də bu teatrın heyəti hər ay davamlı maaş almır. Lakin düşünürəm ki, biz əlimizdə olan çox kiçik resurslar və sevgimizlə digər teatrlardan daha aktiv fəaliyyət göstərmişik. Pandemiya ölkəmizdə də öz təsirini göstərəndə, sərt karantin rejimi tətbiq olunanda biz tamaşalarımızı sosial şəbəkələrdə virtual şəkildə nümayiş etdirdik və deyərdim ki, çox uğurlu oldu. Eyni zamanda bir çox digital layihələr hazırladıq, teatrımızda gedən yaradıcı proseslə tamaşaçıları daha yaxından tanış etdik. Nə zaman karantin qaydaları yumuşalsa biz dərhal qaydalara riayət edərək, kollektivlə bir araya gəlib, yeni tamaşa üzərində işimizi qaldığımız yerdən davam edirdik. Bizə qələbə sevinci gətirən, xalqımızın böyük tarix yazdığı Vətən Müharibəsi zamanı da ƏSA Teatrı silsilə video çarxlar hazırlayaraq, ordumuza öz dəstəyini göstərdi. Hazırda da fəaliyyətimiz davam edir. Yeni tamaşa hazırlığı ilə yanaşı, digital monoloq layihəsinə start vermişik. ƏSA Teatrı dünyada baş verən proseslərlə, yeniliklərlə ayaqlaşmağa çalışsa da, hələki bu teatrın heyəti robot yox, insandır. Pandemiya müddətində teatrın heyəti maddi çətinlik yaşadı, bizim də mənəvi problemlərimiz olurdu, teatrın heyətində əlilliyi olan şəxslərin olduğunu nəzərə alsaq, viruslu bir dövr bizim sağlamlığımız üçün daha çətin olurdu. Yəni son bir il bizim üçün də asan keçməyib. Amma teatrın heyəti öz missiyasını ən çətin vaxtlarda belə unutmadı. Ümumiyyətlə yaradıcı insanlar öz ölkələri ilə yanaşı, dünyadakı mövcud prosesləri yaxından izləməli, gələcəklə bağlı təxminlərə sahib olmalıdır. Son bir ildəki virtual tamaşa nümayişləri bizim üçün yenilik deyildi, çünki biz ölkədə ilk dəfə virtual nümayişi 2017-ci ildə həyata keçirmişik.  Buna görə də son virtual tamaşa nümayişlərində əvvəlki təcrübəmizdən yararlandıq və digər teatrlardan 10 qat artıq tamaşaçı diqqəti əldə etdik. Hələ dörd il əvvəl bizə məlum idi ki, rəqəmsallıq incəsənətdən də yan keçməyəcək. Bunun üçün ekstrasens olmağa ehtiyac yoxdur. Biz 2019-cu ildə teatrdan əldə etdiyimiz və öz şəxsi gəlirimizlə qismən peşəkar foto-video kamera, çəkiliş üçün peşəkar işıqlar və video məhsulları ərsəyə gətirmək üçün montaj kompüteri almışdıq. Yəni öz gəlirimizi digitallığa yatırırdıq. Pandemiya müddətində də bütün bunlardan istifadə edərək, fəaliyyətimizi dayandırmadıq, əksinə mümkün formada yaradıcılıq nümayiş etdirdik. Həyata keçirəcə biləcəyimiz əlbəttə ki, daha çox layihələr var. Lakin bir həqiqət də var ki, teatr müəyyən mənada birbaşa tamaşaçı ünsiyyəti olmadan fəaliyyət göstərə bilsə də, səhnəsiz fəaliyyət göstərməsi mümkün deyil. ƏSA Teatrının da nə səhnəsi var, nə də kifayət qədər maddi resursu. Dövlət teatrlarında olan resurs ƏSA Teatrında olsaydı, siz bu gün teatr məkanında tamamilə başqa mənzərənin - inkişafın şahidi olacaqdınız. Bundan sonrakı addımlarımda da əvvəl olduğu kimi, ilk növbədə günün reallığını dərk edib, gələcəyə fokuslanan həm daxili, həm də xarici fəaliyyətlər göstərəcəyik. 

- Yeni bir dönəm başlayır, bu dönəmdə hansı yeniliklərlə tamaşaçıları cəlb etmək, təəccübləndirmək mümkündür?

- 2020-ci il bizə göstərdi ki, teatrlarımız həqiqətən də yox olmaq üzrədir. Hətta 2020-ni Azərbaycan teatrlarının süqutu yox da, sükutu adlandırmaq olar. Çünki faktiki olaraq teatrlarımız bir ilə yaxın müddətdir ki, sükuta qərq olub. Halbuki bu bir il ərzində ölkəmiz, xalqımız çox dinamik və tarixi anlara şahidlik edib. Azərbaycan teatrı isə bu tarixdə təəssüf ki, özünə az da olsa, yer edə bilmədi. Bütün dünyada yeni dövr birbaşa pandemiya ilə, Azərbaycan xalqı üçün yeni dövr isə pandemiya ilə yanaşı, daha çox Vətən Müharibəsinin nəticəsi ilə əlaqəlidir. Pandemiya və müharibə dövründə heç bir fəaliyyət göstərməyən, proseslərdə hər-hansı yaradıcı rolu olmayan teatr bundan sonra tamaşaçıları necə təəccübləndirə bilər? Çox çətindir. Eyni zamanda düşünürəm ki, artıq teatr təəccübləndirməklə yanaşı, maarifləndirməyə daha çox köklənməlidir.  İndi xalqımız gələcəyə təkcə ümidlə yox, inamla, mübarizə ilə baxır. Biz milli kimliyimizi daha aydın şəkildə dərk etməliyik. Teatr da öz milli formasına yenidən qayıtmalı, öz üslubunu dəqiq formada yaratmalıdır. Unutmaq lazım deyil ki, biz Qafqazın bir parçasıyıq, Milli Mədəniyyətimizin kökündə şərq ənənələri yatır. Müasirləşmək təkcə qərbə inteqrasiya deyil, biz şərq dəyərlərini inkişaf etdirib, öz müasirliyimizi yarada bilərik. İstər oflayn olsun, istərsə də onlayn. Xalq olaraq çətin sınaqlardan keçdik, indi insanlar mənəvi tərəddüdlər yaşaya bilər. Onlara isə mədəniyyət və incəsənət vasitəsilə daha düzgün yol göstərmək olar. Teatr da xalqın kimliyini, xarakterini, tarixini və gələcəyə olan inamını öz fəaliyyəti ilə təbliğ etməli, insanları dolaşıq fikirlərdən arındırmağı bacarmalıdır. Təbii ki, bütün bunlarla yanaşı, bir ildir fasilədə olan teatr öz pərdələrini açarkən, elə mənzərə yaratmalıdır ki, tamaşaçının marağına səbəb olsun. Teatrların yenidən fəaliyyətə başlaması repertuarda olan köhnə tamaşanın nümayişi ilə baş tutmamalıdır. Ümumiyyətlə teatr camiəsində belə bir fikir var ki, teatr elə məhz onlara lazımdır. Yəni aktyor və ya rejissor düşünür ki, mən teatrla ona görə məşğul oluram ki, mənəvi təlabatımı ödəyim, özümü realizə edim. Təbii ki, bunlar olmalıdır. Amma teatr xadimi mütləq bilməlidir ki, teatr cəmiyyətə xidmət etməlidirsə, onun da ilkin missiyası bu xidmətə töhfə verməkdir (bu gün yaradıcı baxımdan fəaliyyətsizliyin bir səbəbi də budur). Yəni aktyor düşünürsə ki, o teatrla təkcə mənəvi təlabatını ödəmək üçün, qazanmaq üçün məşğuldur, o zaman o səhnədə yox, tamaşaçı kreslosunda olmalıdır. Bir sözlə biz teatrın əslində nə, nə üçün, necə olduğunu dəqiq təyin edib, düzgün fəaliyyət yaratmalıyıq ki, tamaşaçı da teatrı düzgün anlasın. Əks halda əvvəlki kimi teatrla tamaşaçı arasında uçurum olacaq. Dövlət teatrlarındakı problemlərin nəticəsində müstəqil şəkildə fəaliyyət göstərən teatrlar da çətinlik yaşayır. Çünki dövlət teatrlarının tamaşaçı və teatr arasında yaratdığı uçurumu, müstəqil teatrın bərpa etməsi olduqca çətindir. 

- Hazırda yeni mədəniyyət naziri təyin edildi. Gözləntiləriniz nələrdir?

- Ümumiyyətlə deyə bilərik ki, ölkə rəhbərliyinin mədəniyyətə hər zaman xüsusi diqqəti olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkə mədəniyyətinin inkişafı üçün böyük töhfələri olub. Bu gün də biz bunun şahidi oluruq. İşğaldan azad olunmuş Qarabağın bərpa prosesinin Şuşadan başlanılması bunu bir daha subut edir. Çünki Şuşa bizim qədim torpağımız, ayrılmaz parçamız olmaqla yanaşı, Azərbaycan mədəniyyətinin paytaxtı hesab olunur. Şuşaya olan diqqət mədəniyyətimizə, milli dəyərlərimizə verilən yüksək qiymətin təzahürüdür.  Belə bir məqamda mədəniyyət naziri vəzifəsinə Anar Kərimovun təyin olunması, düşünürəm ki, təsadüfi deyil. Çünki cənab nazir bundan əvvəlki fəaliyyətlərində ölkə mədəniyyətini, milli dəyərlərimizi layiqincə təmsil və təbliğ edib. Mədəniyyətimizin dünyada tanıdılması istiqamətindəki fəaliyyətlərdə böyük rolu olub. İndi də mədəniyyət naziri kimi yeni dövr yaşayan Azərbaycanın mədəniyyətinin inkişafında ciddi xidmətlərinin olacağını düşünürəm. Hətta artıq mədəniyyət nazirliyindəki islahatlar, yeni konsepsiyaların yaradılması, Milli Mədəniyyət strategiyasının yenidən işlənilməsi buna bir göstəricidir. İnanıram ki, Anar Kərimov mədəniyyət xadimləri ilə daima sıx ünsiyyətdə olacaq. Teatr sahəsində də köklü dəyişikliklərin, yeni teatr konsepsiyasının yaradılacağına və bununla da teatrlarımız üçün nəhayət yeni səhifə açılacağına inanıram. Yeni mədəniyyət nazirimizə və onun komandasına uğurlar arzulayıram. 

Xəyalə Rəis

loading...
Koronavirusa yoluxduğunu yumoristik şəkildə elan etdi, 1 gün sonra həyatını itirdi....
Qızının saçına gizli dinləmə cihazı qoyan ailə müəllimin kobud davranışını ifşa etdi
Özündən 12 yaş böyük qadınla evləndi, Qara Qarayev oxumasını istəmədi, ən yaxın dostu ondan küsülü öldü
"İlham və Nikol arasındakı şifahi razılaşmalara görə, Rusiyadakı Artsax ofisi bağlanır..."
Artsrun Hovannisyan xəstələndi 
N.Tusi adına Klinika

Dünya
Türkiyə tezliklə Akıncı PUA-larının kütləvi istehsalına başlayacaq
Cəmiyyət
Vəfa Təyyarqızı: “Qazandıqlarımı, təcrübələr, çətinliklər, uğursuzluqlar və uğurların yaşandığı, keçdiyim həmin o 10 illik yola borcluyam”
Cəmiyyət
“Bu da Əlibaba müəllimin böyüklüyüdür ki, həmin mahnını “Xudayar təsnifi” adlandırdı...”
Cəmiyyət
“Həyat yoldaşım dedi ki, artıq yeriyə bilmirəm, gəl qumbarayla özümüzü öldürək...”
Cəmiyyət
Müsəlman yeməkxanası yoxsul ingilislərə isti xörək paylamağa başladı...-FOTO

Yazar
Sultan Laçın
Ağzımıza su almayaq! - 2 dəfə bahalaşdı... –Fəqət, Şuşanın İsa bulağında...
Həftənin ən çox oxunanları
"Bir dəfə Putinə dedim ki, xəbərin varmı, nə qədər rus qızı türklərlə ailə qurub..?"
"Vaqif Axundov dedi ki, cənab prezident, bəlkə onu prezidentin mühafizəsinə götürək?"
"Araik hətta mənimlə maraqlandı, ailə qurub-qurmadığımı soruşdu, sonra mənə yazdı ki..."
"Səhhəti pisdir, nə Mədəniyyət Nazirliyi maraqlanır, nə də..."
“Biləndə ki, mənə qulluq edən Flora xanımdır, utandığımdan avtomatımı  götürüb xəstəxanadan qaçdım...”
"Evimə görə mənimlə ailə həyatı qurmaq istəyənlər çox idi, amma şərait yaratmadım..."
“Putin deyib ki, hər kəs olduğu yerdə qalsın...”- Laçının Zabux dərəsindəki Andranik...
Mərhum pilotun qayınatasından şok iddia: “Rəşad özü də havada olarkən ağır yaralanıb"
"İlkinin qardaşı və 70 yaşlı əmisi qızımın hamilə olduğunu deyirlər, şər atmaq yaraşırmı?"
Xocalı Azərbaycana niyə təhvil verilmir? - Türk general səbəbi açıqladı
old.moderator.az-ın arxivi
Copyright©2021
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: moderator_az@mail.ru
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247
X 1xbet
{literal} {/literal}