Xəbər lenti
05/02/2021 [17:54]:
Ölkə ərazisində qərb küləyi əsib, arabir güclənib - FAKTİKİ HAVA
05/02/2021 [17:49]:
Avropa Komissiyası Metsamor AES-in bağlanmasını tələb edir
05/02/2021 [17:47]:
Milli Məclisin Sədri Sahibə Qafarova Gürcüstanın ölkəmizdəki səfiri ilə görüşüb
05/02/2021 [17:47]:
ADNSU-nun İctimai Etimad Şurası onlayn imtahan prosesini izləyib
05/02/2021 [17:45]:
Prezidentin xüsusi nümayəndələrinin vəzifələri ilə əlaqədar qanuna dəyişiklik edilir
05/02/2021 [17:42]:
Füzuliyə gizli yollarla gedənlər HƏBS OLUNDU - VİDEO
05/02/2021 [17:42]:
Yüksək Texnologiyalar Parkına baş direktor təyin edildi
05/02/2021 [17:41]:
MDTF-dən yeni sənədli film: “Zor təfəkkürü”
05/02/2021 [17:38]:
Azərbaycanda 138 yeni yoluxma faktı qeydə alınıb
05/02/2021 [17:36]:
Koronavirusa yoluxduğunu yumoristik şəkildə elan etdi, 1 gün sonra həyatını itirdi....
05/02/2021 [17:33]:
Azad edilmiş ərazilərə qeyri-qanuni getmək istəyənlər saxlanıldı
05/02/2021 [17:24]:
Türkiyə tezliklə Akıncı PUA-larının kütləvi istehsalına başlayacaq
05/02/2021 [17:04]:
“Vətən müharibəsinə həsr edilən hər bir rəsm əsəri, film və musiqi “dil açıb danışmalıdır””
05/02/2021 [17:01]:
Hakimiyyət: o özünü necə xilas edə bilər!
05/02/2021 [16:57]:
Beynəlxalq Qarabağ Forumundan Xocalı, Xankəndinə qayıdış təklifi
05/02/2021 [16:49]:
44 günlük müharibə və müharibədən sonrakı günlər…
05/02/2021 [16:48]:
Ağalar Vəliyev Milli Qəhrəman Allahverdi Bağırovun ailə üzvləri ilə görüşüb - Fotolar
05/02/2021 [16:37]:
"Şəhid mövzusu ilə manipulyasiya etmək həm şəhidlərin ruhuna, həm də cəmiyyətə qarşı hörmətsizlikdir"
05/02/2021 [16:34]:
Vahid Ələkbərov dünyanın ən zənginlərinin reytinqində
05/02/2021 [16:21]:
Əsgərimizi niyə tərifləyirsiz? Yaxşı öldüyü üçün? - Gevorkyan
05/02/2021 [16:19]:
Qızlığı onu şərlədi, namus üstündə rəisi öldürdü, dostları kürəyindən vurdu - Sovet milisinə müharibə elan edən azərbaycanlı qaçaq
05/02/2021 [16:13]:
Azərbaycanda bir dərmanın satışı qadağan olunub
05/02/2021 [16:12]:
Çingiz xanın ölüm səbəbi ilə bağlı yeni fərziyyə irəli sürülüb
05/02/2021 [16:10]:
Qalınlığı 15-50 mikron olan polietilen torbalar ayrıca məhsul növü kimi satılacaq
05/02/2021 [16:09]:
İnstitut direktoru: "COVID-19-un yeni ştammı hər an ölkəyə gələ bilər"
05/02/2021 [16:05]:
Ərdoğan Makrona: "Sən get hələ "sarı jiletlilər" məsələsini həll elə"
05/02/2021 [16:03]:
Bakıda Hərbi Qənimətlər Parkı yaradılır - VİDEO
05/02/2021 [15:59]:
Son bir ildə 18 yaşdan aşağı olanların intiharı iki dəfəyədək artıb
05/02/2021 [15:57]:
Ermənilər Qarabağda ordumuz tərəfindən məhv edilən daha 52 hərbçisinin adını açıqladı- SİYAHI...
05/02/2021 [15:56]:
İri ticarət mərkəzləri və “mall”lar nə vaxt açıla bilər?
05/02/2021 [15:54]:
ADPU-da Umud Rəhimoğlu ilə görüş - FOTO
05/02/2021 [15:50]:
Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib
05/02/2021 [15:49]:
“Yenilməz” romanının təqdimat mərasimi keçirilib
05/02/2021 [15:47]:
Ali Məhkəmədə yeni təyin olunan hakimlərin andiçmə mərasimi keçirilir
05/02/2021 [15:39]:
Vətən müharibəsində Azərbaycan ordusunun məhv etdiyi müasir silah sistemləri...- FOTO/VİDEO
05/02/2021 [15:29]:
"Uşaqlara tətbiq olunan peyvəndlərdə yüksək effektivlik müşahidə olunarsa..."
05/02/2021 [15:15]:
“Onun toyunu görmək arzum idi, qız da tapmışdım...”- Şəhid gizirimizin anası...
05/02/2021 [15:12]:
Vəfa Təyyarqızı: “Qazandıqlarımı, təcrübələr, çətinliklər, uğursuzluqlar və uğurların yaşandığı, keçdiyim həmin o 10 illik yola borcluyam”
05/02/2021 [14:43]:
İlham Əliyev onu “Dostluq” ordeni ilə təltif etdi - SƏRƏNCAM
05/02/2021 [14:42]:
Təhsil haqqında dövlət sənədləri elektron formada veriləcək - FƏRMAN
05/02/2021 [14:41]:
“Hazırda deputat olan AXC fəalı qışqırdı: “Bəy, gözünüz aydın, parlamenti aldıq!..”
05/02/2021 [14:34]:
Şirvanda 52 yaşlı qadın boğularaq qətlə yetirilib
05/02/2021 [14:31]:
"Məmurlar bu villaları hansı pulla tikiblər?" - Baloğlan Əşrəfovdan sərt AÇIQLAMA
05/02/2021 [14:28]:
Ancelina Coli Bred Pittin hədiyyəsini hərraca çıxarır
05/02/2021 [14:20]:
“Ucarda mal-qara saxlayıram, dolanmaq lazımdır” - Ziya Məmmədov
05/02/2021 [14:17]:
Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimi davam edir - VİDEO
05/02/2021 [14:10]:
Milli Məclisin Gənclər və idman komitəsində növbəti dəfə idmançılarla görüş keçirilib
05/02/2021 [14:06]:
Milli Kitabxanada “Mitolojinin elçisi: Kamal Abdulla armağanı” kitabının təqdimatı keçirilib
05/02/2021 [14:02]:
Dünən Ağdamda partlayışda həlak olan əsgər dəfn olunub - FOTO
05/02/2021 [13:59]:
Qarabağda məhv edilən daha 52 erməni hərbçinin adı AÇIQLANDI
05/02/2021 [13:56]:
Cavanşir Quliyev peyvənd oldu - Foto
05/02/2021 [13:46]:
Bilal Haipak: “Pakistan şirkətləri Qarabağın bərpasında iştirak etməyə hazırdır”
05/02/2021 [13:31]:
Diaspor Komitəsi: Türkiyədə vəfat edən əsgər anasının cənazəsi Vətənə gətirilir
05/02/2021 [13:29]:
Veteran təşkilatlarının sədrləri ilə görüş keçirilib - Foto
05/02/2021 [13:26]:
Məcburi köçkünlərin qayıdışı BMT nümayəndəsi ilə müzakirə edilib
05/02/2021 [13:23]:
Duman, çiskin olacaq - Sabahın havası
05/02/2021 [13:18]:
Azərbaycandan Hindistana koks ixrac olunur
05/02/2021 [13:12]:
Bakıda üzən günəş stansiyası tikiləcək
05/02/2021 [13:09]:
“Facebook”da yalan məlumat yayan qadın Baş Prokurorluğa çağırıldı
05/02/2021 [13:07]:
Pakistan səfiri: “Azərbaycan Cammu və Kəşmir məsələsində mövqeyimizi cəsarətlə dəstəkləyib”
05/02/2021 [12:57]:
Astarada qadın qonşularının hücumuna məruz qalaraq bıçaqlanıb
05/02/2021 [12:56]:
Azəriqaz: "Paytaxtın 2 rayonunda 21 min abonentin problemi həll edilir" (VİDEO)
05/02/2021 [12:56]:
Rusiyanın admiralı vəfat edib
05/02/2021 [12:52]:
Azərbaycandan Hindistana koks ixrac olunur
05/02/2021 [12:50]:
Araz Ağalarovun qızına qarşı maska fırıldağı – 2,6 milyon dollar itirdi
05/02/2021 [12:49]:
Çin ortamənzilli raket hücumundan yerüstü müdafiə sistemini sınaqdan keçirib
05/02/2021 [12:46]:
Baş Prokurorluq mülki vətəndaşlara xəbərdarlıq etdi
05/02/2021 [12:40]:
Türkiyə apreldən turistlərin qəbuluna başlayır
05/02/2021 [12:37]:
Oğuz-Şəki avtomobil yolunun yenidən qurulması davam edir
05/02/2021 [12:35]:
Türkiyə “Atmaca” raketini sınaqdan keçirdi - VİDEO
05/02/2021 [12:33]:
Vətən müharibəsində bir sutkada 105 km. məsafədə ildırımsürətli hücum həyata keçirilib - FOTO
05/02/2021 [12:31]:
Səlçuk Bayraktar Azərbaycan hərbçilərinə sertifikat təqdim edəcək - VİDEO
05/02/2021 [12:30]:
Cəbrayılın Soltanlı kəndindən görüntülər - VİDEO
05/02/2021 [12:28]:
ADU-da payız semestrinin qış imtahan sessiyası davam edir
05/02/2021 [12:24]:
Cəbrayıl polisi silah-sursat aşkarladı
05/02/2021 [12:18]:
Səlçuk Bayraktar Azərbaycan hərbçilərinə sertifikat təqdim edəcək - VİDEO
05/02/2021 [12:15]:
İran İslam İnqilabının 42-ci ildönümünü qeyd edir
05/02/2021 [12:10]:
Xüsusi təyinatlı Beyrəyin qardaşı: 26-sı zəng etdi ki, başlayırıq...
05/02/2021 [12:08]:
Türkiyə mallarını boykot edən Nikol Paşinyan Almatıda türk otelində qalır
05/02/2021 [12:03]:
“Müharibə vaxtı orduya Paşinyanın arvadı nəzarət edirdi” - Qabrielyanov
Bütün arxiv bir sırada
05/02/2021 [16:19] - Cəmiyyət - ( 469 dəfə baxılıb)

Qızlığı onu şərlədi, namus üstündə rəisi öldürdü, dostları kürəyindən vurdu - Sovet milisinə müharibə elan edən azərbaycanlı qaçaq



Moderator.az 80-ci illərdə əfsanəyə çevrilmiş Qaçaq Hüseyn haqqında maraqlı faktları təqdim edir.

Qaçaq Hüseyn 1926-cı ildə doğulub. Ailədə dörd uşaq olublar. Atası 41-ci ildə müharibəyə gedir və geri qayıtmır. Onları nənəsi böyüdür. Hüseyn ailənin böyük uşağı olub. Sakit, ağıllı, tədbirli xasiyyəti varmış. Həbs olunmazdan əvvəl Tərtərdə "sep"li traktor işlədirmiş. Hərbi xidməti başa vurandan sonra Tərtərə qohumlarının yanına gedir. Bir xeyli pul-para toplayıb özünə "Volqa" almaq istəyir. Qohumları da ona maddi köməklik edir. Lakin bir müddət keçəndən sonra xəbər gəlir ki, Hüseyn üstündə çoxlu pul və silahla tutulub.

***

Qardaşı Maarif kişi Lent.az -a verdiyi müsahibəsində onun tutulması ilə bağlı deyir:

“Hüseyn Tərtərdə Südabə adlı alverçi bir xanımla çöldən-çölə yaşayırdı. Bunu hamı bilirdi. Hüseynin öz ailəsi də. Ailəsindən ayrılmamışdı! Südabənin cavan, qəşəng bir qızı vardı. Ovaxtkı rəislərdən biri bu qızla gizlin əlaqəsi olub. Bir gün Südabənin qızı hamilə qalır. Südabə ilə həmin bu rəis oturub götür-qoy edirlər ki, Hüseyn bu söhbəti eşitsə məsələ böyüyəcək. Nə qədər, söhbət yayılmayıb, onu silahla tutdursunlar. O vaxt rəisin əlaqələri geniş idi. Hətta məhkəmədə Südabə ilə qızı da Hüseynin üzünə dirəndilər. Üstəlik, prokuror məni çağırıb dedi ki, qız hamilədir, özü də deyir, uşağın atası Hüseyndir. Bu, biabırçılıq idi. Açığı, mənim də dalağım sancdı, dedim, insandı dəəə... Amma qardaşımla görüşəndə o, mənə kişi kimi and içdi ki, belə bir söhbət olmayıb və ola da bilməz. Bu, məni məhv eləmək üçün həmin rəislə Südabənin qurğusudur.”

***

Məhkəmə ekspertizanın rəyini gözləyir. Həqiqətən də məlum olur ki, Hüseynin bu qızla heç bir əlaqəsi olmayıb. Amma silaha görə ona 5 il iş kəsirlər. Özü silahın ona məxsus olduğunu mərdliklə boynuna alır...

***

Hüseyn 3 il həbs yatır. Himayəsində 5 uşaq olduğundan, başqa qanun pozuntusu törətmədiyindən hökumət bunları nəzərə alıb onu üç ildən sonra sərbəst buraxır. Həbsdən çıxandan sonra Hüseyn qardaşına deyir ki, Azərbaycanda yaşamayacaq, baş götürüb Rusiyaya gedəcək.

***

Deyilənlərə görə, o, namus söhbətinə və özünün şərlənməsinə görə çox sarsılır. Belə bir namərdliyin heç vaxt ağlına gəlmədiyini deyir.

***

İntiqam eşqi ilə alışıb-yanan Hüseyn imkan tapıb yolunu Südabənin evindən salır. İçəri girəndə həmin rəislə Südabəni bir yerdə görür. Üstündəki xəncərlə rəisi öldürür, Südabəni isə öz evindəki tüfənglə çiynindən yaralayır. Deyilənə görə, qadın olduğu üçün onu öldürmür, amma nişanəsiz buraxmaq da istəmir. Sonralar bu iş çox araşdırılır. Axırda həmin rəisin qəbrinə 8 il iş kəsirlər.


Hər yerdə axtarılsa da, Qaçaq Hüseyn milislərdən qorxmur. O boyda hadisədən sonra, yenə rahatca kəndə gəlir, hətta toylara gedir. Deyilənə görə, milislərin yarısı ondan qorxur, yarısı da bu namus söhbətinə görə hörmət eləyir. Bilirlər ki, camaat onu çox istəyir, heç kim Hüseyni tutub, insanların gözündən düşmək istəmir. Amma rütbə almaq üçün bu işə qol qoyanlar da olur.

***

Bir gün Novruz bayramı ərəfəsində Ağdam milis şöbəsinə məlumat çatır ki, Qaçaq Hüseyn silahsız vəziyyətdə Şotlanlının üstündəki dərədə təkbaşına naxır otarır. Rəis bir dəstə polislə ora gəlir və uzaqdan müşahidə edir. Adamın silahsız olduğuna əmin olandan sonra dəstəni buraxıb təkcə ona yaxınlaşır. O, atlı imiş və əynində uzun plaş varmış. Daha dəqiqi, milis formasını bu plaşın altında gizlədibmiş. Hüseyn də ilk gəlişində onu sadə bir adam hesab edir, amma yenə ehtiyatı əldən vermir. Hüseynin cibində qovurğa varmış. Plaş geyinən atlı ona yaxınlaşanda şübhələnir. Milis işçisi əyilib cibində saxladığı qaçağın şəklinə, sonra Hüseynə baxır. Milis əyiləndə plaşın altından poqonunun ucu görünür. Qaçaq Hüseyn əlini cibinə salıb ordan bir ovuc qovurğa çıxarır. Deyir, səni and verirəm Allahın bu bərəkətinə, mənimlə işin olmasın. Bilirsən ki, mənə qarşı haqsızlıq elədilər... O da Qurana and içir ki, sənə zərər verməyəcəm. Amma yaxınlaşan kimi qəfil Qaçağın üstünə cumur, onu təkbaşına qandallayıb aparmaq istəyir.

***

Rəis müavini fiziki cəhətdən güclü və hazırlıqlı imiş. Qaçaq Hüseyn nə qədər xahiş edirsə ki, ondan əl çəksin, alınmır. Süpürləşirlər, milisin silahı özündən uzağa düşür. Bu vaxt Hüseyn onu üstələyir. Rəis silaha tərəf qaçır, onu alıb atəş açmaq istəyəndə Qaçaq Hüseyn xəncərini çıxarıb atır, xəncər rəisin ürəyinə sancılır. Qaçaq Hüseyn rəisin plaşına geyinib atını minir və dağlardan aşıb Çələkdar kəndindən Ağdərəyə keçir

***

Qaçaq Hüseyn Qarabağda, Gəncəbasarda çox məşhur idi. Qaçaqlığının əsas dövrünü Laçında keçirmişdi. Çoxları elə bilirmiş ki, o, Laçınlıdır. Ancaq onun özünün yox, həyat yoldaşının Laçından olduğu deyilir. Hüseynin Laçında qohumlarla bahəm çoxsaylı dostları olub.

***

O, ümumittifaq axtarışında idi. Rejissor Eldar Ryazanovun məşhur “İki nəfər üçün vağzal” filmində fotosu axtarışda olanların guşəsində kadra düşüb.

***

Bütün güc nazirlikləri, hətta keçmiş ittifaqın bəzi instansiyaları onu ciddi şəkildə axtarsalar da, Hüseyn Tərtərdə oğlunun toyunu eləyir, özü də toya gəlir. Çox adam bilmir ki, həyətdəki ağacların birinin budağında oturub toyu izləyən adam Qoçaq Hüseyndir.


Ancaq nə qədər gizlənsə də, hökumət onun üzə çıxmasını istəyir. Ovaxtkı nazir onun qardaşı Maarif kişini çağırıb deyir ki, Ağdamda işləmişəm, sizin camaatı yaxşı tanıyıram. Get, qardaşınla danış, öz razılığı ilə üzə çıxsın. Ona belə daha yaxşı olar. Qardaşı nazirin dediklərini Hüseynə çatdırır. O isə etibar etmir, deyir, bir deputat var, mənimlə bağlı Brejnyevlə görüşməlidir, qoy bu görüşü gözləyək.

***

Qardaşının dediyinə görə, ovaxtkı Azərbaycan rəhbərliyi də Hüseyn barədə yuxarılarla danışır. Deyir, heç kimin onu öldürməyə ixtiyarı yoxdur, gəlib qanuna təslim olsun, işinə məhkəmə baxsın.

***

Qaçaq Hüseynin bir çox əhvalatlar kimi, qətli ilə bağlı gəzən söz-söhbətlər də müxtəlifdir. Bir versiyaya görə Hüseyni kəlbəcərli kirvəsinin əliylə onun evində öldürüblər. Guya sonra başqa qaçaqlar həmin adamdan Hüseynin qisasını alıblar.

***

Lakin, Maarif kişi bu versiyanı tamamilə inkar edir: "Kəlbəcər məsələsi belədir... Hüseyn öldürüləndə Tərtərdə Sabir adlı bir rəis vardı. Kəlbəcərdən idi. Sabir rütbəsinin artmasına görə Hüseynin qanını boynuna götürdü. Dedi, mən öldürmüşəm! Hamı bilirdi ki, vəzifə xətrinə deyir. Dəfndən bir az sonra Sabirin atası Quran kitabı götürüb, bir neçə seyid-molla ilə qapımıza gəldi, and içdi ki, oğlum bu söhbəti yalandan danışır...

***

Əslində isə onu 1978-ci ildə Bərdənin Lənbəran kəndi yaxınlığında öz qaçaq yoldaşları yatdığı yerdə kürəyindən vururlar. Hüseyn həmişə deyirmiş ki, heç vaxt özümü sağ-salamat ələ vermərəm! Bu səbəbdən də o, kürəyindən vurulanda qəfil çevrilib, öz tapançası ilə öz ağzından atır.

***

Bu barədə onun ailəsinə Gəncədəki həkimlər deyib. Amma onun ağzındakı yaranı elə tikirlər ki, azca da olsun eyib qalmır. Həkimlər bunu Hüseynə son hörmət olaraq etdiklərini deyirlər.

***

Qaçağın ölüm xəbərini eşidən Gəncə camaatı tökülüb xəstəxananın qarşısına və təkidlə Qaçaq Hüseynin meyitini tələb ediblər. Hökumət heç nə olmamış kimi meyiti camaata təhvil verib. Dəfninə hər tərəfdən, hətta Gürcüstandan adamlar gəlir.

loading...
Koronavirusa yoluxduğunu yumoristik şəkildə elan etdi, 1 gün sonra həyatını itirdi....
Qızının saçına gizli dinləmə cihazı qoyan ailə müəllimin kobud davranışını ifşa etdi
Özündən 12 yaş böyük qadınla evləndi, Qara Qarayev oxumasını istəmədi, ən yaxın dostu ondan küsülü öldü
"İlham və Nikol arasındakı şifahi razılaşmalara görə, Rusiyadakı Artsax ofisi bağlanır..."
Artsrun Hovannisyan xəstələndi 
N.Tusi adına Klinika

Dünya
Türkiyə tezliklə Akıncı PUA-larının kütləvi istehsalına başlayacaq
Cəmiyyət
Vəfa Təyyarqızı: “Qazandıqlarımı, təcrübələr, çətinliklər, uğursuzluqlar və uğurların yaşandığı, keçdiyim həmin o 10 illik yola borcluyam”
Cəmiyyət
“Bu da Əlibaba müəllimin böyüklüyüdür ki, həmin mahnını “Xudayar təsnifi” adlandırdı...”
Cəmiyyət
“Həyat yoldaşım dedi ki, artıq yeriyə bilmirəm, gəl qumbarayla özümüzü öldürək...”
Cəmiyyət
Müsəlman yeməkxanası yoxsul ingilislərə isti xörək paylamağa başladı...-FOTO

Yazar
Sultan Laçın
Ağzımıza su almayaq! - 2 dəfə bahalaşdı... –Fəqət, Şuşanın İsa bulağında...
Həftənin ən çox oxunanları
"Bir dəfə Putinə dedim ki, xəbərin varmı, nə qədər rus qızı türklərlə ailə qurub..?"
"Vaqif Axundov dedi ki, cənab prezident, bəlkə onu prezidentin mühafizəsinə götürək?"
"Araik hətta mənimlə maraqlandı, ailə qurub-qurmadığımı soruşdu, sonra mənə yazdı ki..."
"Səhhəti pisdir, nə Mədəniyyət Nazirliyi maraqlanır, nə də..."
“Biləndə ki, mənə qulluq edən Flora xanımdır, utandığımdan avtomatımı  götürüb xəstəxanadan qaçdım...”
"Evimə görə mənimlə ailə həyatı qurmaq istəyənlər çox idi, amma şərait yaratmadım..."
“Putin deyib ki, hər kəs olduğu yerdə qalsın...”- Laçının Zabux dərəsindəki Andranik...
Mərhum pilotun qayınatasından şok iddia: “Rəşad özü də havada olarkən ağır yaralanıb"
"İlkinin qardaşı və 70 yaşlı əmisi qızımın hamilə olduğunu deyirlər, şər atmaq yaraşırmı?"
Xocalı Azərbaycana niyə təhvil verilmir? - Türk general səbəbi açıqladı
old.moderator.az-ın arxivi
Copyright©2021
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: moderator_az@mail.ru
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247
X 1xbet
{literal} {/literal}