AzTU-nun akademik və inzibati strukturunda dəyişiklik edildi
Moderator.az xəbər verir ki, Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi Şurasının növbəti onlayn iclası keçirilib. İclasda bildirilib ki, AzTU-nun 70 illiyi münasibətilə Prezident İlham Əliyevin Sərəncamına əsasən universitetin 25 əməkdaşı mükafatlandırılıb. Universitetin fəaliyyətinə göstərdiyi diqqətə görə dövlət başçısına təşəkkür ifadə olunub. Bundan başqa qeyd olunub ki, AzTU-nun 70 illiyi münasibəti ilə təhsil naziri Emin Əmrullayev də universitetin 27 əməkdaşını xüsusi mükafata layiq görüb.
Daha
sonra bildirilib ki, AzTU-da aparılan struktur islahatları ilə əlaqədar olaraq,
bir sıra kafedraların yenidən təşkili zərurəti yaranıb. Belə ki, elmi-tədqiqat
mövzularının müvafiq sahələr üzrə unifikasiyasının, həmçinin tədqiqat-tədris
prosesinin təşkilində ixtisaslaşmanın və rasionallığın təmin olunması üçün
fakültələr üzrə bəzi kafedraların adları dəyişdirilib, bəzi kafedralar isə birləşdirilərək
bazasında yeniləri təşkil olunub.
Ümumilikdə
akademik strukturla bərabər inzibati strukturda da müvafiq dəyişikliklər edilərək
AzTU-nun təşkilati strukturu təsdiq edilib.
Qeyd
edək ki, AzTU-nun yeni strukturunda müasir texnoloji inkişaf, əmək bazarına
inteqrasiya və biznes əlaqələrinin inkişafına istiqamətlənmiş elmi-tədqiqat
institutları formalaşdırılıb.






