Xəbər lenti
05/02/2021 [17:54]:
Ölkə ərazisində qərb küləyi əsib, arabir güclənib - FAKTİKİ HAVA
05/02/2021 [17:49]:
Avropa Komissiyası Metsamor AES-in bağlanmasını tələb edir
05/02/2021 [17:47]:
Milli Məclisin Sədri Sahibə Qafarova Gürcüstanın ölkəmizdəki səfiri ilə görüşüb
05/02/2021 [17:47]:
ADNSU-nun İctimai Etimad Şurası onlayn imtahan prosesini izləyib
05/02/2021 [17:45]:
Prezidentin xüsusi nümayəndələrinin vəzifələri ilə əlaqədar qanuna dəyişiklik edilir
05/02/2021 [17:42]:
Füzuliyə gizli yollarla gedənlər HƏBS OLUNDU - VİDEO
05/02/2021 [17:42]:
Yüksək Texnologiyalar Parkına baş direktor təyin edildi
05/02/2021 [17:41]:
MDTF-dən yeni sənədli film: “Zor təfəkkürü”
05/02/2021 [17:38]:
Azərbaycanda 138 yeni yoluxma faktı qeydə alınıb
05/02/2021 [17:36]:
Koronavirusa yoluxduğunu yumoristik şəkildə elan etdi, 1 gün sonra həyatını itirdi....
05/02/2021 [17:33]:
Azad edilmiş ərazilərə qeyri-qanuni getmək istəyənlər saxlanıldı
05/02/2021 [17:24]:
Türkiyə tezliklə Akıncı PUA-larının kütləvi istehsalına başlayacaq
05/02/2021 [17:04]:
“Vətən müharibəsinə həsr edilən hər bir rəsm əsəri, film və musiqi “dil açıb danışmalıdır””
05/02/2021 [17:01]:
Hakimiyyət: o özünü necə xilas edə bilər!
05/02/2021 [16:57]:
Beynəlxalq Qarabağ Forumundan Xocalı, Xankəndinə qayıdış təklifi
05/02/2021 [16:49]:
44 günlük müharibə və müharibədən sonrakı günlər…
05/02/2021 [16:48]:
Ağalar Vəliyev Milli Qəhrəman Allahverdi Bağırovun ailə üzvləri ilə görüşüb - Fotolar
05/02/2021 [16:37]:
"Şəhid mövzusu ilə manipulyasiya etmək həm şəhidlərin ruhuna, həm də cəmiyyətə qarşı hörmətsizlikdir"
05/02/2021 [16:34]:
Vahid Ələkbərov dünyanın ən zənginlərinin reytinqində
05/02/2021 [16:21]:
Əsgərimizi niyə tərifləyirsiz? Yaxşı öldüyü üçün? - Gevorkyan
05/02/2021 [16:19]:
Qızlığı onu şərlədi, namus üstündə rəisi öldürdü, dostları kürəyindən vurdu - Sovet milisinə müharibə elan edən azərbaycanlı qaçaq
05/02/2021 [16:13]:
Azərbaycanda bir dərmanın satışı qadağan olunub
05/02/2021 [16:12]:
Çingiz xanın ölüm səbəbi ilə bağlı yeni fərziyyə irəli sürülüb
05/02/2021 [16:10]:
Qalınlığı 15-50 mikron olan polietilen torbalar ayrıca məhsul növü kimi satılacaq
05/02/2021 [16:09]:
İnstitut direktoru: "COVID-19-un yeni ştammı hər an ölkəyə gələ bilər"
05/02/2021 [16:05]:
Ərdoğan Makrona: "Sən get hələ "sarı jiletlilər" məsələsini həll elə"
05/02/2021 [16:03]:
Bakıda Hərbi Qənimətlər Parkı yaradılır - VİDEO
05/02/2021 [15:59]:
Son bir ildə 18 yaşdan aşağı olanların intiharı iki dəfəyədək artıb
05/02/2021 [15:57]:
Ermənilər Qarabağda ordumuz tərəfindən məhv edilən daha 52 hərbçisinin adını açıqladı- SİYAHI...
05/02/2021 [15:56]:
İri ticarət mərkəzləri və “mall”lar nə vaxt açıla bilər?
05/02/2021 [15:54]:
ADPU-da Umud Rəhimoğlu ilə görüş - FOTO
05/02/2021 [15:50]:
Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib
05/02/2021 [15:49]:
“Yenilməz” romanının təqdimat mərasimi keçirilib
05/02/2021 [15:47]:
Ali Məhkəmədə yeni təyin olunan hakimlərin andiçmə mərasimi keçirilir
05/02/2021 [15:39]:
Vətən müharibəsində Azərbaycan ordusunun məhv etdiyi müasir silah sistemləri...- FOTO/VİDEO
05/02/2021 [15:29]:
"Uşaqlara tətbiq olunan peyvəndlərdə yüksək effektivlik müşahidə olunarsa..."
05/02/2021 [15:15]:
“Onun toyunu görmək arzum idi, qız da tapmışdım...”- Şəhid gizirimizin anası...
05/02/2021 [15:12]:
Vəfa Təyyarqızı: “Qazandıqlarımı, təcrübələr, çətinliklər, uğursuzluqlar və uğurların yaşandığı, keçdiyim həmin o 10 illik yola borcluyam”
05/02/2021 [14:43]:
İlham Əliyev onu “Dostluq” ordeni ilə təltif etdi - SƏRƏNCAM
05/02/2021 [14:42]:
Təhsil haqqında dövlət sənədləri elektron formada veriləcək - FƏRMAN
05/02/2021 [14:41]:
“Hazırda deputat olan AXC fəalı qışqırdı: “Bəy, gözünüz aydın, parlamenti aldıq!..”
05/02/2021 [14:34]:
Şirvanda 52 yaşlı qadın boğularaq qətlə yetirilib
05/02/2021 [14:31]:
"Məmurlar bu villaları hansı pulla tikiblər?" - Baloğlan Əşrəfovdan sərt AÇIQLAMA
05/02/2021 [14:28]:
Ancelina Coli Bred Pittin hədiyyəsini hərraca çıxarır
05/02/2021 [14:20]:
“Ucarda mal-qara saxlayıram, dolanmaq lazımdır” - Ziya Məmmədov
05/02/2021 [14:17]:
Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimi davam edir - VİDEO
05/02/2021 [14:10]:
Milli Məclisin Gənclər və idman komitəsində növbəti dəfə idmançılarla görüş keçirilib
05/02/2021 [14:06]:
Milli Kitabxanada “Mitolojinin elçisi: Kamal Abdulla armağanı” kitabının təqdimatı keçirilib
05/02/2021 [14:02]:
Dünən Ağdamda partlayışda həlak olan əsgər dəfn olunub - FOTO
05/02/2021 [13:59]:
Qarabağda məhv edilən daha 52 erməni hərbçinin adı AÇIQLANDI
05/02/2021 [13:56]:
Cavanşir Quliyev peyvənd oldu - Foto
05/02/2021 [13:46]:
Bilal Haipak: “Pakistan şirkətləri Qarabağın bərpasında iştirak etməyə hazırdır”
05/02/2021 [13:31]:
Diaspor Komitəsi: Türkiyədə vəfat edən əsgər anasının cənazəsi Vətənə gətirilir
05/02/2021 [13:29]:
Veteran təşkilatlarının sədrləri ilə görüş keçirilib - Foto
05/02/2021 [13:26]:
Məcburi köçkünlərin qayıdışı BMT nümayəndəsi ilə müzakirə edilib
05/02/2021 [13:23]:
Duman, çiskin olacaq - Sabahın havası
05/02/2021 [13:18]:
Azərbaycandan Hindistana koks ixrac olunur
05/02/2021 [13:12]:
Bakıda üzən günəş stansiyası tikiləcək
05/02/2021 [13:09]:
“Facebook”da yalan məlumat yayan qadın Baş Prokurorluğa çağırıldı
05/02/2021 [13:07]:
Pakistan səfiri: “Azərbaycan Cammu və Kəşmir məsələsində mövqeyimizi cəsarətlə dəstəkləyib”
05/02/2021 [12:57]:
Astarada qadın qonşularının hücumuna məruz qalaraq bıçaqlanıb
05/02/2021 [12:56]:
Azəriqaz: "Paytaxtın 2 rayonunda 21 min abonentin problemi həll edilir" (VİDEO)
05/02/2021 [12:56]:
Rusiyanın admiralı vəfat edib
05/02/2021 [12:52]:
Azərbaycandan Hindistana koks ixrac olunur
05/02/2021 [12:50]:
Araz Ağalarovun qızına qarşı maska fırıldağı – 2,6 milyon dollar itirdi
05/02/2021 [12:49]:
Çin ortamənzilli raket hücumundan yerüstü müdafiə sistemini sınaqdan keçirib
05/02/2021 [12:46]:
Baş Prokurorluq mülki vətəndaşlara xəbərdarlıq etdi
05/02/2021 [12:40]:
Türkiyə apreldən turistlərin qəbuluna başlayır
05/02/2021 [12:37]:
Oğuz-Şəki avtomobil yolunun yenidən qurulması davam edir
05/02/2021 [12:35]:
Türkiyə “Atmaca” raketini sınaqdan keçirdi - VİDEO
05/02/2021 [12:33]:
Vətən müharibəsində bir sutkada 105 km. məsafədə ildırımsürətli hücum həyata keçirilib - FOTO
05/02/2021 [12:31]:
Səlçuk Bayraktar Azərbaycan hərbçilərinə sertifikat təqdim edəcək - VİDEO
05/02/2021 [12:30]:
Cəbrayılın Soltanlı kəndindən görüntülər - VİDEO
05/02/2021 [12:28]:
ADU-da payız semestrinin qış imtahan sessiyası davam edir
05/02/2021 [12:24]:
Cəbrayıl polisi silah-sursat aşkarladı
05/02/2021 [12:18]:
Səlçuk Bayraktar Azərbaycan hərbçilərinə sertifikat təqdim edəcək - VİDEO
05/02/2021 [12:15]:
İran İslam İnqilabının 42-ci ildönümünü qeyd edir
05/02/2021 [12:10]:
Xüsusi təyinatlı Beyrəyin qardaşı: 26-sı zəng etdi ki, başlayırıq...
05/02/2021 [12:08]:
Türkiyə mallarını boykot edən Nikol Paşinyan Almatıda türk otelində qalır
05/02/2021 [12:03]:
“Müharibə vaxtı orduya Paşinyanın arvadı nəzarət edirdi” - Qabrielyanov
Bütün arxiv bir sırada
02/02/2021 [12:52] - Köşə - ( 3981 dəfə baxılıb)

Ağzımıza su almayaq! - 2 dəfə bahalaşdı... –Fəqət, Şuşanın İsa bulağında...

Qarabağdakı bulaqlardan pulsuz içmək imkanımız da yarandı - sudan qaymaq yığanlar imkan versə...
FİKİR SAVAŞI...
Sultan Laçın

Tarif Şurasının içməli suyu və kanalizasiya xidmətlərini 2 dəfə  bahalaşdırması yalnız bu dünya ilə, maddiyyatla yaşayanlar üçün dərhal böyük problemə nədən oldu: “Ay aman, nə edəcəyik, su pulunu nə təhər ödəyəcəyik?..  Ərzaq-filan da bahalaşacaq... Vay kasıbın halına!..”

***

İqtisadi proseslərlə maraqlanmağa o qədər vaxtım olmur; bilmirəm, bu bahalaşmanın doğrudan da qanuni əsası var, yoxsa bu da sudan qaymaq tutanların işidir... Fəqət, onu dəqiq bilirəm ki, ataların  bir yaxşı misalı var:

“Su ilə, od ilə zarafat olmaz...”

***

Həmçinin, səthi müşahidələr də göstərir ki, ölkədə kommunal xidmət göstərən şirkətlərin şəffaf işləməməsi, ictimaiyyət üçün qapalı olması, idarəetmənin səmərəsizliyi problemləri var... Və doğrudan da suyun bahalaşmasından sonra əhalinin ehtiyaclı hissəsi üçün xeyli maddi çətinliklər yaranmaqdadır. Hələ vay o haldan ki, işığın, qazın da qiymətini qaldıralar... Amma etiraf edək ki, əhali və idarələr arasında sudan israfçı istifadə halları da var...

***

Gəlin, bir də məsələyə bu dünyadan yox, o dünyadan baxaq. Yaradanımızın Qurani-Kərimdə buyurduqlarının məntiqinə görə, hansısa məmur doğrudan da sudan qaymaq yığmaq məqsədilə müvafiq quruma görüm-baxım edib qiymətlərin qalxmasına nail olursa və belə əməllərindən tövbə etmirsə, onun yeri, sözsüz, cəhənnəmlikdir.  Bu tip məmurlar orada əbədi odda yanaraq bu dünyada zülm etdiyi cənnətdəki yoxsullardan “bir damcı su!” deyərək imdad diləyəcəklər...

***

İndi də Azərbaycanda suyun bahalaşmasına elə bu dünyadan, amma xeyli geniş, qlobal, planet prizmasından yanaşaq. Nə görürük? Afrikanın, Sudanın, Somalinin və s. qızmar səhralarında, Yəmənin, Liviyanın, Suriyanın raket, bomba, güllə yağışı yağan çöllərində, üstəlik, susuzluqdan, aclıqdan xəstələnən, can verən milyonlarla körpə, uşaq, qadın, qoca.... Bunları görəndə nə deyəcəyik? - Azərbaycana şükür... 

***

Azərbaycanın özünə nəzər salaq: Allaha min dəfə şükürlər olsun ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı ordumuz torpaqlarımızın böyük hissəsini azad etdi... Bəzən günlərlə bir qətrə su tapmayan, ac qalan, yaralanan, şəhid olan on minlərlə igid oğul-qızımızın hesabına... Bu gün də - qışın oğlan çağında, şaxtada, sazaqda, çovğunda, palçıqda 2000-3000 metrlik yüksək dağ zirvələrində, ermənilərin xaraba qoyduğu canavarlar ulaşan kimsəsiz çöllərdə, qalın meşələrdəki postlarda rəşadətlə dayanan, bəzən yol çətinlikləri ucbatındana qalan sularını, çörəklərini qətrə-qətrə, tikə-tikə bir-biri ilə bölməyə məcbur olan fədakar əsgərlərimiz var...  

***

Yenə şükür Allaha ki, Milli Ordumuzun hesabına bu gün aramızda artıq Şuşadakı İsa bulağından, Saxsı bulaqdan, Turşsudan, Kəlbəcərin, Laçının mineral bulaqlarından da pulsuz su içənlər var... Tezliklə hər bir respublika vətəndaşı da bu imkanı əldə edə biləcək...  Əlbəttə, sudan qaymaq tutmaq əqidəsi ilə yaşayan suda batmaz, odda yanmaz nazirlər, məmurlar Qubadakı, Qəbələdəki, Lerikdəki  və s. kimi Qarabağda da bütün gözəl yaylaqları, bulaqları çəpərləməyib imkan versə... Amma artıq Prezident, Ali Baş Komandan Qarabağa Böyük Qayıdışa “Böyük Yeyinti” kimi baxmağa cəhd edən belələrinə xəbərdarlıq etdi... Yəqin ki, nəticə çıxaracaqlar... 

***

Hələ, inşallah, hər şey qaydasında getsə, düşmənlərin acığına 1980-ci illərin sonundan söhbəti gedən möhtəşəm bir layihəni də həyata keçirəcəyik; Kəlbəcərdən, Laçından Bakıya, Sumqayıta, Milə-Muğana içməli su kəmərləri də çəkəcəyik... 

***

Fəqət, məmurların qanunla, ədalətlə işləməsi xeyli dərəcədə biz vətəndaşlardan da asılıdır... Qarabağda erməni ordusunun yerini korrupsiya və rüşvətxorluq ordusunun  tutmasına imkan vermək olmaz... Ölkə Prezidenti də düz on il öncədən – 2011-ci ildən  dəfələrlə hər bir vətəndaşı korrupsiyaya, məmur özbaşınalığına qarşı mübarizədə dövlətə dəstək verməyə çağırıb...

***

Bundan ötrü, qanunların heç olmasa, 70-80 faiz işlədiyi, sosial ədalətin bərqərar olduğu bir cəmiyyət qurmaq üçün, əvvəla, hər birimiz halallıqla, qanunlara uyğun yaşamağa çalışmalı, özümüz haqq yolu getməliyik ki, haqqımızı da tələb edək... 

***

Dolana bilmirik?  Əvvəla, ayağımızı yorğanımıza görə uzadaq, israfçılıq etməyək. Lazımsız içkilərə, haram “fəstfud” qidalara para xərcləməyək... Amma həm də ağzımıza su almayaq. Çünki su iki dəfə bahalaşdı... Onu boş yerə sərf etmək olmaz... Odur ki, suyun bahalaşması qazancımıza təsir edirsə, müvafiq dövlət və hökumət qurumlarına  rəsmi şikayət etməli, teleqramlar, məktublar yollamalıyıq... 

***

Torpaqlarımızın azad olunması heç kəsə haqq vermir ki, Qələbəmizi, onu əldə edən orduya dövlətin çəkdiyi xərcləri xalqa minnət qoymaqla bəhanə edib öz nəfsini doyurmaq məqsədi ilə haqsız, əsassız yerə qiymətləri qaldırıb xalqı dövlətlə üz-üzə qoya... 

***

Bir sözlə, yalnız su, yanacaq məsələsində yox, bütün həyati sahələrdə, gündəlik problemlərlə, məmurların yaratdığı subyektiv əngəllərlə qarşılaşanda kimliyindən asılı olmayaraq hər bir məmurdan bütün mümkün qanuni formalarda haqqımızı tələb etməkdən çəkinməməliyik...

***

Eyni zamanda şəxsi və ictimai problemlərin həll olunması üçün mübarizə apararkən daxili və xarici düşmənlərdən də  ehtiyatımızı əldən verməməliyik. İllah da, torpaqlarımızın azad olunma prosesinin siyasi-diplomatik yollarla davam etdirilməli olduğu, hələ Xankəndiyə, Xocalıya, Ağdərəyə və s. bayraq sancmadığımız indiki dönəmdə.... 

***

Atalar əbəs yerə demir: Su dayanar, düşmən dayanmaz...  Odur ki, suyu həm də püfləyə-püfləyə içmək lazımdır...

***

Xülasə, yenə atalar demiş, su kiçiyindir, yol böyüyün...

İnşallah,  44 günlük müzəffər savaşımız boyu yolunu gözlədiyimiz dövlət böyüklərimiz bu su, bahalıq problemini də yoluna qoyar... 

Sultan Laçın

loading...
Koronavirusa yoluxduğunu yumoristik şəkildə elan etdi, 1 gün sonra həyatını itirdi....
Qızının saçına gizli dinləmə cihazı qoyan ailə müəllimin kobud davranışını ifşa etdi
Özündən 12 yaş böyük qadınla evləndi, Qara Qarayev oxumasını istəmədi, ən yaxın dostu ondan küsülü öldü
"İlham və Nikol arasındakı şifahi razılaşmalara görə, Rusiyadakı Artsax ofisi bağlanır..."
Artsrun Hovannisyan xəstələndi 
N.Tusi adına Klinika

Dünya
Türkiyə tezliklə Akıncı PUA-larının kütləvi istehsalına başlayacaq
Cəmiyyət
Vəfa Təyyarqızı: “Qazandıqlarımı, təcrübələr, çətinliklər, uğursuzluqlar və uğurların yaşandığı, keçdiyim həmin o 10 illik yola borcluyam”
Cəmiyyət
“Bu da Əlibaba müəllimin böyüklüyüdür ki, həmin mahnını “Xudayar təsnifi” adlandırdı...”
Cəmiyyət
“Həyat yoldaşım dedi ki, artıq yeriyə bilmirəm, gəl qumbarayla özümüzü öldürək...”
Cəmiyyət
Müsəlman yeməkxanası yoxsul ingilislərə isti xörək paylamağa başladı...-FOTO

Yazar
Sultan Laçın
Ağzımıza su almayaq! - 2 dəfə bahalaşdı... –Fəqət, Şuşanın İsa bulağında...
Həftənin ən çox oxunanları
"Bir dəfə Putinə dedim ki, xəbərin varmı, nə qədər rus qızı türklərlə ailə qurub..?"
"Vaqif Axundov dedi ki, cənab prezident, bəlkə onu prezidentin mühafizəsinə götürək?"
"Araik hətta mənimlə maraqlandı, ailə qurub-qurmadığımı soruşdu, sonra mənə yazdı ki..."
"Səhhəti pisdir, nə Mədəniyyət Nazirliyi maraqlanır, nə də..."
“Biləndə ki, mənə qulluq edən Flora xanımdır, utandığımdan avtomatımı  götürüb xəstəxanadan qaçdım...”
"Evimə görə mənimlə ailə həyatı qurmaq istəyənlər çox idi, amma şərait yaratmadım..."
“Putin deyib ki, hər kəs olduğu yerdə qalsın...”- Laçının Zabux dərəsindəki Andranik...
Mərhum pilotun qayınatasından şok iddia: “Rəşad özü də havada olarkən ağır yaralanıb"
"İlkinin qardaşı və 70 yaşlı əmisi qızımın hamilə olduğunu deyirlər, şər atmaq yaraşırmı?"
Xocalı Azərbaycana niyə təhvil verilmir? - Türk general səbəbi açıqladı
old.moderator.az-ın arxivi
Copyright©2021
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: moderator_az@mail.ru
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247
X 1xbet
{literal} {/literal}