Xəbər lenti
05/02/2021 [17:54]:
Ölkə ərazisində qərb küləyi əsib, arabir güclənib - FAKTİKİ HAVA
05/02/2021 [17:49]:
Avropa Komissiyası Metsamor AES-in bağlanmasını tələb edir
05/02/2021 [17:47]:
Milli Məclisin Sədri Sahibə Qafarova Gürcüstanın ölkəmizdəki səfiri ilə görüşüb
05/02/2021 [17:47]:
ADNSU-nun İctimai Etimad Şurası onlayn imtahan prosesini izləyib
05/02/2021 [17:45]:
Prezidentin xüsusi nümayəndələrinin vəzifələri ilə əlaqədar qanuna dəyişiklik edilir
05/02/2021 [17:42]:
Füzuliyə gizli yollarla gedənlər HƏBS OLUNDU - VİDEO
05/02/2021 [17:42]:
Yüksək Texnologiyalar Parkına baş direktor təyin edildi
05/02/2021 [17:41]:
MDTF-dən yeni sənədli film: “Zor təfəkkürü”
05/02/2021 [17:38]:
Azərbaycanda 138 yeni yoluxma faktı qeydə alınıb
05/02/2021 [17:36]:
Koronavirusa yoluxduğunu yumoristik şəkildə elan etdi, 1 gün sonra həyatını itirdi....
05/02/2021 [17:33]:
Azad edilmiş ərazilərə qeyri-qanuni getmək istəyənlər saxlanıldı
05/02/2021 [17:24]:
Türkiyə tezliklə Akıncı PUA-larının kütləvi istehsalına başlayacaq
05/02/2021 [17:04]:
“Vətən müharibəsinə həsr edilən hər bir rəsm əsəri, film və musiqi “dil açıb danışmalıdır””
05/02/2021 [17:01]:
Hakimiyyət: o özünü necə xilas edə bilər!
05/02/2021 [16:57]:
Beynəlxalq Qarabağ Forumundan Xocalı, Xankəndinə qayıdış təklifi
05/02/2021 [16:49]:
44 günlük müharibə və müharibədən sonrakı günlər…
05/02/2021 [16:48]:
Ağalar Vəliyev Milli Qəhrəman Allahverdi Bağırovun ailə üzvləri ilə görüşüb - Fotolar
05/02/2021 [16:37]:
"Şəhid mövzusu ilə manipulyasiya etmək həm şəhidlərin ruhuna, həm də cəmiyyətə qarşı hörmətsizlikdir"
05/02/2021 [16:34]:
Vahid Ələkbərov dünyanın ən zənginlərinin reytinqində
05/02/2021 [16:21]:
Əsgərimizi niyə tərifləyirsiz? Yaxşı öldüyü üçün? - Gevorkyan
05/02/2021 [16:19]:
Qızlığı onu şərlədi, namus üstündə rəisi öldürdü, dostları kürəyindən vurdu - Sovet milisinə müharibə elan edən azərbaycanlı qaçaq
05/02/2021 [16:13]:
Azərbaycanda bir dərmanın satışı qadağan olunub
05/02/2021 [16:12]:
Çingiz xanın ölüm səbəbi ilə bağlı yeni fərziyyə irəli sürülüb
05/02/2021 [16:10]:
Qalınlığı 15-50 mikron olan polietilen torbalar ayrıca məhsul növü kimi satılacaq
05/02/2021 [16:09]:
İnstitut direktoru: "COVID-19-un yeni ştammı hər an ölkəyə gələ bilər"
05/02/2021 [16:05]:
Ərdoğan Makrona: "Sən get hələ "sarı jiletlilər" məsələsini həll elə"
05/02/2021 [16:03]:
Bakıda Hərbi Qənimətlər Parkı yaradılır - VİDEO
05/02/2021 [15:59]:
Son bir ildə 18 yaşdan aşağı olanların intiharı iki dəfəyədək artıb
05/02/2021 [15:57]:
Ermənilər Qarabağda ordumuz tərəfindən məhv edilən daha 52 hərbçisinin adını açıqladı- SİYAHI...
05/02/2021 [15:56]:
İri ticarət mərkəzləri və “mall”lar nə vaxt açıla bilər?
05/02/2021 [15:54]:
ADPU-da Umud Rəhimoğlu ilə görüş - FOTO
05/02/2021 [15:50]:
Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib
05/02/2021 [15:49]:
“Yenilməz” romanının təqdimat mərasimi keçirilib
05/02/2021 [15:47]:
Ali Məhkəmədə yeni təyin olunan hakimlərin andiçmə mərasimi keçirilir
05/02/2021 [15:39]:
Vətən müharibəsində Azərbaycan ordusunun məhv etdiyi müasir silah sistemləri...- FOTO/VİDEO
05/02/2021 [15:29]:
"Uşaqlara tətbiq olunan peyvəndlərdə yüksək effektivlik müşahidə olunarsa..."
05/02/2021 [15:15]:
“Onun toyunu görmək arzum idi, qız da tapmışdım...”- Şəhid gizirimizin anası...
05/02/2021 [15:12]:
Vəfa Təyyarqızı: “Qazandıqlarımı, təcrübələr, çətinliklər, uğursuzluqlar və uğurların yaşandığı, keçdiyim həmin o 10 illik yola borcluyam”
05/02/2021 [14:43]:
İlham Əliyev onu “Dostluq” ordeni ilə təltif etdi - SƏRƏNCAM
05/02/2021 [14:42]:
Təhsil haqqında dövlət sənədləri elektron formada veriləcək - FƏRMAN
05/02/2021 [14:41]:
“Hazırda deputat olan AXC fəalı qışqırdı: “Bəy, gözünüz aydın, parlamenti aldıq!..”
05/02/2021 [14:34]:
Şirvanda 52 yaşlı qadın boğularaq qətlə yetirilib
05/02/2021 [14:31]:
"Məmurlar bu villaları hansı pulla tikiblər?" - Baloğlan Əşrəfovdan sərt AÇIQLAMA
05/02/2021 [14:28]:
Ancelina Coli Bred Pittin hədiyyəsini hərraca çıxarır
05/02/2021 [14:20]:
“Ucarda mal-qara saxlayıram, dolanmaq lazımdır” - Ziya Məmmədov
05/02/2021 [14:17]:
Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimi davam edir - VİDEO
05/02/2021 [14:10]:
Milli Məclisin Gənclər və idman komitəsində növbəti dəfə idmançılarla görüş keçirilib
05/02/2021 [14:06]:
Milli Kitabxanada “Mitolojinin elçisi: Kamal Abdulla armağanı” kitabının təqdimatı keçirilib
05/02/2021 [14:02]:
Dünən Ağdamda partlayışda həlak olan əsgər dəfn olunub - FOTO
05/02/2021 [13:59]:
Qarabağda məhv edilən daha 52 erməni hərbçinin adı AÇIQLANDI
05/02/2021 [13:56]:
Cavanşir Quliyev peyvənd oldu - Foto
05/02/2021 [13:46]:
Bilal Haipak: “Pakistan şirkətləri Qarabağın bərpasında iştirak etməyə hazırdır”
05/02/2021 [13:31]:
Diaspor Komitəsi: Türkiyədə vəfat edən əsgər anasının cənazəsi Vətənə gətirilir
05/02/2021 [13:29]:
Veteran təşkilatlarının sədrləri ilə görüş keçirilib - Foto
05/02/2021 [13:26]:
Məcburi köçkünlərin qayıdışı BMT nümayəndəsi ilə müzakirə edilib
05/02/2021 [13:23]:
Duman, çiskin olacaq - Sabahın havası
05/02/2021 [13:18]:
Azərbaycandan Hindistana koks ixrac olunur
05/02/2021 [13:12]:
Bakıda üzən günəş stansiyası tikiləcək
05/02/2021 [13:09]:
“Facebook”da yalan məlumat yayan qadın Baş Prokurorluğa çağırıldı
05/02/2021 [13:07]:
Pakistan səfiri: “Azərbaycan Cammu və Kəşmir məsələsində mövqeyimizi cəsarətlə dəstəkləyib”
05/02/2021 [12:57]:
Astarada qadın qonşularının hücumuna məruz qalaraq bıçaqlanıb
05/02/2021 [12:56]:
Azəriqaz: "Paytaxtın 2 rayonunda 21 min abonentin problemi həll edilir" (VİDEO)
05/02/2021 [12:56]:
Rusiyanın admiralı vəfat edib
05/02/2021 [12:52]:
Azərbaycandan Hindistana koks ixrac olunur
05/02/2021 [12:50]:
Araz Ağalarovun qızına qarşı maska fırıldağı – 2,6 milyon dollar itirdi
05/02/2021 [12:49]:
Çin ortamənzilli raket hücumundan yerüstü müdafiə sistemini sınaqdan keçirib
05/02/2021 [12:46]:
Baş Prokurorluq mülki vətəndaşlara xəbərdarlıq etdi
05/02/2021 [12:40]:
Türkiyə apreldən turistlərin qəbuluna başlayır
05/02/2021 [12:37]:
Oğuz-Şəki avtomobil yolunun yenidən qurulması davam edir
05/02/2021 [12:35]:
Türkiyə “Atmaca” raketini sınaqdan keçirdi - VİDEO
05/02/2021 [12:33]:
Vətən müharibəsində bir sutkada 105 km. məsafədə ildırımsürətli hücum həyata keçirilib - FOTO
05/02/2021 [12:31]:
Səlçuk Bayraktar Azərbaycan hərbçilərinə sertifikat təqdim edəcək - VİDEO
05/02/2021 [12:30]:
Cəbrayılın Soltanlı kəndindən görüntülər - VİDEO
05/02/2021 [12:28]:
ADU-da payız semestrinin qış imtahan sessiyası davam edir
05/02/2021 [12:24]:
Cəbrayıl polisi silah-sursat aşkarladı
05/02/2021 [12:18]:
Səlçuk Bayraktar Azərbaycan hərbçilərinə sertifikat təqdim edəcək - VİDEO
05/02/2021 [12:15]:
İran İslam İnqilabının 42-ci ildönümünü qeyd edir
05/02/2021 [12:10]:
Xüsusi təyinatlı Beyrəyin qardaşı: 26-sı zəng etdi ki, başlayırıq...
05/02/2021 [12:08]:
Türkiyə mallarını boykot edən Nikol Paşinyan Almatıda türk otelində qalır
05/02/2021 [12:03]:
“Müharibə vaxtı orduya Paşinyanın arvadı nəzarət edirdi” - Qabrielyanov
Bütün arxiv bir sırada
30/01/2021 [11:28] - Araşdırma - ( 3202 dəfə baxılıb)

M.Ə.Rəsulzadənin “Avropa məktubları” - Nəsiman Yaqublunun təqdimatında



Azərbaycan Milli Qurtuluş Hərəkatının böyük ideoloqu M.Ə.Rəsulzadənin nəşr edilməyən çox sayda dəyərli yazıları və əsərləri vardır.Həmin yazılar sırasında dörd hissədən ibarət olan “Avropa məktubları”nı xüsusi qeyd etmək mümkündür.Bu yazılar M.Ə.Rəsulzadənin bir siyasi xadim kimi böyüklüyünü və dünyada gedən prosesləri diqqətlə izləyib yüksək təhlil etmək  istedadının olduğunu göstərir.Bu yazılar 1928-ci ildə İstanbulda nəşr edilən “Azəri Türk” jurnalında çap olunub.”Avropa məktubları” silsiləsindən olan 4-cü məktub (“Azəri-Türk”, 1 təmmuz (iyul) 1928, №11)Almaniya ilə bağlıdır   və düşünürəm ki, oxucular üçün maraqlı olacaq.

M.Ə.Rəsulzadə

Avropa məktubları
IV
Almaniyada seçkilər

Keçən məktubumuzu Fransa seçkilərinə həsr eləmişdik. Bu dəfə də Almaniya seçkilərindən bəhs etmək istiyoruz. Almaniyada vüqu bulan sonku reyxstaq seçki¬lərinin ifadə etdiyi siyasi mənayı qeyd etmədən əvvəl, yeni Almaniya qanuni-əsasiyyəsi ilə seçki nizamnaməsi və siyasi firqələri haqqında mücməl məlumat ətasını faydalı buluyoruz.
Alman Cümhuriyyəti 11 ağustos 1919-da Veymarda qəbul olunan təşkilati-əsasiyyə qanunnaməsi ilə surəti-qətiyyədə təşəkkül eləmişdir. “Veymar” ismi bu gündən etibarən Almaniya cümhuriyyətçiliyinin bir ələmi olmuşdur. Şöylə ki, şəkli-idarə haqqındakı münaqişə heyəti-ümumiyyəsi ilə “veymarçılar” ilə “Veymar əleyhdarları” arasında cərəyan edər. Veymarçı demək cümhuriyyətçi deməkdir. “Veymar” qanununa görə 20 yaşını bulan hər alman (erkək, qadın) aktiv, 25 yaşını bulan hər alman da passiv həqqi-rəyə malikdir. Aktiv rəy seçmək passiv rəy də seçilmək haqqını ifadə edir. Almaniya seçkiləri (Fransa seçkiləri xilafında) majo¬ri¬tar deyil, proporsional (mütənasib) sistem üzərinə icra olunur. Bu sistemi almanlar kəndilərinə məxsus bir şəkildə tənzim eləmişlərdir. Bu şəklə görə bütün Almaniya 35 kiçik, 18 böyük və bir də imperiya seçki məntəqəsindən ibarətdir. Seçkilər ibtida kiçik məntəqələrdə, sonra böyük məntəqələrdə və nəhayət, bütün imperiya daxilində icra olunur. İbtida məcmui 35 kiçik məntəqədən ibarət olan seçki dairə¬lərində siyasi firqələr kəndilərinə məxsus birər seçki listəsi tənzim və seçkiçilərə təqdim edirlər. Seçki nizamnaməsinə görə hər 60 min seçkiçinin bir məbus çıxar¬maq haqqı vardır. Almaniyada məbusların sayı müəyyən deyildir. Seçkiçilərin seç¬ki¬lərə nisbət göstərdikləri əlaqə nisbətində məbusların sayı əksilib, çoxala bilir. Kiçik seçki məntəqələrindən artan və 60 mini bulmadığı üçün istifadə ediləmiyən fəzlə rəyləri qaib etməmək üzrə ikinci dəfə olaraq, böyük seçki məntə¬qə¬ləri daxi¬lin¬də rəylərə müraciət olunur. Bu dəfə böyük məntəqəyə daxil olan kiçik mən¬tə-qələrdəki firqə rəyləri bir araya gətirilərək mütəmmim məbus seçkisi təmin olunu¬yor. Böyük məntəqələr daxilindəki seçkilərdən artan rəyləri qaib etməyərək təkrar istifadə etmək məqsədi ilə üçüncü sırada vahid imperiya seçki məntəqəsində üçün¬cü dəfə olmaq üzrə rəylərə müraciət olunuyor. Bu sistemdə bir məbus ismini kiçik, yəni məhəlli məntəqələrdə ərz edə bildiyi kibi, böyük, yəni bütün dövlət miqyasında da ərz edə bilir. Şu surətlə bir kaç məqsəd birdən hasil oluyor. Əvvəla, seçkinin mütənasib olması ilə bərabər nisbətən kiçik məntəqələrdə icra olması ilə məhəlli entirelər mütəzərrər olmadan əqəliyyətlərin haqqı mühafizə və siyasi proq¬ram¬ların sərbəstcə mübarizəsi təmin olunur. Digər tərəfdən,məhəll lis¬tə¬ləri ilə bəra¬bər məmləkət listəsi tənziminə dəxi imkan verildiyindən dövlət miq¬ya¬sında məşhur və müqtədir bulunan böyük ricalın təsadüfən intixab edilməmək ehtimalı bərtərəf edilmişdir. Nitəkim bugünkü Almaniyanın ən məruf ricalından xarici alman siyasə¬ti¬nin 5 sənədən bəri nazimi bulunan Ştrezman bu surətlə intixab olunmuşdur və nitəkim bunun əksi olaraq Fransa sosyalistlərinin lideri Leon Blum məmləkət miq¬ya¬sındakı bütün şöhrəti-mövqeyinə rəğmən, Paris seçki məntəqələ¬ri¬nin birində məğ¬lub olmuşdur.
Almaniya seçki mexanizminin şayani-qeyd xüsusiyyətlərindən birisi də qadın seçki dairələrinin ayrılığıdır. Qadınlar erkəklərdən ayrı olaraq itasi-rəy edərlər. Yəni onlar üçün ayrı seçki binaları və sandıqları qoyuluyor. Bu tədbirə isə sırf stasistik bir mülahizə ilə müraciət edilmişdir. Qadınların seçkiyə iştiraklarından mütəvəllid nəticəyi sərahətlə tədqiq edə bilmək üçün alman zehniyyəti burada sırf fənni bir məqsəd gözətmişdir. İstitrad qəbilindən olaraq qeyd etməliyiz ki, 1920-dən etibarən qeyd olunan müşahidələrə görə qadınlar rəylərini əksəriyyətlə mötədil firqələrə vermişlərdir. Nə sağdan, nə də soldan müfrit firqələr qadınları pək o qədər də cəzb edəməmişlərdir. Sonku reyxstaqda 31 qadın məbusdan 19-u sosyalist idi. Yeni məbuslardan 129-u qadındır.
Məlum olduğu üzrə,Almaniya daxili istiqlallarını qismən mühafizə edən müx¬təlif hökumətlərdən mütəşəkkil bir növ federasyondur. Reyxstaq məclisi ümu¬mi seçki üsulu ilə bütün bu federasyon əhalisi tərəfindən seçiliyor. Bundan maəda bir də bundesrat namını daşıyan bir federal məclisi vardır ki, məcmu əzası 59-dur. Bu əzayı xalq deyil, Almaniya ittihadına daxil bulunan hökumətlər göndərir. Bunlar məbus (depute) deyil, birər mürəxxəsdən (delege) ibarətdirlər. Fəqət bu delege¬lər¬dən üçdə birisini yalnız Prussiya hökuməti veriyor.
Almaniya seçkilərini tamamilə anlaya bilmək üçün yuxarıda çizili bu seçki çərçivəsini dolduran və Almaniya siyasi həyatının ana cizgilərini təşkil edən əsaslı xətləri də qeyd etməliyiz. Məqsədimizi siyasi firqələrdən:
Sağdan başlayalım: Almaniya parlamanının sağ cinahını Milli Alman Xalq firqəsi təşkil edir. Rəisləri qraf Vestarpdır. Bu firqə Almaniya inqilabından sonra təşkil edilmişdir. Bu, əski reyxstaqdakı mühafizəkar firqənin varisidir. İşbu firqəyi təşkil edən ünsürlər əski reyxstaqda a) Almaniya imperatorluq firqəsi; b) antisemit islahat firqəsi; p) mühafizəkarlar və t) Almaniya xristian sosialist firqələrindən ibarət idi. İşbu firqənin kadrosunu əski böyük məmurlar, əski generallar, böyük çiftlik sahibləri ilə bəzi tüccar və sənaye ərbabı təşkil edirlər. Xarici siyasətdə bu firqə qüvvətli bir siyasət tərəfdarıdır. Versay müahidəsinin tədilini istər. Versay müahidəsi mucibincə vətəndən ayrılan Almaniya ərazisinin təkrar ana vətənə iadə¬sini tələb edir; təmirat parası ünvanı altında Almaniyadan alınan təzminat məsələsi ilə Almaniya təslihatının təhdidi xüsusunda müqavimət siyasətini tərvic edir. Şəkli-idarə məsələsində bunlar monarşistdirlər. “Veymar” qanununun əley¬hin-dədirlər. Hohenzollern xanədanının iadeyi-səltənətini arzu edərlər. Almaniya firqələri ara¬sın¬da mövzui-mücadilə olan məsələlərdən birisi də “federalizm” və “unitarizm” məsələsidir. Bir qisim şimdiki Almaniya federalizminin ibqasını istər. Almaniya ittihadındakı ayrı-ayrı hökumətlərin daxili istiqlal və muxtariyyətlərinə riayət etməyi tələb edər. Digər qisim isə biləks bu hüdud və xüsusiyyətlərin artıq hök¬mü qalmadığına qane olaraq sıx bir mərkəzə doğru gedilməsini tələb edər. Milli alman xalq firqəsi federalistdir. Ədəmi-mərkəziyyət tərəfdarıdır. Fəqət bu¬nun¬la bərabər federasyon daxilində Prussiyanın təmini-nüfuzunu daha ziyadə tər¬vic edərlər. Şaya¬ni-diqqətdir ki, bunlar mərkəzi və müştərək hökumətin monarşi olmasını müdafiə etdikləri halda, məhəlli hökumətlərin idarə şəkilləri haqqında müəyyən bir proqrama malik deyildirlər. Ümumi seçkiyi qəbul edirlər. Reyxstaqa müqabil məs¬ləki parlaman sisteminə tərəfdardırlar. İctimai proqram sahəsində sək¬kiz saatlıq iş gününün tətbiqinə pək də tərəfdar deyildirlər. Böyük ərazi mül¬kiy¬yə¬tini tərvic edir¬lər, çünki bunu məmləkət iqtisadiyyatının əsası deyə tələqqi edir¬lər. Maliyyə sis¬temində sərvət əhllərinin yalnız müəyyən bir taqım hüdud və qüyud daxilində təhmilinə tərəfdardırlar. Bu şərtlə ki, bu təklif sərmayəyi boğma¬sın. Fəqət bu da yalnız nəzəriyyədədir. İşdə isə bunlar hər daim bu kibi təkalifin hər nö¬vü¬nə mane olmuşlardır. Məzhəblərin hürriyyətinə tərəfdar olmaqla bərabər, mək¬təb¬lərdə din tədrisatı ilə məzhəbi məktəblərə də zidd deyildirlər. Vasiteyi-nəşri-əfkarları Berlin¬də müntəşir “Tağes zaytunq” və “Döyçe zaytunq” qəzetələ¬ridir.
Bunlardan keçdikdən sonra Alman Xalq firqəsi gəliyor. Bu da inqilabdan sonra təşəkkül etmiş firqələrdəndir. Əvvəlcə reyxstaqda “Milli əhrar firqəsi” na¬mıy¬la mövcud firqə inqilabdan sonra demokrat və xalq firqəsi deyə iki qismə bölünmüşdür. Xarici siyasətdə milli alman firqəsinin müdafiə etdiyi əsasları nəzə¬riy¬yatda qəbul etdiyi halda, feliyyatda onlar qədər təəssüb və israr göstərməz. Şəkli-idarə haqqında nəzəriyyatda laqeyd, fəqət feliyyatda monarşistdirlər. 1918 sənəsində nəşr elədikləri bir bəyannamədə bir “xalqçı istərsə monarşist, istərsə cümhuriyyətçi də ola bilir” demişlərdir. Fəqət bununla bərabər bəzi bəyanatlarında “monarşizmin alman ruhiyyatına daha uyğun olduğunu da qeyd eləmişlərdir. Onlara görə, Almaniya xalqı er-gec xətasını dərk edəcək və təkrar monarşizmi təsis edəcəkdir. Yalnız bu xüsusda onlar təşəbbüsü təbiətə və təkamülə tərklə ixtilal əley¬hindədirlər. Bunlar milliyyətçilərə rəğmən unitaristdirlər, federalizmi rədd edir¬lər. Dinin dövlət tərəfindən himayəsini istərlər. Məktəblərdə ilahiyyat tədrisinə və məzhəbi məktəblərə tərəfdardırlar. Eyni zamanda, bunlar vahid məktəb tərəfda¬rı¬dırlar ki, Fransada bu tələbin müməssilləri radikallardır. Maliyyə məsələsində zənginlərə müəyyən bir hüdud daxilində vergi təhmilini istərlər. Rəisləri şimdiki Xariciyyə naziri doktor Ştrezmandır. Məşhur Stinnes, Heinze (ki vaxtilə Türkiyədə ədliyyə müstəşarı olmuşdur), fon Kanitz (ki vaxtilə İstanbulda səfir olmuşdur) bu firqənin rəislərindən ədd olunurlar. Kadroları tacir, sənaye əhli və iş adamlarından ibarətdir. Vasiteyi-nəşri-əfkarları “Algemane döyçe zaytunq” ilə “Lokal ançayker” qəzetələridir.
Mərkəz firqəsi. Katoliklərdən ibarətdir. (Məlum olduğu üzrə, Almaniya məz¬həb etibarilə iki qismdir. Bir qismi protestan (əksəriyyət), bir qismi də kato¬likdir) Bu firqə əski reyxstaqda da vardı. Xarici siyasətdə müdara tərəfdarıdırlar. Versay müahidəsinin qeyri-qabil icra olması qənaətindədirlər və bunu isbat üçün ehka¬mı¬nın icrasını istərlər; tainki icra ediləmiyəcəyi felən görülsün. İmkan daxilin¬də fran¬sız¬larla etilaf tərəfdarıdırlar. Daxili siyasətdə monarşizm və cümhuriyyət məsələ¬sində fikri-bəyan etməzlər. Çünki klerikal bir məfkurənin mürəvvici bulu¬nan bun¬lar üçün din nöqteyi-nəzərindən şəkli-idarənin əhəmiyyəti yoxdur, “iyi monarşiyi fəna cümhuriyyətə tərcih edəriz” diyorlarsa da, felən cümhuriyyət tərəf¬da¬rı¬dırlar. Ehtimal Almaniyada sülalənin protestan olduğu da bu xüsusda rol oynu¬yor. Sonra Almaniyada monarşizm katolik Fransa ilə ixtilaf deməkdir. Mərkəz firqəsi vey¬mar¬çıdır. Federasyon tərəfdarıdır. Maliyyə məsələlərində radikaldır. Əmə¬lədən bir qis¬mi ilə qadınlar və katoliklər arasında tərəfdarları vardır. Eyni zamanda, bu firqə tərə¬findən mütəşəkkil katolik əmələ təşkilatı vardır. Fəqət əmələ arasındakı nüfuzu getdikcə azalıyor. Rəisləri Ersberger, Virt, şimdiki hökumət rəisi Marksdır. Mət¬buatları “Almaniya” qəzetəsidir.
Mərkəz firqəsindən sonra Demokratlar gəliyor. Bunlar əski reyxstaqda bulu¬nub sonra inqisam edən “Milli əhrar” firqəsinin sol cinahını təşkil edirlər. Xarici siyasətdə mərkəz kibi, bunlar da Versay müahidəsi ehkamının icrasını istərlər. İngilis siyasəti tərəfdarıdırlar. Qismən Fransa ilə də etilaf istərlər. Bilaqeyd və şərt cümhuriyyətçidirlər. Əski rejimi vəzifəsini ifa etməməklə ittiham edirlər. Maliyyə məsələlərində radikaldırlar. Dövləti-monopoli tərəfdarıdırlar. Tərkə üzərinə vergi qoymayı tərvic edirlər. Mətbuatları “Berliner tageblat”, “Fosişe zaytunq”, “Frank¬furter zaytunq”; rəisləri məşhur mühərrirlərdən Teodor Volf, Bernhard və da¬xi¬liy¬yə naziri Koxdur. Şimdiki qanuni-əsasinin müəllifi Pruys ilə vaxtilə hərbiyyə naziri bulunan Kisler də bu firqəyə mənsubdur. Kadrosu bilxassə münəvvər qism ilə ufaq burjuazidən ibarətdir.
Sosyal-demokratlar. Almaniya sosyal-demokrat firqəsi Avropa sosyalist fir¬qələrinin ən qədəmlisi və ən müqtədiridir. Sosyalizmin məşhur nəzəriyyəçiləri bu firqə daxilindən yetişmişdir. Rusiya sosyalizmi bolşevizm kibi ixtilalçı sosyalizmin mənfi müməssillərini vermiş ikən, Almaniya sosyalizmi mötədil sosyalizmin isla¬hatçı məktəbini müvəffəqiyyətlə təmsil eləmişdir. Almaniya Cümhuriyyətinin bər¬qərar olmadan və Almaniya ixtilalının Rusiya şəklinə düşməyərək normal bir şəkil¬də cərəyan etməsində bu firqənin pək mühüm rolu olmuşdur. İlk rəisi-cümhur Ebert bir əmələ olub bu firqəyə mənsub idi. İxtilal əsnasında və əvaqibində ötədən bəri müqtədir bir əmələ firqəsi olan bu firqə inqisama uğramış, müstəqil sosyalist namını daşıyan hezbi-komunizm taktikinə meyl etmişdi. 1922 sənəsində Turen¬burq Partay tağında “müstəqillərdən” bir qismi təkrar firqəyə daxil oldu, digər qis¬mi isə tamamilə komunistlərə iltihaq etdi.
Şöylə ki, hal-hazırda “müstəqil sosyalist firqəsi” yoxdur.Sosyal-demokratların daxili məsələsində ötədən bəri cümhuriyyətçi, ictimai və mali məsələlərdə radikal olduqları məlumdur. Xarici siyasətdə sülh və etidal tərəfdarıdırlar. Fransa ilə anlaş¬mayı tərvic edirlər. Hər dürlü intiqam siyasətini rədd edirlər. Alzas-Loren məsə¬lə¬sin¬dən bunlar bilaşərt və qeyd vaz keçmişlərdir. Zatən 1871 ilhaqını onlar daima haqsız görüyorlardı. Təmirat parasının imkan daxilində tədiyəsini qəbul ediyorlar – Sileziya ilhaqı ilə inqisamını protesto edirlər. Ötədən bəri millətlər cəmiyyəti fik¬ri¬nə tərəfdardırlar və onun istiqbalda bir cahan parlamanı olmasını istərlər. Bədihidir ki, veymarçı olduqları kibi unitaristdirlər. Fəqət içlərindən bəziləri, məsələn, şim¬di¬ki Prussiya rəisi-hökuməti Bravon federasyon tərəfdarıdır. Dinin dövlətdən ayrıl-masını tələb edirlər. Məsləklərin təmsilini istərlər. Maliyyə siyasətində zənginlərin iradından bir qisminin hökumət tərəfindən müsadirəsini istərlər. Mərkəzi naşiri-əfkarları “Furverç”, liderləri Bravon və Müllerdir. Mərkəzi qə-zetələrindən maəda, bütün Almaniyada 143 yövmi qəzetəyə malikdirlər. Kadro-la¬rını bittəbii əmələ təşkil ediyor. Əmələ sendikalarının əksərisi bu firqənin əlində¬dir.
Ən solda komunistlər duruyorlar. Komunist deyincə qəziyə məlumdur. Mərkəzi qəzetələri “Rote fahne”dir (qızıl bayraq). Bundan maəda 42 qəzetələri vardır.
Bu başlıca firqələrdən maəda bir kaç ufaq firqələr dəxi vardır ki, onlar haq¬qında sükut edə biliriz.
1919 sənəsindən bəri Almaniyada dörd dəfə seçki olmuşdur. İlk dəfə məclisi-müəssisan seçkiləri, digər üç dəfə də reyxstaq seçkiləri vüqu bulmuşdur. Almaniya firqələri arasındakı rəqabətin bu seçki mərhələlərində ərz etdiyi mənzərəyi bər¬vəchi-ati təsbit edəlim. Bu mənzərə bizə mövzui-bəhs məmləkətdə siyasi həyatın nə yolda inkişaf etdiyini təsvir edəcəkdir.

Məclisi-müəssisan seçkiləri (1919-1920)
Milli alman firqəsi                         3.200.000  rəy    –    42  məbus
Almaniya xalq firqəsi                    1.200.000  “_”    –    22    “_”
Mərkəz katolik firqəsi                   6.000.000   “_”   –     89    “_” 
Demokrat firqəsi                           5.600.000   “_”   –     74    “_”
Sosyal-demokrat firqəsi                 11.400.000 “_”   –    165   “_”
Müstəqil sosyalistlər                      2.300.000   “_”   –     22    “_”
Digər ufaq firqələr                         500.000      “_”   –      9     “_”
Məcmui              ------                    30.000.000 “_”   –    433   “_”
Reyxstaq seçkisi (1920-1924)
Milli alman firqəsi                         3.736.000   rəy   –     66  məbus
Almaniya xalq “_”                        3.606.000   “_”   –     62    “_”
Mərkəz katolik “_”                        3.540.000   “_”   –     68    “_” 
Demokrat “_”                                2.200.000   “_”   –     45    “_”
Sosyal-demokrat “_”                      5.614.000   “_”   –    112   “_”
Müstəqil sosyalistlər                      4.895.000    “_”  –      81    “_”
Komunistlər                               440.000      “_”  –       2     “_”
Ufaq firqələr                                  1.700.000   “_”  –      30    “_”
Məcmui              ------                    25.739.000  “_” –     446   “_”
Reyxstaq seçkisi (1924-1928)
Milli alman firqəsi                         93     məbus [*]
Almaniya xalq “_”                        44       “_”
Mərkəz katolik “_”                        61       “_” 
Demokrat “_”                                25       “_”
Sosyal-demokrat “_”                      99       “_”
Komunistlər                               57       “_”
Bavariya əhali                               15       “_”
Ufaq firqələr                                  38       “_”
Məcmui              ------                    432     “_”
Şimdiki reyxstaq seçkisi (1928)
Milli alman firqəsi                         4.360.000    rəy    –   73   məbus
Almaniya xalq “_”                        2.670.000    “_”    –   44     “_”
Mərkəz katolik “_”                        3.700.000    “_”    –   62     “_”
Demokrat “_”                                1.500.000    “_”    –   25     “_”
Sosyal-demokrat “_”                      9.100.000    “_”    –   152   “_”
İqtisad firqəsi [**]                          1.400.000     “_”    –   23     “_”
Bavariya əhali firqəsi                    935.000        “_”    –   16     “_”
Ufaq firqələr                                  3.100.000     “_”    –   43     “_”
Məcmui              ------                    26.765.000   “_”    –  438    “_”

Almaniya inqilabının ibtidasında sosyal-demokrat firqəsi və ələlümum sol fir¬qə¬lər faiq bir vəziyyətdə idilər. Sonra bu faiqiyyətin sağa doğru təvəccöh etdiyi¬ni görüyoruz. Şimdi isə ictimai təmayül təkrar sola doğrudur. Fransada iqtidar möv¬zei sağlarda ikən, Almaniya seçkilərinin sosyalistlər və ələlümum mötədil sollar fay¬da¬sına nəticələnməsi beynəlmiləl sülh və səlah məsələsinin bir müvəffəqiyyəti kibi gö¬rülməkdədir. Həddi-zatində istilah fərqinə baxmadan biz bu iki hadisəyi də mö¬tə¬dil demokrat cərəyanlarının müştərək bir müzəffəriyyəti kibi tələqqi edə bili¬riz. Çünki Fransadakı sağ firqələr həddi-zatində cümhuriyyətpərvər və demokrat fir¬qə¬lər¬dir. Bunların sağlığı Almaniya sağlarının sağlığına bənzəməz. Burada mo¬nar¬şizm ideolojisi çoxdan tarixə qarışmışdır. Sonra Fransa seçkiləri Puankarenin oldu¬ğu qədər Briyanın da qələbəsidir ki, Almaniyadakı Ştrezmanın qələbəsi ilə həma¬həng¬dir.
Fransadakı “sağlar”la Almaniyadakı “sollar”ın iş başında bulunması Avropa sülh və müvazinəsinin bir zəmanətidir. İlk nəzərdə qərib görünən bu qəziyə artıq zəbanzəd bir hala gəlmişdir. Bu, həqiqətən də,böylədir və bunun üçündür ki, cahan sülhündən deyil, iğtişaş və ixtilalından zövq duyan bolşeviklər Fransa intixab¬la¬rının nəticəsindən məmnun qalmadıqları kibi Almaniya seçkilərindən də məmnun deyildirlər.

Paris, 8 həziran 1928
Rəsulzadə Məhəmməd Əmin
“Azəri-Türk”, 1 təmmuz 1928, №11

Mütəmmim – tamamlayan, bitirən
Entire – çoxluq
İta – vermə
İstitrad – sözarası demə
Müdara – zahirdə dost olmaq
Mötədil – orta, mülayim
Tələqqi – qiymətləndirmə, alma
Zəbanzəd – söz arasında təkrarlanan

Red: 1 təmmuz 1928 – 1 iyul 1928

loading...
Koronavirusa yoluxduğunu yumoristik şəkildə elan etdi, 1 gün sonra həyatını itirdi....
Qızının saçına gizli dinləmə cihazı qoyan ailə müəllimin kobud davranışını ifşa etdi
Özündən 12 yaş böyük qadınla evləndi, Qara Qarayev oxumasını istəmədi, ən yaxın dostu ondan küsülü öldü
"İlham və Nikol arasındakı şifahi razılaşmalara görə, Rusiyadakı Artsax ofisi bağlanır..."
Artsrun Hovannisyan xəstələndi 
N.Tusi adına Klinika

Dünya
Türkiyə tezliklə Akıncı PUA-larının kütləvi istehsalına başlayacaq
Cəmiyyət
Vəfa Təyyarqızı: “Qazandıqlarımı, təcrübələr, çətinliklər, uğursuzluqlar və uğurların yaşandığı, keçdiyim həmin o 10 illik yola borcluyam”
Cəmiyyət
“Bu da Əlibaba müəllimin böyüklüyüdür ki, həmin mahnını “Xudayar təsnifi” adlandırdı...”
Cəmiyyət
“Həyat yoldaşım dedi ki, artıq yeriyə bilmirəm, gəl qumbarayla özümüzü öldürək...”
Cəmiyyət
Müsəlman yeməkxanası yoxsul ingilislərə isti xörək paylamağa başladı...-FOTO

Yazar
Sultan Laçın
Ağzımıza su almayaq! - 2 dəfə bahalaşdı... –Fəqət, Şuşanın İsa bulağında...
Həftənin ən çox oxunanları
"Bir dəfə Putinə dedim ki, xəbərin varmı, nə qədər rus qızı türklərlə ailə qurub..?"
"Vaqif Axundov dedi ki, cənab prezident, bəlkə onu prezidentin mühafizəsinə götürək?"
"Araik hətta mənimlə maraqlandı, ailə qurub-qurmadığımı soruşdu, sonra mənə yazdı ki..."
"Səhhəti pisdir, nə Mədəniyyət Nazirliyi maraqlanır, nə də..."
“Biləndə ki, mənə qulluq edən Flora xanımdır, utandığımdan avtomatımı  götürüb xəstəxanadan qaçdım...”
"Evimə görə mənimlə ailə həyatı qurmaq istəyənlər çox idi, amma şərait yaratmadım..."
“Putin deyib ki, hər kəs olduğu yerdə qalsın...”- Laçının Zabux dərəsindəki Andranik...
Mərhum pilotun qayınatasından şok iddia: “Rəşad özü də havada olarkən ağır yaralanıb"
"İlkinin qardaşı və 70 yaşlı əmisi qızımın hamilə olduğunu deyirlər, şər atmaq yaraşırmı?"
Xocalı Azərbaycana niyə təhvil verilmir? - Türk general səbəbi açıqladı
old.moderator.az-ın arxivi
Copyright©2021
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: moderator_az@mail.ru
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247
X 1xbet
{literal} {/literal}