“Erməni vəhşilikləri bütün vasitələrlə ifşa olunmalıdır”
“Erməni vəhşilikləri –
dinc əhaliyə tutulan divanlar, Bərdəyə, Gəncəyə, digər şəhərlərimizə atılan
raketlər bütün vasitələrlə, o cümlədən mədəniyyət və incəsənət vasitəsi ilə
ifşa edilməlidir”.
Bunu Moderator.az-a
açıqlamasında Xalq artisti Mübariz Tağıyev bildirib. Xalq artisti Vətən Müharibnəsi
tarixinin mədəniyyət və incəsənət vasitəsi ilə təbliğ etməyin önəminə diqqət çəkib:
“Müharibədən bir çox şəhərlərimiz,
rayonlarımzı zərər gördü ki, bunlardan biri də Tərtərdir. Tərtər Vətən Müharibəsi
dönəmində düşmən tərəfindən ağır bombardımana məruz qaldı. Təsadüfi deyil ki, Tərtəri
Stalinqrada bənzədirdilər. Bunların hamısı bir tarixdir. Bu tarixin dünya
ictimaiyyətinə çatdırılması vacibdir.
Ermənilər hər zaman özlərini
məzlum xalq kimi qələmə veriblər. Hər zaman təzyiqə məruz qaldıqları ilə bağlı
yalanlar uydurublar. Əslində isə zülm edən də, terror törədənlər də məhz ermənilər
olub. Dünya bu həqiqəti bilməlidir. Düşmən mədəniyyət və incəsənətin bütün
imkanları çərçivəsində ifşa edilməlidir”.
Seymur ƏLİYEV






